Icma.az
close
up
RU
Kiberdələduzluq artıb: Süni intellektin istifadəsi ilə vəziyyət daha da mürəkkəbləşib

Kiberdələduzluq artıb: Süni intellektin istifadəsi ilə vəziyyət daha da mürəkkəbləşib

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyi kibertalama halları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edib.

Bu barədə DİN-dən bildirilib.

Xəbərdarlıqda deyilir:

"Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir. Süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olmaqdadır.

Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.

Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin.

Kartınızın təhlükəsizliyi öz əlinizdədir!"

Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Sherg.az”a bildirib ki, bu doğurdanda böyük problemdir:


"Kiberdələduzluq hallarının artması, texnoloji inkişaflarla sıx bağlıdır və süni intellektin istifadəsi ilə vəziyyət daha da mürəkkəbləşib. Bir çox insan kibertəhlükəsizlik mövzusunda hələ də məlumatlı deyil və ya təhlükəsizlik protokollarına ciddi yanaşmır. Bu, dələduzların hədəf alacağı daha çox insana yol açır. Çünki müəyyən mənada texnologiyalarla tanış olmayan insanlar belə dələduzluğa məruz qala bilərlər. Məsələn, hər hansı bir qohum və ya ailə üzvü zəng edərək böyük bir problem olduğunu həyəcanlı danışırsa, hər birimiz kömək etmək istəyirik. Bu artıq kütləvi hal aldığına görə ən bəsit formada ailə daxilində hər hansı bir açar söz olmalıdır. Təəssüflər olsun ki, hazırda başqa çıxış yolu görmürəm. Çünki istənilən halda bu səslər dəyişir. Başqa qohum zəng edib pul istəyirsə, həmin an onun mobil telefonuna zəng edərək dəqiqləşdirmək  lazımdır. Daha sonra kartdan-karta pul atma məsələsini minimallaşdırmaq lazımdır. Kiberdələduzluq ilə mübarizə çox səbr və diqqət tələb edir. Texnologiyanın inkişafı ilə bu cür təhdidlər də artacaq, amma bu hallardan qorunmağın ən yaxşı yolu, şəxsi məlumatların qorunmasına dair təcrübəli yanaşmaq lazımdır. Həmçinin, dövlət orqanlarının, bankların və digər əlaqəli qurumların kibertəhlükəsizlik sahəsindəki maarifləndirmə fəaliyyətlərini gücləndirməsi də vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri