Icma.az
close
up
RU
Vergi güzəştlərinin müddətinin uzadılmaması nəyə səbəb olacaq? Kaspi nin ARAŞDIRMASI

Vergi güzəştlərinin müddətinin uzadılmaması nəyə səbəb olacaq? Kaspi nin ARAŞDIRMASI

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddiillik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8 000 manata qədər olan şəxslər gəlir vergisindən azaddırlar, yalnız 8 000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2 500 manatadək hissəsindən 14%, 2 500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur.

Bəs növbəti ildə bizi nə gözləyir? 2026-cı il vergi siyasətində hansı istiqamətlər prioritet olacaq? Mövcud güzəştlər uzadılacaq, yoxsa sahibkarlar və işçilər yeni vergi yükü ilə üz-üzə qalacaqlar?

Kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına

Deputat Vüqar Bayramov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, payız sessiyasında vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı məsələyə dair hökumət tərəfindən təqdim olunacaq layihə barədə daha ətraflı məlumat əldə edəcəyik:

"Ümumilikdə, təklifimiz ondan ibarətdir ki, vergi güzəştlərində kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına keçid təmin edilsin. Xüsusilə inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir vergisi üzrə güzəştlərin istehlak göstəricilərinə əsaslanaraq tətbiq olunması məqsədəuyğundur. Yəni vətəndaş nə qədər çox rəsmi istehlak həyata keçirirsə və bu xərcləri plastik kart vasitəsilə rəsmiləşdirirsə, bir o qədər çox güzəşt əldə etməlidir".

"Güzəştlərin saxlanılmasının tərəfdarıyıq"

Deputat vurğulayıb ki, hazırda mövcud olan məlumat bazaları bu modelin tətbiqinə real imkan yaradır:

"Bu səbəbdən hesab edirik ki, vergi güzəştləri yalnız regional və ya kəmiyyət əsaslı deyil, fərdi istehlak davranışı və şəffaf iqtisadi aktivlik əsasında tətbiq edilməlidir. Bu, vergi siyasətində daha ədalətli və səmərəli nəticələrə gətirib çıxara bilər. Xüsusilə də nəzərə alsaq ki, istehlak real sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, ABŞ-də inkişafı göstərən əsas indikatorlardan biri istehlak səviyyəsidir. Çünki istehlak real sektor üçün əsas mənbədir. Bu səbəbdən gəlir vergisi daxil olmaqla, keyfiyyət meyarlarının tətbiqi həm də istehlakın stimullaşdırılmasına gətirib çıxara bilər. İstehlakın təşviqi isə real sektorun inkişafı baxımından vacibdir. Amma bütövlükdə hansı yanaşmaya üstünlük veriləcəyi bu ilin payız sessiyasında məlum olacaq".

"Güzəşt kompensasiya xarakteri daşıyırdı"

İqtisadçı-ekspert Radil Fətullayev deyib ki, yeddi il müddətində qüvvədə olan bu güzəşt qeyri-neft sektoruna ciddi dəstək verib:

"Güzəşt sosial sığorta ödənişlərinə müəyyən təsir göstərsə də, müəssisələrin yükünü azaltmaqla yanaşı, işçilərin əlində qalan məbləğin artmasına səbəb oldu. Sosial sığorta haqlarında artım müşahidə olunsa da, ümumi mənada bu dəyişiklik kompensasiya xarakteri daşıyırdı".

Mütəxəssis güzəşt müddətinin yenidən uzadılmasını məqsədəuyğun hesab edir:

"Vergi güzəştinin daha yeddi və ya 10 il müddətinə uzadılması həm özəl sektorun güclənməsi, həm də qeyri-neft sahəsində rəqabətqabiliyyətli mühitin formalaşması baxımından mühüm töhfə verə bilər".

"İşçinin əlinə çatan məbləğ azalacaq"

R.Fətullayev vurğulayıb ki, əgər güzəştlər yenidən tətbiq olunarsa, hazırda qüvvədə olan model əsasında davam edəcək. Əks halda, gəlir vergisinin əvvəlki qaydada hesablanması işçinin əlinə çatan məbləğin azalmasına səbəb olacaq:

"Hazırda qeyri-neft, qeyri-dövlət sektorunda yalnız sosial sığorta və icbari tibbi sığorta ödənişləri tətbiq olunur. Çünki 8 min manatdan çox əməkhaqqı alan işçilərin və bu səviyyədə maaş verən müəssisələrin sayı azdır. Bu baxımdan, güzəştin davam etməsi xüsusilə əhəmiyyətlidir. Dövlət büdcəsinə daxilolmaların plan üzrə yerinə yetirilməsi şəraitində bu kimi güzəştlər həm işçinin sosial təminatı, həm də iş bazarının stabilliyi baxımından önəmlidir".

Tutulmalar necə hesablanacaq?

Vergi üzrə ekspert Mahmud Abasquliyev deyib ki, əgər güzəştin müddəti uzadılmasa, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla aparılacaq:

"Hazırda özəl sektorda işçilərin əməkhaqqı üzrə 8 000 manata qədər olan hissə gəlir vergisindən tam azaddır. Yalnız sosial sığorta (200 manatın 3%-i, yuxarısının 10%-i), icbari tibbi sığorta (2%) və işsizlik sığortası (0.5%) tutulur. Müəssisə tərəfindən isə eyni ödənişlər müvafiq nisbətlərdə həyata keçirilir. Dövlət sektorunda isə vəziyyət fərqlidir: 200 manatlıq güzəşt çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. Bundan əlavə, əməkhaqqının 3%-i sosial sığorta, 2%-i icbari tibbi sığorta və 0.5%-i işsizlik sığortası kimi tutulmalar da işçinin maaşından çıxılır. Əgər mövcud güzəştin müddəti başa çatsa və uzadılmasa, 2026-cı ildən etibarən özəl sektor üçün də bu qaydalar keçərli olacaq. Gəlir vergisi 200 manatlıq azadolmadan sonra 14% olaraq hesablanacaq. Bu gün 1000 manat maaş alan bir işçi, gəlir vergisi əvvəlki qaydada bərpa olunarsa, artıq həmin məbləği tam şəkildə ala bilməyəcək. Bu səbəbdən də işəgötürənlərin əməkhaqqılarını müvafiq şəkildə artırması vacib olacaq ki, işçi əvvəlki səviyyədə məvacibini əldə edə bilsin. Əks halda, əmək bazarında narazılıqlar və təklif-tələb balansında pozuntular yarana bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri