Kiçik Kövsər, böyük uğur BMT festivalında ikiqat qələbə
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Uşaq İncəsənət Festivalının laureatı Kövsər Qurban beynəlxalq səviyyədə böyük uğura imza atıb.
“Qafqazinfo” xəbər verir ki, o, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” animasiya filmi ilə ikiqat qalib olub.
Kövsər 11-ci UNAOC Beynəlxalq Forumu çərçivəsində keçirilən Beynəlxalq PLURAL+ Gənclər Film Festivalında 12 yaşdan aşağı yaş kateqoriyası üzrə Beynəlxalq Jüri Mükafatına (1-ci yer) və FCAT Tərəfdaş Mükafatına layiq görülüb.
Bu uğur ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək beynəlxalq mükafatlandırma mərasiminə iştirak qazandırıb.
Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə 4 dəfə qalib olub.
Kövsər musiqi sahəsində də uğurları ilə seçilir. O, İspaniyada keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada ikiqat birinci yer, eləcə də Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında çoxsaylı mükafatlar qazanıb. O cümlədən, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə 2-ci olub.





Baxış sayı:54
Bu xəbər 16 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















