Icma.az
close
up
RU
Kiçik ölkələr, böyük işlər...

Kiçik ölkələr, böyük işlər...

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın dörd bir yanından COP29 iqlim sammitində iştirak etmək üçün Bakıya qonaqlar gəlib. Sosial şəbəkələrdə bəzi şəxslər, xüsusilə də, Azərbaycana dost olmayan mənbələrdən maliyyələşən blogerlər, qrant müxalifəti müxtəlif ölkələrin adlarını çəkir, onların adları ətrafında dolaşaraq, COP29 iqlim sammitini gözdən salmağa çalışır.

Dəfələrlə deyildiyi, yazıldığı kimi, bu, Azərbaycanın deyil, Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransıdır. Qonaqlar da BMT-nin qonaqlarıdır. Gələnlər də, gəlməyənlər də. Gəlmək istəyib gələ bilməyənlər də, gəlmək istəməyənlər də. Azərbaycan, sadəcə, bu konfransa ev sahibliyi edir, işin texniki, təşkilati tərəflrini həyata keçirib, yeni təşəbbüslər hazırlayıb və sair. İkincisi, hər bir halda qonaqlar Azərbaycana gəlib. Qonağı isə hörmətlə qarşılamaq və razı salmaq, diqqət göstərmək bir ərdəmdir. Azərbaycanda tarixən evi qonaq-qaralı olanlar hörmətli kişi sayılıb, dadlı yeməklər hazırlayan xanımlar isə ayrı bir təqdir qazanıb. Buna görə də hansı məqsədlə olursa-olsun, ölkəmizə gəlmiş qonaqlara diqqət göstərmək hər kəsə düşər.

Onları hökumət dəvət etmiş olsa da, dövlətin qonaqlarıdır. Dövlət isə təkcə hakimiyyət yox, həm də cəmiyyət deməkdir. Başqa sözlə, hər birimizin qonaqlarıdır.

Doğrusu, bəzi şərhləri oxudum, üzüldüm. Ayrı-ayrı ölkələrin adları çəkildiyinə görə, mən də onları misal çəkəcəm. Məsələn, San-Tome və Prinsipi Demokratik Respublikası, bəli, kiçik ölkədir. Həm də kiçik ada ölkəsi. Ancaq bu kiçik xalq istiqlalına qovuşanda (1975), eləcə də, Cibuti Fransanı qovub öz müstəqilliyini qazananda (1977) Azərbaycan formal olaraq "Sovet İttifaqı" adlanan Rusiya İmperiyasının bir hissəsi idi. Sərvətlərimizi Moskva daşıyıb satırdı, rəhbərlərimizi Moskva təyin edirdi. Zavodlarımıza direktor qoyanda belə Moskva ilə razılaşdırırdıq.

Biz İttifaq hökumətinin əmr etdiyi pambıq, üzüm, tütün planlarını ARTIQLAMASİ ilə yerinə yetirəndə, Qvineya Bisaunun xalqı 1973-cü ildə Portuqaliyadan müstəqil olmağı bacarmışdı (1973-cü ildə istiqlalın elanı, 1974-cü ildə tanınması). Hələ Qana. Afrikanıni qərbində yaşayan bu xalq Böyük Britaniyadan 1957-ci ildə müstəqilliyini əldə etmişdi.

Sinqapuru götürək. Bu ölkə ərazicə Azərbaycanın ən kiçik rayonu boydadır. Ancaq adambaşına düşən Ümumi Daxili Məhsul 130 min dollardan çoxdur; bu göstəriciyə görə, Fransa kimi ölkəni 14 dəfə üstələyir.

Başqa çox misallar gətirmək olar. Demək istədiyimiz odur ki, ölkələrə qiymət verərkən, təkcə onun ərazisinin ölçüsünə, əhalisinin sayına fikir vermək lazım deyil. Ərazinin böyüklüyünə qalsa, Rusiya birincidir. Ancaq iqtisadiyyatı Niderlandınkı qədər ancaq var.

Niderland demişkən, bu ölkənin baş naziri Bakıya gələ bilmədi. Gəlsəydi, özü ilə ölkəsinə tolerantlıq nümunəsi aparardı. İyirmi birinci əsrdə Niderland kimi bir Qərbi Avropa ölkəsində antisemitizm tüğyan edir. Almaniya isə dövlət çevrilişinə cəhd etmiş neonasist qruplaşmalarla vuruşur, üstəlik hakim koalisiya dağılıb, hökumət çöküb, kansler Şolts bu üzdən Bakıya gələ bilmədi. Fransa desək, onun da başı özünə qarışıb; bu ölkənin Emmanuel Makron boyda problemi var. İndi kim sivil, mədəni olur: neokolonialist Fransa, yoxsa, məsələn, həmin Cibuti.

Yeri gəlmişkən, bir faktı deyim. Azərbaycan 2020-ci ildə BMT-nin məlum qətnamələrini əsas götürərək, öz torpaqlarını işğaıdan azad etdi. Bunu Ermənistan hakimiyyəti də etiraf edir. Bəs həmin o qətnamələr necə qəbul olunmuşdu? Yadınıza salın. Həmin bu "kiçik" dediyiniz dövlətlərin lehimizə verdiyi səslərlə qəbul edilmişdi. O zaman "mədəni" bildiyimiz Avropa ölkələrinin çoxu əleyhimizə səs vermişdi. Cibuti isə Təhlükəsizlik Şurasına sədrlik edən ölkə kimi Azərbaycana çox dəstək olmuşdu. Pakistan məlum, onu demirəm hələ.

Hər il BMT ilə ATƏT arasında əməkdaşlıq sənədi səsə qoyulanda Avropa ölkələrinin bir çoxu Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdiyi halda, həmin o Afrika, Asiya, eləcə də, bəzi Cənubi Amerika ölkələri bizə dəstək verirdi.

Yəni "kiçik ölkə" deyib keçməyin. Otuz illik mənhus işğal illərində Azərbaycanın haqq səsinin yüksək tribunalardan eşidilməsində o "kiçik" dövlətlərin böyük rolu var. Misal: Qoşulmama Hərəkatı.

Bir qrant müxalifətçisi yazıb ki, bu "cırtdan dövlətlər" 15-20 min kilometrlik məsafəni boş yerə qət edib, gəlib və sair. Əvvəla, Planetin problemləri hər kəsi narahat edir, dünyanın harasında olursa-olsun, fərqi yoxdur. İkincisi, məsələn, Ermənistan kimi yaxın qonşudansa, 15-20 min kilometrlik uzaqlıqdakı dost ölkələr yaxşıdır. Azərbaycanın COP29 iqlim konfransında irəli sürdüyü təşəbbüslər həmin o "kiçik" dediyiniz ölkələrin müdafiəsinə yönəlib. Qlobal istiləşmə nəticəsində buzlaqlar əriyir, Dünya okeanında suyun səviyyəsi qalxır. Bu da ada dövlətlərinin su altında qalması təhlükəsi yaradıb. Azərbaycan bu ada dövlətlərinin xilası üçün COP platformasından da istifadə edir. Bir sözlə, Bakıda "kiçik" ölkələr üçün böyük işlər görülür. Ancaq bu təşəbbüslərdən elə böyük ölkələr də xeyir götürəcək. Üçüncüsü, "cırtdan" adlandırılan dövlətlər təkcə Afrikada, Asiyada deyil, Avropada da, Şimali Amerika qitəsində də var.

"COP29 niyə keçirilir, nə faydası var?" deyə sual edənlər dönüb Avropanın qərbinə - İspaniyaya baxsınlar. Ölkəni sel aparır, xalq kralın üzünə palçıq atır, küçələr etirazçılarla polisin savaş meydanına dönüb. Başqa sözlə, qlobal istiləşmə təkcə təbii nizamı pozmur, həm də ictimai sabitliyi çökdürür. Bu gün İspaniyada baş verənlər sabah başqalarının da qapısını döyəcək. Odur ki, hamını təhdid edən problemi heç kim "başqasına" yükləməz. Hər kəs bu problemləri cözmək üçün COP29 platformasından fəal istifadə etməlidir. Başqa yol yoxdur. Varsa da, sonu uçuruma dirənir.

Bahəddin Həzi,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri