Icma.az
close
up
RU
Bu hallarda keysəriyyə əməliyyatına icazə VERİLMİR

Bu hallarda keysəriyyə əməliyyatına icazə VERİLMİR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Səhiyyə Nazirliyi təbii doğuşu təşviq etmək məqsədilə yeni qərar verib. Yeni qaydalara əsasən, özəl səhiyyə müəssisələrində tibbi zərurət olmadan keysəriyyə əməliyyatlarına icazə verilməyəcək.

Qərar təkcə tibb mərkəzlərini deyil, poliklinikaları, müayinəxanaları və digər özəl səhiyyə müəssisələrini də əhatə edir. Yeni dövrdə bu müəssisələrdə planlı keysəriyyə əməliyyatlarının yalnız tibbi göstəriş olduqda aparılmasına icazə veriləcək. 

Azərbaycan da keysəriyyə əməliyyatlarına görə, ortalamanın üzərində yer alan ölkələrdəndir. Azərbaycanda keysəriyyə əməliyyatları ümumi doğuşların 32%-ni əhatə edir.

Modern.az mövzu ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama ginekoloqu Aynurə Əmirova ilə həmsöhbət olub.

Onun sözlərinə görə, keysəriyyə kəsiyi əməliyyatı uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılması deməkdir:

“Müasir dövrdə bütün ölkələrdə keysəriyyə əməliyyatının sayının artması qeyd olunur və müxtəlif ölkələrdə diri doğuşların 5%-dən 50%-ə qədərini təşkil edir. Keysəriyyə əməliyyatlarının sayının artması hesabına perinatal itkilərin azalması yalnız müəyyən həddə qədər mümkündür. Göstərişlərin sayının artması da buna səbəb kimi göstərilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu il tövsiyələrinə əsasən keysəriyyə kəsiyinin sayı doğuşların ümumi sayının 15%-dən yuxarı olduqda perinatal itkilərin azalmasına təsir göstərmir. Ana tərəfindən əsas göstəricilər arasında uşaqlıq üzərində çapığın olması, döl tərəfindən isə dölün kəskin hipoksiyası, dölün distresini qeyd etmək olar. Əgər hamilədə cift gəlişi varsa və yaxud da normal yerləşmiş ciftin hissəvi ayrılması qanaxma kimi cift tərəfdən olan patoloji vəziyyətlə üz-üzə qalınırsa, bu zaman hamiləliyin cərrahi yolla sonlandırılması ananın həyatını xilas etmək üçün bir göstəriş hesab edilir. Onu da qeyd etmək lazımdır ki, bütün dünyada artımda olan keysəriyyə kəsiyi əməliyyatlarının faizini azaltmaq üçün lüzumsuz və göstərişsiz olan keysəriyyə kəsiklərinin sayının azaldılması yönündə tədbirlər görülür. İlk tədbirlərdən olan “Robson” təsnifatının sırf keysəriyyə kəsiyinin azaldılması üçün tətbiqi tövsiyə olunur”.

Müsahibimiz bildirib ki, Türkiyədə özəl klinikalarda keysəriyyə kəsiyinin qadının istəyi ilə icrasının nəzərdə tutulması kimi tendensiyaların mövcudluğundan irəli gələrək uşaqlıq üzərində qoyulan çapıq toxuması növbəti hamiləliyin də əksər hallarda əməliyyatla başa çatdırılması və yaxud da təbii doğuş olarsa riskli doğuşun olma ehtimalını yüksəldir:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq protokoluna əsasən əgər uşaqlıq üzərində çapıq varsa qadın mütləq şəkildə təkrar əməliyyat olunmalıdır. Kliniki protokola görə qadının istəyi ilə keysəriyyə əməliyyatının icrasına icazə yoxdur, yalnız tibbi göstəriş mövcuddursa, keysəriyyə kəsiyi əməliyyatının icrası mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri