Icma.az
close
up
RU
Kiçik kənddən böyük arzulara: Ruhinin arzuları və uğurları

Kiçik kənddən böyük arzulara: Ruhinin arzuları və uğurları

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 avqust AZƏRTAC

Balaca bir kəndddə dünyaya göz açan Ruhinin uğuru göstərir ki, böyük arzular üçün böyük şəhərdə doğulmaq deyil, böyük məqsədlərə inanmaq və əzmlə çalışmaq lazımdır.

Qazax rayon Alaçaylı kənd tam orta məktəbinin məzunu Ruhin Xasməmmədov AZƏRTAC-a uğur hekayəsi haqqında danışıb.

“Həyatımda təhsillə yanaşı, xüsusi yer tutan bir sahə də var – rəssamlıq. Rəsm mənim üçün sadəcə bir hobbi deyil, ən çox sevdiyim sənətdir. Kiçik yaşlarımdan bu sənətlə məşğulam. Rəsmə marağım uşaqlıq illərimdən başlayıb. Yaşadığımız ərazidə professional rəssam olan bir qonşumuz var idi. Onun çəkdiyi rəsmlər məndə böyük maraq oyadırdı. Saatlarla onun əsərlərinə baxır, çəkdiklərini təkrarlamağa və özümü ona oxşatmağa çalışırdım. Həmin vaxtlar rəssamlığın gələcəkdə həyatımın bu qədər mühüm hissəsinə çevriləcəyini düşünmürdüm. Sonralar tanınmış rəssam Nəciməddin Hüseynovun yaradıcılığı ilə tanış oldum. Onun əsərləri də mənə böyük təsir göstərdi. Yavaş-yavaş özüm də rəsm çəkmək qabiliyyətimin olduğunu hiss etməyə başladım. Bu marağımı daha da inkişaf etdirmək üçün Qazax Dövlət Rəsm Qalereyasının kurslarına qatıldım. Orada rəsmə olan sevgim daha da möhkəmləndi və öz üzərimdə ciddi çalışmağa başladım.

2019-cu ildən etibarən rəssamlıqla daha ardıcıl şəkildə məşğul oluram. Bu illər ərzində dəfələrlə respublika səviyyəli rəsm müsabiqələrində iştirak etmiş, müxtəlif yerlərə layiq görülmüş və fərqlənmişəm. Hər bir müsabiqə mənim üçün yalnız qalib gəlmək deyil, həm də yeni insanlar tanımaq, təcrübə qazanmaq və özümü sınamaq baxımından əhəmiyyətli olub. Yaradıcılığımda xüsusi bir mərhələ isə 2021–2022-ci illərə təsadüf edir. Həmin dövrdə şəhidlərimizin və milli qəhrəmanlarımızın portretlərini çəkməyə başladım. Onların həyat yolu və göstərdikləri qəhrəmanlıq məndə böyük duyğular yaradırdı. İstəyirdim ki, öz sənətimlə onların xatirəsinə töhfə verim. Çəkdiyim portretlərdən biri rayon rəhbərliyinin diqqətini çəkdi. Bundan sonra çəkdiyim şəhid və qəhrəman portretlərinin şəhid ailələrinə çatdırılmasına kömək göstərildi. Mənim üçün bu, qazandığım mükafatlardan daha fərqli və daha dəyərli bir hiss idi. Çünki çəkdiyim rəsmlərin şəhid ailələrinə çatması və onların xatirəsinə həsr olunması mənə böyük mənəvi qürur verdi”, - deyə o bildirib.

Ruhin beynəlxalq səviyyədə də özümü sınayıb. Ukraynada keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində fərqlənən ilk 20 iştirakçı arasında yer alıb. Bu barədə deyir: “Təəssüf ki, həmin dövrdə baş verən müharibə səbəbindən diplom və mükafatlandırma mərasimi təxirə düşüb. Buna baxmayaraq, belə bir müsabiqədə ölkəmi və rayonumu təmsil etmək mənim üçün böyük təcrübə və qürur olub. Bu gün artıq qarşıda məni yeni bir mərhələ gözləyir. Azərbaycan Texniki Universitetinə qəbul olmağım mənim üçün böyük uğurdur. Beynəlxalq ticarət və logistika ixtisasını seçsəm də, rəssamlıqdan heç vaxt uzaqlaşmaq fikrim yoxdur. Çünki insanın seçdiyi peşə ilə sevdiyi sənət hər zaman eyni olmaya bilər. Mən gələcəkdə başqa sahədə çalışsam belə, rəssamlıq mənim ən sevdiyim sənət olaraq qalacaq. Rəsm çəkəndə özümü daha rahat və azad hiss edirəm. Mənim üçün rənglər bəzən sözlərin ifadə edə bilmədiyi duyğuları danışır”.

Ruhin nəqsədlərindən də danışıb: “Həm universitetdə yaxşı təhsil almaq, həm də rəssamlıq sahəsində özümü inkişaf etdirmək istəyirəm. Qarşıda yeni əsərlər yaratmaq, müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak etmək, öz yaradıcılığımı daha geniş auditoriyaya çatdırmaq əsas hədəflərimdəndir. Geriyə baxanda anlayıram ki, hər şey bir qonşumuzun çəkdiyi rəsmlərə olan uşaqlıq marağımdan başladı. Sonra bu maraq sevgiyə, sevgi isə zəhmətə çevrildi. Məncə, uğurun ən vacib şərtlərindən biri insanın sevdiyi işdən, qarşısına qoyduğu məqsəddən vaz keçməməsidir. İnanıram ki, insan özünə güvəndikdə, məqsədi uğrunda əzmlə çalışdıqda qarşısındakı çətinlikləri dəf edə və arzularına çata bilər.

Mənim uğur hekayəm isə hələ bitməyib. Universitetə qəbul olmağım və qazandığım uğurlar mənim üçün son deyil, yeni başlanğıcdır. İnanıram ki, qarşıda həm təhsil, həm də rəssamlıq sahəsində məni daha böyük uğurlar gözləyir”.

Müxbir -Tünzalə Arazlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri