Icma.az
close
up
RU
“Şok”a düşərək həyatını itirənlər: Keyfiyyətsiz dərmanlar, yoxsa həkim məsuliyyətsizliyi?

“Şok”a düşərək həyatını itirənlər: Keyfiyyətsiz dərmanlar, yoxsa həkim məsuliyyətsizliyi?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar mətbuatda “şok”a düşərək həyatını itirən xəstələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. “Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü”, “4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü”, “qadın antibiotikdən şoka düşdü” kimi xəbərlər insanları narahat edir. Bəs, görəsən, son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir? Bu, həyat tərzi, xəstəliklərin artması, dərmanların keyfiyyətsizliyi, həkim səhlənkarlığı ilə bağlıdır, yoxsa sadəcə təsadüfdür?

“Xəstə əməliyyatdan öncə ciddi şəkildə araşdırılmalıdır”

Professor Adil Qeybulla deyir ki, hər bir ölümün səbəbi dərindən araşdırılmalıdır. Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir: “Xəstə ciddi şəkildə araşdırılmalıdır. Xəstənin allergiyası, ailəvi hər hansı xəstəliyi varmı? Yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanılmalıdır. Ondan sonra xəstəyə cərrahi müdaxilə etmək lazımdır”.

Mütəxəssis bildirir ki, xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də: “Ümumiyyətlə, xəstəxana şəraitində xəstənin dünyasını dəyişməsi tibb işçilərinin səhvi ucbatından da ola bilər. İstər xəstəxanada, istərsə də ev şəraitində dünyasını dəyişən adam mütləq araşdırılmalı, ölüm səbəbi bilinməlidir. Ölüm səbəbini bilmədən həkimi günahlandırmaq düzgün deyil. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar”.

Allergik reaksiyaların və xəstəliklərin artması

Sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, müasir dövrdə insanların immun sistemi müxtəlif səbəblərdən zəifləyib. Sürətli şəhər həyatı, stres, düzgün olmayan qidalanma və ekoloji çirklənmə allergiya hallarının artmasına gətirib çıxarır. Statistikaya görə, son illərdə qida və dərman allergiyalarına qarşı həssaslıq xeyli yüksəlib. Bəzi insanlarda müəyyən dərman maddələri, xüsusilə antibiotiklər və ağrıkəsicilər ağır anafilaktik şok yarada bilər: “Dərman preparatına qarşı allergiya iti sürətli ölümə gətirib çıxara bilər. Hətta bu o qədər sürətli olur ki, xəstəni təcili tibbi yardıma çatdırmaq belə mümkünsüzləşir. Əvvəlki illərdə də anafilaktik şok nəticəsində həyatını itirənlər olurdu. Sadəcə, son vaxtlar mətbuatda tez-tez yazıldığı üçün bizə elə gəlir ki, belə hadisələrin sayı artıb”.

Anafilaktik şok nədir?

Anafilaktik şok, çox güclü və həyati təhlükə yaradan allergik reaksiyadır. Bədən müəyyən bir allergenlə (məsələn, qida, dərman, böcək sancması və ya lateks) təmasda olduqda immun sisteminin həddindən artıq reaksiya göstərməsi nəticəsində yaranır. Bu, qida qəbulu, dərmanlar, həşərat dişləmələri, inyeksiya, tənəffüs yolları və ya dəri təması ilə bədənə daxil ola bilər. Allergik vasitə bədənə daxil olduqdan sonra reaksiya saniyələr ərzində və ya ən geci iki saatdan sonra başlaya bilər. Bədənə daxil olan bu vasitəni məhv etmək üçün orqanizmin bütün müdafiə hüceyrələri birdən-birə həddindən artıq aktivləşir və qana çoxlu miqdarda kimyəvi maddələr ifraz olunur. Hər bir orqan bu vəziyyətdən təsirlənir. İfraz edilən kimyəvi maddələrin miqdarından və immun sisteminin reaksiya dərəcəsindən asılı olaraq, müxtəlif simptomlar baş verə bilər. Üzün qızarması, tərləmə və ürək döyüntüsü, tənəffüs çətinliyi, aşağı qan təzyiqi, başgicəllənmə, qulaqlarda cingilti, ürək döyüntüsü, gözlərdə sulanma, asqırma, öskürək, qarın ağrısı və qusma kimi yalnız çox yüngül simptomlar əlavə edilə bilər. Bu simptomların bir çoxu eyni anda şiddətli olarsa, allergik şok adlanan ən ağır vəziyyət yaranır.

Antibiotiklər ən riskli dərman qrupudur

İ.Hüseynli deyir ki, xroniki xəstəliklərin çoxalması insan orqanizmini daha da həssas edir. Qan dövranı problemləri, şəkərli diabet, autoimmun xəstəliklər və ürək-damar sistemi pozğunluqları olan insanlarda orqanizmin stresə və dərmanlara reaksiyası daha kəskin olur: “Ötən həftə uşağın ölümü ilə bağlı Xırdalanda baş verən hadisədə məlum olub ki, evdə uşağa antibiotik tətbiq olunub. Antibiotiklər insan orqanizmində allergik reaksiyalara səbəb ola biləcək ən riskli dərman qrupudur. Dərman tətbiq olunmazdan öncə mütləq “prob” qoyulur, xəstənin dərmana reaksiyası, allergiyası olub-olmaması yoxlanılır. Bəzən həkim ev şəraitində müəyyən müalicə tətbiq edir. O zaman müxtəlif preparatlar - antibiotiklər təyin olunur, tibb bacısı heç bir “prob” qoymadan dərhal inyeksiya edir. Bu, artıq həkim və tibb bacısının səhlənkarlığı nəticəsində baş verən ölüm hadisəsidir”.

İnsanlar maarifləndirilməlidir

Dərmanların keyfiyyətsizliyi səbəbindən yaranan problemlərə gəldikdə isə, İ.Hüseynli deyir ki, standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olur: “Tərkibində təsiredici maddələr qeyri-adekvat olan və ya standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olur. Dərmanlara nəzarət gücləndirilməlidir. İnsanlar allergik reaksiyaların təhlükəsi barədə məlumatlandırılmalı, təcili yardım prosedurları öyrədilməlidir. Bəzi hallarda həkimlər və tibb işçiləri pasiyentin allergik tarixçəsini tam araşdırmadan ona müəyyən preparatlar təyin edirlər. Xüsusilə, təcili tibbi müdaxilə zamanı pasiyentin dərmanlara qarşı həssaslığının araşdırılmaması faciəvi nəticələrə gətirib çıxara bilər. Kompleks yanaşanda ölümə səbəb olan faktor anafilaktik şok və buna qarşı dərhal tibbi yardım göstərilməməsi səbəbindən baş verir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see275

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see271

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see203

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see155

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see147

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see141

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see135

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see135

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see129

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri