Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Kiber təhlükəsizliyin gələcəyi süni intellektdədir Fuad Həmidli

Kiber təhlükəsizliyin gələcəyi süni intellektdədir Fuad Həmidli

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal dövrün sürətlə inkişaf etdiyi bir zamanda informasiya təhlükəsizliyi sahəsində peşəkar bilik və təcrübə daha önəmli hala gəlib. Artıq kiber təhlükəsizlik nəinki üstünlük, əksinə həm dövlət qurumları, həm də özəl sektor üçün qaçılmaz bir zərurətə çevrilib.

Metbuat.az olaraq bu sahədə böyük təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış kriptoqrafiya və kiber təhlükəsizlik mütəxəssis, ABŞ-nin “New Jersey” Texnologiya İnstitutunun professoru Fuad Həmidlidən müsahibə almışıq.

Həmin müsahibəni təqdim edirik:

Fuad bəy, əvvəlcə özünüz haqqında danışaq. Necə bir yol keçdiniz və akademik karyeranız necə başladı?

Mən 1986-cı ildə Lənkəranda doğulmuşam və uşaqlıqdan etibarən akademik sahədə maraqlarım olub. Riyaziyyat sahəsindəki bacarıqlarım kiçik yaşlarımdan aydınlaşdı və 2002-2003-cü illərdə Azərbaycan Riyaziyyat Olimpiadalarında qızıl medal qazandım. Bu nailiyyətlərim beynəlxalq aləmdə də tanınmağa səbəb oldu. 2003-cü ildə Böyük Britaniya və Yaponiyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadalarına qatıldım və Yaponiyada "Hörmətli Yaddaş" mükafatını qazandım. Təhsilimi isə Ortadoğu Texniki Universitetində Riyaziyyat üzrə davam etdirib, doktorluq dərəcəsini Kriptoqrafiya sahəsində aldım.

Kriptoqrafiya və kiber təhlükəsizlik sahələrinə marağınız necə yarandı?

Kriptoqrafiya və kiber təhlükəsizlik sahələri mənim riyaziyyat üzrə akademik təhsilimi davam etdirərkən təbii olaraq diqqətimi çəkdi. Riyaziyyat və kriptoqrafiya arasında çox yaxın bir əlaqə var. Doktorluq təhsilimi bu sahələrə həsr etdim və nəticədə həm kriptoqrafiya, həm də kiber təhlükəsizlik üzrə dərin biliklər əldə etdim. Kriptoqrafiya təhlükəsiz məlumat ötürülməsi və şifrələmə məsələləri ilə əlaqədar olduğu üçün kiber təhlükəsizlik sahəsi ilə çox təbii bir keçid oldu.

Kiber təhlükəsizlik sahəsindəki təcrübəniz haqqında bizə məlumat verə bilərsinizmi?

Kiber təhlükəsizlik sahəsində təcrübəm böyük ölçüdə enerji sektoru ilə bağlıdır. Türkiyədəki ən böyük enerji şirkətlərindən birində kiber təhlükəsizlik rəhbəri olaraq, kritik infrastrukturun təhlükəsizliyini təmin etmək üçün bir çox mühüm layihədə iştirak etdim. Ən böyük zəiflik idarəetmə prosesini uğurla tətbiq etdik və hadisə reaksiya strategiyalarının inkişafına böyük töhfə verdik. Bu təcrübələr mənim kiber təhlükəsizlik sahəsindəki biliklərimi dərindən inkişaf etdirdi və bu sahədəki liderlik mövqeyimi möhkəmləndirdi.

Həm kriptoqrafiya, həm də kiber təhlükəsizlik sahələrində ekspert olmaq necə bir təcrübədir?

