Icma.az
close
up
RU
Kiber təhdidlər ciddi artım dinamikası nümayiş etdirir Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi

Kiber təhdidlər ciddi artım dinamikası nümayiş etdirir Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Kiber təhdidlər bu gün dünya iqtisadiyyatında hesablanan zərərlər baxımından ciddi artım dinamikası nümayiş etdirir.

"Unikal" xəbər verir ki,  bunu “2-ci Beynəlxalq Caspian Innovation Forum"da çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov deyib.

O bildirib ki, bu dinamikanı hər kəs görür: 

“Hətta mən öz ətrafımda da görürəm ki, idman sahəsində, biznesin müxtəlif sahələrində, müxtəlif fəaliyyət istiqamətlərində olan insanlar kiber təhdidlərdən və onların vurduğu zərərlərdən danışır. Çünki biz üzərimizdə telefon gəzdiririk, məlumat daşıyıcıları daşıyırıq, evlərimizdə “smart” avadanlıqlar var. Bunların hər biri hücum hədəfinə çevrilə bilər və bunlar vasitəsilə artıq bizim həyatımız da hədəfə çevrilmiş olur”.

Mərkəzin rəisi qeyd edib ki, 2021-ci ildə  Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təşkili üçün səlahiyyətli qurum müəyyən edilib:

“Bu prosedurların həyata keçirilməsi nəticəsində Azərbaycan qanunvericiliyində ilk dəfə “kiber təhdid” anlayışı ortaya çıxdı və ilk dəfə “kritik informasiya infrastrukturu” hüquqi status aldı.

Bundan sonra, həm hökumətə, həm də səlahiyyətli quruma tapşırıqlar verildi ki, bu sahədə fəaliyyəti qurmaq üçün xarici təcrübə öyrənilsin və ən yaxşı təcrübə Azərbaycanın real infrastrukturuna və real qanunvericilik tələblərinə uyğun şəkildə tətbiq olunsun.

Bu dövr ərzində – təxminən 5 il ərzində – biz ciddi işlər gördük. Beş il baxanda bəzən uzun görünür, bəzən qısa, amma bu sahənin miqyasını nəzərə aldıqda bu, qısa müddətdir. 2021-ci ildə bu məsələyə başlayanda, desəydilər ki, 2025-ci ildə bu nəticələr olacaq, bəlkə də inanmaq çətin olardı. Amma biz artıq bu arxitekturaya və bu topologiyaya nail olmuşuq”.

“Azərbaycan qanunvericiliyi artıq kritik informasiya infrastrukturlarının təhlükəsizliyini ayrıca anlayış kimi müəyyən edir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı bütün normativ sənədlər hazırlanıb, normativ aktlar təsdiqlənib və fəaliyyətə başlanılıb”, - deyə o əlavə edib.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri