Icma.az
close
up
RU
Qışa hazır olmaq üçün bu 3 meyvə bəs edir

Qışa hazır olmaq üçün bu 3 meyvə bəs edir

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabr ayı bu gümdən başladı və təqvim rəsmi şəkildə qışı göstərsə də, havada hələ payızın nəfəsi hiss olunur. Günəşli günlər, mülayim hava və yüngül küləklər insanı hələ payız ovqatından ayırmaq istəmir.

“Yeni Sabah” xəbər verir ki, məhz bu keçid mərhələsi immunitet üçün ən həssas zaman sayılır. Çünki orqanizm iqlim dəyişikliyinə hazır olmadığı üçün soyuqdəymə və halsızlıq halları daha tez ortaya çıxa bilər. Buna görə qışın sərt günləri gəlməmişdən əvvəl orqanizmi gücləndirmək və vitamin ehtiyatını artırmaq çox vacib hesab olunur.

Həkimlərin fikrincə, məhz bu günlərdə üç meyvə var ki, gündəlik rasionda mütləq yer almalıdır. Onların hər biri təbii şəkildə həm immuniteti gücləndirir, həm də enerji verərək əhval-ruhiyyəni yüksəldir.

NAR

İlk növbədə, nar mövsümün ən dəyərli meyvələrindən biri sayılır. Sadə qida deyil, təbii müalicə vasitəsi kimi qiymətləndirilir. Güclü antioksidant təsiri sayəsində qanın təmizlənməsinə kömək edir, damarlarda tıxanmanın qarşısını alır və soyuqdəyməyə qarşı bədəni möhkəmləndirir. Əlavə olaraq stressi və yorğunluğu azaltdığı üçün payız-qış keçidində ən təsirli təbii dərmanlardan biri hesab edilir. Mütəxəssislər hətta bildirir ki, bir stəkan təbii nar suyu aptekdə satılan vitamin komplekslərini əvəz edə bilər.

SİTRUS MEYVƏLƏRİ

 Xüsusilə portağal və naringi qışa hazırlığın ən dadlı yollarından biri sayılır. C vitamini ilə zəngin olduqları üçün antiviral təsir göstərirlər, gecələr hiss edilən halsızlığı azaldır, qan dövranını yaxşılaşdırır, dərini və saçları daha canlı edir. Xüsusilə səhər yeməyindən sonra bir naringi yemək, immunitet üçün sanki müdafiə sipəri kimi təsir göstərir və qrip riskini azaldır.

ALMA

Alma sadə meyvə kimi görünə bilər, amma əslində qış mövsümündə ən çox ehtiyac duyulan funksiyanı yerinə yetirir. Həzmi yaxşılaşdırır, toxluq hissi yaradır və bu səbəbdən çəkiyə nəzarət edənlər üçün ideal qidadır. Qan şəkərinin tənzimlənməsinə kömək edir və soyuq havalar yaxınlaşdıqca orqanizmin müdafiə sistemini gücləndirir.

Mütəxəssislər xəbərdarlıq edir: qış xəstəliklərinə qarşı hazırlıq məhz bu gün başlamalıdır. Bu üç meyvəni rasionuna əlavə etməklə həm enerjini artırmaq, həm immuniteti möhkəmləndirmək, həm də bahalı vitamin komplekslərinə ehtiyac duymamaq mümkündür. Payızdan qışa keçid dövrü qısa görünə bilər, amma sağlamlığın təməli məhz bu günlərdə qurulur.

Əsmətxanım


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Dekabr 2025 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri