Kılıçdaroğlu həbsxanaya getdi: İmamoğlu ilə GÖRÜŞMƏDİ
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Terrorsuz Türkiyə” prosesi qardaş ölkənin əsas siyasi gündəm mövzuları arasındadır.
“Cebheinfo.az” xəbər verir ki, siyasi partiyalar bununla bağlı birlik nümayiş etdirirlər.
Proses davam edərkən siyasət səhnəsində də diqqətçəkən gəlişmələr yaşanır. Son olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu diqqətləri üzərinə çəkib. O, sürpiz şəkildə Silivridəki həbsxanaya gedib. Kılıçdaroğlu orada Adana Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Zeydan Karalar və hüquq müdafiəçisi Osman Kavalanı ziyarət edib.
Maraqlıdır ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da həmin həbsxanadadır. Lakin Kılıçdaroğlu Silivriyə getsə də, onu ziyarət etməyib. Xatırladaq ki, Kılıçdaroğlu ilə İmamoğlu arasındakı həbsxanadakı son görüşün gərgin keçdiyi deyilir. İddialara əsasən, Kılıçdaroğlu İmamoğlu ilə dalaşaraq görüşü yarımçıq tərk edib. Onun bu səbəbdən İmamoğlu ilə yenidən görüşmədiyi düşünülür.
Elmir Mustafa
“Cebheinfo.az”

