Icma.az
close
up
RU
Kiçik məbləğ böyük problem

Kiçik məbləğ böyük problem

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azpost.az-a müraciət edən vətəndaş Kontakt Home ilə bağladığı kredit müqaviləsi üzrə ödənişlərini hər ay vaxtında həyata keçirdiyini bildirib. Lakin ötən ay başının qarışıqlığı səbəbindən ödəniş tarixini unutduğunu, bir neçə gün sonra isə şirkət əməkdaşının zəngi ilə gecikmədən xəbər tutduğunu qeyd edib.

Onun sözlərinə görə, əməkdaş əlavə cərimənin az məbləğdə olduğunu deyərək ödəniş məbləğinə sadəcə 2 manat əlavə etməklə məsələni həll edə biləcəyini bildirib. Vətəndaş həmin gün deyilən məbləği ödəsə də, bu gün ona yenidən zəng edilib və “keçən aydan qalan cərimə borcunun ödənilmədiyi, nəticədə 31 günlük gecikmənin kredit tarixçəsinə düşdüyü” açıqlanıb.

Şikayətçi sual edir: “Əgər ödənişdə çatışmazlıq vardısa, niyə 31 gün ərzində bir əməkdaş belə mənə zəng edib məlumat vermədi? Bir neçə manatlıq fərqə görə indi mənim kredit tarixçəmə 31 günlük gecikmə yazılıb”.

Məsələyə hüquqi aspektdən yanaşsaq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun”, həmçinin Mülki Məcəllə əsas götürülür. Bu qanunlara görə:

Bank və ya kredit təşkilatı müştəriyə bütün ödəniş məbləği, cərimələr və əlavə xərclər barədə aydın və dəqiq məlumat verməyə borcludur;

Əməkdaşın yanlış məlumatı nəticəsində yaranan zərərə görə məsuliyyət kredit təşkilatının üzərinə düşür;

Müştərinin ödənişi qəbul olunarkən qalıq məbləğ barədə yazılı və ya elektron bildiriş göndərilməli, məlumatlandırma təmin edilməlidir.

Hüquqşünasların fikrincə, belə hallarda müştərinin hüquqları pozulur və gecikmə qeydi “əsassız” hesab edilə bilər. Vətəndaşın atmalı olduğu addımlar isə bunlardır:

Şirkətə yazılı müraciət etmək. Əməkdaşın yanlış məlumat verməsi və vaxtında xəbərdarlıq edilməməsi səbəbindən yaranan gecikmənin silinməsini tələb etmək.

Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət. Əgər şirkət gecikməni silməkdən imtina edirsə, tənzimləyici qurumlara şikayət etmək mümkündür.

Məhkəmə qaydasında iddia qaldırmaq. Müştəri sübut edə bilsə ki, gecikmə onun günahından yox, əməkdaşın yanlış məlumatından qaynaqlanıb, məhkəmə belə qeydin ləğvini tələb edə bilər.

Beləliklə, vətəndaşların bilməsi vacibdir: bir neçə manatlıq fərq belə kredit tarixçəsinə mənfi təsir göstərə bilər, lakin bu, əməkdaşın yanlış yönləndirməsi nəticəsində baş veribsə, məsuliyyət müştərinin deyil, kredit təşkilatının üzərindədir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri