Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə insan alveri ilə mübarizə sahəsində “Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi uşaqların kibertəhlükəsizliyinin təmin olunması, zərərli informasiya resurslarından müdafiəsi, sosial media və süni intellekt texnologiyalarının yaratdığı risklərin təhlili, eləcə də insan alveri və məcburi əməyə qarşı mübarizədə dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti müzakirə olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların rəqəmsal mühitdə qarşılaşdığı təhlükələrə qarşı ardıcıl və kompleks dövlət strategiyasının həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı şəraitində kiberməkanda uşaqların müdafiəsi prioritet istiqamətlərdən biridir.

A.Sofiyeva əlavə edib ki, bu sahədə qəbul olunan normativ-hüquqi sənədlər, milli fəaliyyət planları və dövlət proqramları uşaqların rəqəmsal risklərdən qorunmasını təmin etməklə yanaşı, insan alveri və məcburi əmək cinayətlərinin qarşısının alınmasına yönəlib. O, “Uşaqların hüquqlarının müdafiəsi haqqında” və digər əlaqədar qanunvericilik aktlarının icrasında koordinasiyalı əməkdaşlıq və ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb.

Sonra kiberməkanda uşaqların qarşılaşa biləcəyi risklərə dair maarifləndirici sosial videoçarx nümayiş etdirilib.

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, uşaqların rəqəmsal mühitdə qorunması yalnız texniki deyil, həm də psixoloji və mənəvi təhlükəsizliyi əhatə edən məsələdir. Onun sözlərinə görə, internet istifadə edən uşaqların 72 faizi rəqəmsal təhdidlərə məruz qalıb, lakin bu hadisələrin çoxu rəsmi qaydada qeydə alınmır. Azərbaycanda uşaqların 75 faizi hər gün internetdən istifadə edir, ancaq yalnız 8 faizi özünü tam təhlükəsiz hiss edir, valideynlərin isə 67 faizi uşaqlarının onlayn fəaliyyətini nəzarətdə saxlamır. Buna görə də onların müdafiəsi üçün kompleks və sistemli tədbirlərin həyata keçirilməsi zəruridir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev çıxışında zərərli informasiyadan uşaqların qorunması üçün dövlət və qeyri-dövlət qurumlarının sıx əməkdaşlığının vacibliyini vurğulayıb. O, insan alveri və uşaqların müdafiəsi sahəsində Nazirliyin fəaliyyətinin davam etdiyini, məktəblərdə və təhsil müəssisələrində 2 mindən çox maarifləndirici tədbirin keçirildiyini diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov bildirib ki, internetdə Azərbaycan dilində keyfiyyətli məzmunun azlığı azyaşlıların əxlaqi və pedaqoji baxımdan uyğun olmayan digər dillərdəki resurslara üz tutmasına səbəb olur və bu istiqamətdə yerli kontentin artırılması vacibdir.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı isə qeyd edib ki, rəqəmsal mühitdə uşaqların qorunması yalnız texnoloji vasitələrlə deyil, hüquqi və maarifləndirici tədbirlərlə də təmin olunmalıdır. O əlavə edib ki, yerli platformalarda uşaqlar üçün uyğun və inkişaf etdirici məzmunların təşviqi önəmli məsələlərdəndir və Şura beynəlxalq təcrübəyə uyğun hüquqi bazanın formalaşdırılması üçün monitorinqlər aparır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Gülər Rzayeva uşaqların sosial şəbəkələrdə fərdi məlumatlarının qorunmasının əsas məsələ olduğunu qeyd edib, xidmətin bu istiqamətdə maarifləndirmə və monitorinq fəaliyyətlərini həyata keçirdiyini, rəqəmsal savadlılığın artırılması üçün tədbirlər gördüyünü vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti Daxili nəzarət və normativ-hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşıyeva isə qurumun normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və uşaqların hüquqlarının qorunması üçün daxili nəzarətin gücləndirilməsi istiqamətində iş apardığını bildirib.

Sonda iştirakçılar arasında açıq müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri