Icma.az
close
up
RU
Kibermühitdə uşaqlara nəzarət etmək nə dərəcədə mümkündür? Kaspi nin ARAŞDIRMASI

Kibermühitdə uşaqlara nəzarət etmək nə dərəcədə mümkündür? Kaspi nin ARAŞDIRMASI

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnternet böyüklər kimi uşaqların, yeniyetmələrin də həyatına ciddi şəkildə təsir edir. Uşaqlar artıq rəqəmsal dünyada böyüyür, onların istənilən resursa əlçatanlığı internet vasitəsilə təmin olunur. Maraqlıdır, valideynlər övladlarını kibermühitdə müdafiə edə bilirlərmi?

Araşdırmalar göstərir ki, dünyada uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşirlər. Bu da onların psixoloji durumuna təsir edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"67 faiz valideyn övladlarına nəzarət etmir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədilə aparılan araşdırmaya dair maraqlı hesabat təqdim edib. Belə ki, Bakı, Ağdam, Göygöl, Daşkəsən, Bərdə, Naxçıvan, Qazax, Salyan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında yaşayan respondentlərin iştirakı ilə internetdən istifadənin səviyyəsinin ölçülməsinə dair oflayn və onlayn formada sorğu keçirilib. Hesabatda qeyd edilib ki, ölkəmizdə uşaqların 75 faizi gündəlik internetdən istifadə edir. Sorğuya əsasən, məlum olub ki, 67 faiz valideyn övladlarına internetdən istifadə edərkən nəzarət etmir, heç bir məhdudiyyət qoymur.

"Zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir"

Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyir ki, statistik məlumatlara görə, internetdən istifadə edən uşaqların 72 faizi heç olmasa həyatında bir dəfə təhdidlərə məruz qalır: "Hazırda uşaqların internetə çıxışı iki yaşından başlayır. Çünki valideynlər övladlarını qidalandırmaq üçün planşetlərdən, telefonlardan istifadə edirlər. Bu, həm də mənəvi qidanın dəyişməsi deməkdir. Üstəlik, xarici dillərdə olan məhsullardan istifadə edilir. Azərbaycan dilində hazırlanan, uşaqlara izlədilən materiallar azlıq təşkil edir. Bu gün 6-18 yaş arası istifadəçilərin 45 faizdən çoxu gündə beş saat internetdən istifadə edir. 67 faiz uşağın internetdə nəzarətsiz qalması məyusedici statistik göstərici kimi də qiymətləndirilə bilər. Çünki valideynlərin rəqəmsal media savadlılığı yüksək səviyyədə olmadığı üçün bundan narahat deyillər və risk görmürlər".

Araşdırmalar göstərir ki, valideyn güvənsizliyi uşaqları "deepweb", "darkweb" və digər zərərli kontentlər (təcavüz, bulinq, qumar, şantaj, şəxsi həyat paylaşımları və s.) qarşısında aciz qoyur və çox vaxt ata-analar bundan problem yarandıqdan sonra xəbərdar olurlar. Azərbaycanda internet resurslarına giriş çox sərbəstdir və zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir.

"Uşaqlarda aqressivlik artır"

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova deyir ki, Uşaq Qaynar Xətt xidməti olaraq birbaşa ailələr və uşaqlarla bağlı kibermühitin yaratdığı problemlərlə tez-tez üzləşirlər: "Təəssüf ki, 13-18 yaş uşaqlar arasında kiberzorakılıq, yaşıdları və kənar şəxslər tərəfindən təhqir, toxunma, təzyiq, hər hansı bir məlumatların alınması, şantaj kimi məsələlər var. Bəzən adi bir mövzu ilə bağlı axtarış zamanı və ya "YouTube"da hər hansı videoya baxarkən qarşılarına zorakılıq, ədəbsiz ifadələr, pornoqrafik məzmun və ya yaşa uyğun olmayan digər materiallar çıxır. Bu, onların psixoloji inkişafına mənfi təsir göstərir. Digər təhlükələrə isə onlayn fırıldaqçılıq, şəxsi məlumatların istismarı və onlayn cinsi zorakılıq halları daxildir. Bəzi hallarda uşaqların məlumatları ələ keçirilib, sonradan manipulyasiya və ya təhdid üçün istifadə oluna bilər. İnternet oyunlarına həddindən artıq aludəçilik də ayrıca problemdir. Bu, həm fiziki sağlamlığa, həm də zehni vəziyyətə zərbə vurur. Uşaqlarda aqressivlik artır, diqqət dağılır və nəticədə təhsil prosesinə maraq azalır".

Həm maddi, həm də mənəvi zərər

Mütəxəssis bildirir ki, bu kimi faktorlar yekunda uşağın akademik performansının aşağı düşməsinə və sosial bacarıqlarının zəifləməsinə gətirib çıxarır: "Buna görə də valideynlərin və müəllimlərin bu sahədə maarifləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi olduqca vacibdir. Oyunların mənəvi zərərləri ilə yanaşı, maliyyə yönümlü təhlükəli tərəfləri də var. Belə ki, bir çox oyunlarda qəhrəmanın görünüşünü dəyişmək, əlavə imkanlar əldə etmək və ya xal toplamaq üçün ödənişlər tələb olunur. Bu ödənişlər əsasən bank kartları vasitəsilə edilir və həmin kartlar çox vaxt valideynlərə məxsus olur. Uşaqlar bəzən valideynlərindən icazəsiz bu kartlardan istifadə edir və oyun içi alış-verişlərə ciddi məbləğlər xərcləyirlər. Belə hallar artıq real həyatda da yaşanıb. Bu səbəbdən valideyn nəzarəti və maarifləndirmə vacibdir".

Problemi erkən mərhələdə həll etməyə çalışmalıdırlar

K.Aşumova vurğulayır ki, burada həm qaynar xətlərin yaradılması, həm də uşaqlarla birbaşa işləyən dövlət qurumlarının - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ona bağlı agentliklər, kibertəhlükəsizliklə bağlı qurumlar, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, xüsusilə də məktəblərin - aktiv şəkildə rol alması vacibdir: "Bu qurumlar profilaktik və araşdırma yönümlü tədbirlər həyata keçirməli, qarşılıqlı əməkdaşlıqla problemi erkən mərhələdə həll etməyə çalışmalıdırlar. Digər tərəfdən, bizim də birbaşa çalışdığımız sahələrdə uşaqlara müsbət töhfə verə bilmək üçün müəyyən təşəbbüslər həyata keçirmək mümkündür. Məsələn, rəqəmsal savadlılığın artırılması üçün müvafiq dərslərin təşkili, qeyri-formal təhsilin gücləndirilməsi, QHT-lərin və dövlət qurumlarının bu mövzuda layihələrə dəstək verməsi, məktəblərdə bu məsələlərin dərindən öyrənilməsinin təşviqi, sadəcə savadlılıq deyil, riskləri anlama və onlara qarşı tədbirlər görmək bacarığının da aşılanması vacibdir. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dövlət, ailə və cəmiyyətin birgə məsuliyyətidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri