Icma.az
close
up
RU
Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər AÇIQLAMA

Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər AÇIQLAMA

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda qida təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2027–2032-ci illəri əhatə edən yeni Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində qida məhsullarının təhlükəsizliyi, risklərin müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əsas istiqamətlərdən olacaq.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Modern.az-a açıqlama verib:

“Qida təhlükəsizliyi hər bir insanın gündəlik həyatına birbaşa toxunan məsələlərdəndir. Ona görə də yeni Dövlət Proqramını yalnız növbəti dövlət sənədi kimi deyil, insanların süfrəsində olan qidanın daha təhlükəsiz olması baxımından qiymətləndirmək lazımdır. Hansı məhsulların daha riskli olmasına gəlincə, bunu yalnız məhsulun yerli və ya xarici olması ilə əlaqələndirmək düzgün deyil. Ət və süd məhsulları, balıq, yumurta, həmçinin pestisid və digər kimyəvi maddələrin istifadəsi ilə bağlı bitkiçilik məhsulları daha ciddi nəzarət tələb edən sahələrdir. Əsas məsələ məhsulun necə istehsal edilməsi, saxlanması, daşınması və satışa çıxarılmasıdır”.

Onun sözlərinə görə, idxal məhsullarında da, yerli istehsalda da risklər ola bilər. Buna görə nəzarət mənşəyə görə deyil, riskə əsaslanmalıdır. Dövlət Proqramının üstün tərəfi də məhz bu yanaşmanın gücləndirilməsidir.

Deputat bildirib ki, laborator nəzarətin genişləndirilməsi və müasir analiz imkanlarının artırılması nəzərdə tutulur. Onlayn qida satışının genişlənməsi ilə yaranan risklər də proqramda nəzərə alınıb. Xüsusilə məhsulların saxlanması, daşınması, temperatur rejimi, etiketlənməsi və son istifadə müddəti kimi məsələlərə nəzarətin gücləndirilməsi vacibdir.

“Məncə, burada əsas hədəf cərimə yazmaq və ya sahibkarı cəzalandırmaq deyil. Məqsəd həm istehsalçını məsuliyyətli davranmağa təşviq etmək, həm də vətəndaşın aldığı məhsula güvənməsini təmin etməkdir. İnsan mağazadan və ya internetdən qida alanda onun təhlükəsiz olduğuna əmin olmalıdır. Yeni proqramın uğuru da məhz bununla ölçüləcək: kağız üzərində nə qədər tədbir yazıldığı ilə yox, vətəndaşın gündəlik həyatında qida təhlükəsizliyinin nə qədər yaxşılaşdığı ilə ölçüləcək” - R.Nurullayev söyləyib.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı açıqlamasında qeyd edib:

“Proqramın məqsədi qiymətləri və xərcləri artırmaq deyil, qida məhsullarının təhlükəsizliyini təmin etməkdir. İstehlakçı mağazadan aldığı məhsulun üzərindəki məlumatların reallığa uyğun olub-olmadığını laboratoriya yoxlaması olmadan müəyyən edə bilməz. Bu baxımdan, söhbət ilk növbədə insanların sağlamlığının və istehlakçı hüquqlarının qorunmasından gedir”.

Onun sözlərinə görə, yeni prosedurların tətbiqi ilkin mərhələdə sahibkarlar üçün müəyyən əlavə xərclər yarada bilər. Bunlara məhsulların laboratoriyada yoxlanılması, sertifikatlaşdırılması, uyğunluğun qiymətləndirilməsi, sənədləşmə, saxlama və izləmə kimi proseslər daxildir. Lakin bu xərclərin məhsulun ümumi dəyərində ciddi paya malik olacağı gözlənilmir.

X.Kərimli bildirib ki, bəzi məhsullar üzrə mövcud prosedurların təkmilləşdirilməsi qısa müddətdə müəyyən qiymət artımına səbəb ola bilər. Xüsusilə keyfiyyətsiz və standartlara cavab verməyən ucuz məhsulların bazara daxil olmasının qarşısının alınması nəticəsində istehlakçı daha keyfiyyətli, lakin nisbətən bahalı məhsullarla qarşılaşa bilər. Bununla belə, bu, birbaşa qiymət artırılması qərarı deyil, istehlak bazarında təhlükəsizliyin təmin olunmasına yönəlmiş tədbirdir.

“Keyfiyyətsiz və etiketdə göstərilən məlumatlara uyğun olmayan məhsulların bazara buraxılmaması müəyyən hallarda qiymət fərqi yarada bilər. Lakin burada əsas məqsəd daha təhlükəsiz və keyfiyyətli məhsulların istehlakçıya təqdim olunmasıdır. İxrac məsələsində isə əsas tələbləri məhsulun göndərildiyi ölkənin standartları və sertifikatlaşdırma qaydaları müəyyən edir”, - deyə o bildirib.

Nicat Rüstəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri