Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Ürəklərdə yaşayan qəhrəman

Ürəklərdə yaşayan qəhrəman

Icma.az, 525.az portalına istinadən məlumat verir.

1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olan Alim Davud oğlu Şükürov, hələ gənc yaşlarından mərdliyi və vətənpərvərliyi ilə el arasında seçilərək hörmət və nüfuz qazanmışdı. O, insan həyatının əsl dəyərini Vətənə, xalqa və doğma elinə təmənnasız xidmətdə görürdü. Elə onu müqəddəs şəhidlik zirvəsinə ucaldan da məhz Vətən torpağının hər qarışına bəslədiyi sonsuz sevgi və xalqının xoşbəxt gələcəyi arzusu idi.

Çox qısa bir ömür yaşasa da, igidliyi yaşının çərçivəsinə sığmayacaq qədər böyük olub və bu cəsarəti ilə milyonların qəlbində əbədi iz qoyub. Bu gün Alim Şükürovun adı bir qəhrəmanlıq simvoluna çevrilərək insanların yaddaşında və qəlbində iftixar mənbəyi kimi yaşayır. Qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən müharibəsi şəhidi Alim Şükürov 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil alıb, 2018-ci ildə Cəlilabad Peşə Liseyini uğurla bitirib. Çağırış yaşı çatdıqda hərbi xidmətə yollanaraq 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində müddətli həqiqi hərbi xidmətdə olub. Xidmət dövründə intizamlı və məsuliyyətli əsgər kimi komandirlərin rəğbətini qazanıb, elə buna görə də əsgərlik müddəti başa çatmadan peşəkar sərhədçi olmaq qərarına gəlib.

Vətən sevgisi ilə döyünən ürəyi onu 2020-ci ilin fevral ayından Çevik Hərəkət Qüvvələrinin Artilleriya Briqadasında kəşfiyyatçı kimi xidmətə aparıb. Mərdlik, dürüstlük və fədakarlıq Alimin xarakterində özünəməxsus yer tuturdu.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlandıqda, Alim də ön sıralarda döyüşə atılıb. İlk döyüşlərdə endirdiyi sarsıdıcı zərbələrlə bir çox düşmən yaraqlısını məhv edib, bir neçə dəfə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, Vətənə olan məhəbbəti onu qorxusuz bir qəhrəmana çevirib.

Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edən Alim, Zəngilan şəhəri və ətraf ərazilərin azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. 21 oktyabr 2020-ci il tarixində Zəngilanda keçirilən döyüşdə - düşmənin 40-dan artıq hərbçisinin məhv edildiyi, bir neçəsinin əsir götürüldüyü və düşmənin tamamilə darmadağın edildiyi savaşda Alim ağır yaralanıb. Füzuli Diaqnostika Mərkəzinə təxliyə olunaraq təcili cərrahiyyə əməliyyatı keçirib. Lakin həkimlərin səylərinə baxmayaraq, 22 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Qəhrəman Vətən oğlu Alim Şükürovun adı xalqımızın yaddaşında daim yaşayacaqdır.

Zəfər ORUCOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri