Icma.az
close
up
RU
Yüksək qiymət, keyfiyyətsiz xidmət: Azərbaycanda hotellərin boş qalmasının səbəbləri

Yüksək qiymət, keyfiyyətsiz xidmət: Azərbaycanda hotellərin boş qalmasının səbəbləri

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hotellərinin dolum səviyyəsi 24,8% təşkil edib. Məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıqdır. Yəni ötən illərdə daha az müştəri olub. Demək olar ki, hotellər boş qalıb.

Bildiyimiz kimi, Azərbaycanda hotellərin sayı kifayət qədər çoxdur. Ancaq nədənsə, ölkədə hotel biznesi inkişaf etməyib. Yəni bu qədər hotellər tikilməsinə baxmayaraq, sahibkarlar müştəri cəlb edib, gəlir əldə edə bilmirlər.

Bölgələrdən Bakıya və yaxud Bakıdan bölgələrə hər hansı bir iş üçün gedib-gələn insanlar gecələmək üçün yer tapmaqda çətinlik çəkirlər. Çox vaxt xüsusi evlərdə gecələməyi daha üstün tuturlar. Səbəb isə qiymətlərin çox baha və xidmət səviyyəsinin aşağı olması göstərilir.

Maraqlıdır, hotellər müştəri cəlb edə bilmədikləri halda niyə onların sayı günü-gündən artır? Vətəndaşların hotellərdən istifadə etməməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Publika.az-a danışan ekspert Razi Abbasbəyli bildirdi ki, Azərbaycanda hotel biznesi demək olar ki, inkişaf etməyib:

“Bu biznesin inkişaf etməməsinin bir sıra səciyyəvi səbəbləri var. Birinci növbədə xidmət səviyyəsinin yetərli olmamasını qeyd edə bilərik. Qidalanma, istirahət potensialı üçün vətəndaşlara lazımi şəraitin yaradılmaması, təmizlik, sanitar gigiyenik normalara əməl edilməməsi və sair problemlər də var”.

Ekspertin fikrincə ,ən vacib səbəblərdən biri də qiymətlərin kifayət qədər baha olmasıdır:

“Azərbaycanda hotellərin qiymətləri kifayət qədər yüksəkdir və bu da vətəndaşların gəlirləri ilə adekvat deyil. Qiymətlərin yüksək olmasının da bir sıra səbəbləri var. Məsələn, kommunal xərclər, lisenziyalaşma, ərzaq məhsullarının qiymətinin bahalaşması, mal və məhsulların xidmət sektoru üzrə qiymətlərinin yüksək olması hotel biznesi ilə məşğul olan sahibkarların da xərclərini təbii olaraq artırır. Onlar da məcbur olurlar ki, hər şeyi baha qiymətə təklif etsinlər.

R. Abbasbəyli Azərbaycanda hotel biznesinin inkişaf etməməsinin digər səbəblərini də izah etdi:

“Hotellərdə vətəndaşların rahatlıq səviyyəsi lazımı səviyyədə deyil . Bir vətəndaşın yaşaması üçün lazım olan, məsələn, paltaryuyandan saçqurudana qədər, paltar ütüləmək üçün xidmətlər, digər əşyalarla təminat xidmətləri Azərbaycanda hələ tam formalaşmayıb. Hotellər yalnız boş otaqlardan ibarətdir. Hotellərdəki lazım olan məişət cihazlarının keyfiyyəti aşağıdır. Bu da əlbəttə ki, əsasən uzunmüddətli və yaxud da tətil dönəmində hotelə müraciət etmək istəyən vətəndaşlar üçün diskomfort yaradır. Belə məkanda yaşamaq onlar üçün əlverişli deyil. Onlar üçün diskomfort yaratdığı üçün digər alternativ üsullara, yəni şəxsi kirayə verilən mənzillərə üz tuturlar. Hotellərdə xidmət səviyyəsinin aşağı olması və yaxud da xidmət səviyyəsinin təklif edilən qiymətlərə adekvat olmaması da vətəndaşların hotellərə üz tutmasını azaldır”.