Bu, həm çox çətin, həm də çox maraqlı bir təcrübədir. Kriptoqrafiya və kiber təhlükəsizlik bir-birini tamamlayan sahələrdir. Kriptoqrafiya məlumatın təhlükəsizliyini təmin etmək üçün istifadə olunur, kiber təhlükəsizlik isə bu məlumatların düzgün şəkildə qorunmasını və sistemin ümumi təhlükəsizliyini təmin edir. Bu sahələrdə ekspert olmaq həm nəzəri bilikləri, həm də praktiki təcrübələri birləşdirməyi tələb edir. Mənim üçün hər iki sahədə bir araya gələn bu bacarıqlar kiber təhlükəsizliyin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

Fuad bəy, bəs tədris sahəsindəki fəallığınız və tələbələrinizlə əlaqəniz necədir?

2021-ci ildən etibarən “New Jersey” Texnologiya İnstitutunda (NJIT) kiber təhlükəsizlik və kriptoqrafiya üzrə professor olaraq fəaliyyət göstərirəm. Bu sahədəki təcrübəmi tələbələrlə paylaşmaq və onları gələcəyin kiber təhlükəsizlik mütəxəssisləri kimi yetişdirmək mənim üçün böyük bir şərəfdir. Son üç ildə təxminən 1500 tələbəyə dərs vermişəm və çoxsaylı tələbələrim kiber təhlükəsizlik sahəsində əhəmiyyətli uğurlar əldə edib. Tələbələrimlə əlaqəm çox yaxındır və onların gələcək karyeralarında onlara dəstək olmaq üçün müxtəlif mentorluq proqramları təşkil edirəm.

2022-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən dəvət olundunuz və ölkənin ilk İnformasiya Təhlükəsizliyi bakalavriat proqramını hazırladınız. Bu təcrübə barədə bizə nə deyə bilərsiniz?

Bu layihə mənim üçün çox əhəmiyyətli idi. Azərbaycan kiber təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə daha güclü mövqe tutmaq üçün lazımlı addımları atır. Mənə bu proqramı hazırlamaq üçün dəvət edildikdə ölkəmizdəki tələbələrə dünya səviyyəli bir təhsil vermək imkanı əldə edəcəyimi düşündüm. Bu proqram vasitəsilə Azərbaycanlı tələbələr kiber təhlükəsizlik sahəsində yüksək keyfiyyətli təhsil alacaq və dünya kiber təhlükəsizlik xəritəsində ölkəmizin mövqeyini gücləndirəcək.

Gələcəkdə kiber təhlükəsizlik sahəsinin hansı istiqamətlərində inqilabi dəyişikliklər gözləyirsiniz?

Kiber təhlükəsizlik sahəsi çox sürətlə inkişaf edir. Gələcəkdə xüsusilə süni intellekt və maşın öyrənməsi texnologiyalarının kiber təhlükəsizlik sahəsinə inteqrasiyası çox böyük dəyişikliklər gətirəcək. Bu texnologiyalar sistemlərin daha ağıllı və tez reaksiya verən olması üçün istifadə ediləcək. Bundan əlavə, "insansız fabriklər" və digər avtomatlaşdırılmış sistemlərin genişlənməsi ilə kiber təhlükəsizlik sahəsinin yeni və daha kompleks məsələlərlə qarşılaşacağına inanırıq.

Son olaraq, kiber təhlükəsizlik sahəsinə yeni daxil olmaq istəyən gənclərə nə tövsiyə edərsiniz?

Kiber təhlükəsizlik sahəsi çox geniş və dinamik bir sahədir. Gənclərə ilk növbədə bu sahəyə olan maraqlarını və istedadlarını inkişaf etdirməyi tövsiyə edirəm. Təhsil və təcrübə mühimdir, amma həm də davamlı öyrənmək və yeni texnologiyalarla tanış olmaq çox vacibdir. Həmçinin, real dünya təcrübələri əldə etmək, müxtəlif layihələrdə iştirak etmək və müxtəlif müsabiqələrdə yer almaq çox faydalıdır. Kiber təhlükəsizlik sahəsindəki uğurlar yalnız texniki biliklərlə deyil, həm də davamlı olaraq problem həll etmə və innovasiya ilə əldə edilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri