Keyn: “Bəzən istədiyimiz səviyyədə olmuruq”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İngiltərə millisinin futbolçusu Harri Keyn Avro-2024-də Danimarkaya qarşı keçirdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, hücumçu 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Turnirdə asan oyun yoxdur. Hər matçda bunun şahidi olurduq. Bəzən istədiyimiz səviyyədə olmuruq. Həm topla, həm də topsuz daha yaxşı ola bilirik. Bu, yaxşı komanda olduğumuzu göstərir. Qrupda üst pillələrdəyik və daha yaxşısını edə bilərik”.
Keyn oyunlara yaxşı başladıqlarını, ancaq sonra eniş yaşadıqlarını da etiraf edib:
“Yaxşı başlayırıq, amma daha sonra necə təzyiq edəcəyimizi bilmirik. Bəzən hansı epizoda kimin gedəcəyinə əmin olmuruq. Danimarkanı təbrik etməliyik, bizə çətinlik yaratdılar”.
Bu mövzuda digər xəbərlər:Keyn: “Futbolda bəzən belə gecələr olur”
15 Avqust 2026 13:35
Kurban Berdıyev: Bəzən alınır, bəzən isə alınmır
20 Sentyabr 2025 23:23
Bəzən susursan, amma...
09 Aprel 2025 09:24
Cəza niyə bəzən ağır, bəzən yüngül görünür? Hakimdən açıqlama
07 May 2026 10:51
Danışıqlar bəzən ingilis, bəzən isə rus dilində aparıldı Hikmət Hacıyev
27 İyul 2025 13:23
Baxış sayı:116
Bu xəbər 22 May 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