Turizm eksperti Rəhman Quliyev isə bildirdi ki, ölkədə hotellərin çox olması və gələn turistlərin hansı büdcəyə sahib olmasından asılı olaraq doluluq səviyyəsi qeyri-bərabər paylanılır:

“Azərbaycanda hotellərin sayı kifayət qədər çoxdur və bu gün ölkəmizə gələn turistlərin sayında da artım müşahidə olunur. Hotellərin doluluq səviyyəsi 25 faizi keçməyib, amma bu da pis göstərici deyil. Hesab edirəm ki, biz artıq hazır olmalıyıq ki, növbəti illərdə daha çox turist qəbul edək. Bunun üçün bizim kifayət qədər yerləşdirmə yerimiz və kifayət qədər də turist gətirmə potensialımız var”.

R. Quliyevin sözlərinə görə, ölkəyə gələn turist axını daha da çoxalacaq:

“COP29 onu göstərdi ki, Azərbaycana turist səfəri mütəmadi olacaq. Bu tədbir Azərbaycan üçün bir növ böyük reklam çarxına çevrildi. Azərbaycan turizmin böyük bir hədəfi oldu. Artıq demək olar ki, paytaxtımızda fəaliyyət göstərən hotellər COP29 vaxtında bu zərəri kompensasiya etdilər. Bu hotellərin hamısı yüz faiz doluluq səviyyəsini tamamladı. Təbii ki, bu statistikanın nəzərdə tutduğu 24,8 % COP ərəfəsinə şamil olunmur. Çünki burada göstəricilər ilin əvvəlindən sentyabr sonuna qədər olan tarixi əhatə edir”.

Ekspert vətəndaşların hotellərlə yanaşı gedib evlərdə qalmasını, yəni yerli sakinlərin evini kirayə götürməsini sevindirici hal olaraq qiymətləndirdiyini vurğuladı:

“Bizə vacib olan regionlarda vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır. Bu, bizim üçün böyük bir öhdəlikdir. Biz çalışmalıyıq ki, regionlarda sakinlərin gün-güzəranı yaxşı olsun. Bölgələrdə hotellərlə bərabər yerli sakinlər də öz evlərini kirayə versin. Bu, həm də hotellərin qiymətlərinin aşağı enməsinə təsir göstərəcək. Və qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Ümumi olaraq Azərbaycanda hotellərin qiymətlərinə müəyyən qədər düzəlişlər olunmalıdır. Qiymətlər mövsümə, fəsilə görə uyğunlaşdırmalıdırlar.

Standart qiymət olmamalıdır. Mütəmadi olaraq hotel sahibləri endirim aksiyaları keçirməlidir. Bu, dünya təcrübəsində də var. Təxminən on il öncə Tailand turist qəbulunda ilk yerlərdən birini tutdu. Təbii ki, bu da Tailandda 5 ulduzlu hotelin 20 dollara olduğu vaxtlar idi.

Böyük sayda turist kütləsinin gəlməsi tək hotel biznesinin inkişafına deyil, ölkə iqtisadiyyatına birbaşa mühüm töhfə verən amillərdən biridir. Çünki Azərbaycana gələn turist təkcə hotel üçün ödəniş eləmir, Azərbaycana gələn turist hotellə bərabər bir həftə boyunca 700-1000 dollar aralığında, yəni 1700 manat pul xərcləmə qabiliyyətinə malikdir. Biz bunu nəzərə almalıyıq. Hotellərlə işbirliyi qurulmalıdır.

Hotellərlə təşviq, təbliğat işi aparılmalıdır. Lazım olsa, güzəştlər edilməlidir ki, bu ziyanı kompensasiya eləsinlər və ayaqda qala bilsinlər. Çünki hotellərin qiymətlərinin stabil olması ölkəyə turist axınını çoxalda bilər”.

Gülnar Süleymanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://publika.az
archiveBu xəbər 29 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri