Kılıçdaroğlunun müavini qadına şiddət tətbiq etdi VİDEO
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
CHP sədr müavini Berhan Şimşək birlikdə yaşadığı Özlem Şanverə şiddət tətbiq etdiyi anlar kameralara anbaan əks olunub.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə Şimşəyin evin həyətində Şanverin ayağına təpik vurduğu, qadının isə ağrı içində “Məni burax” deyə qışqırdığı görünür. Daha sonra Şimşəyin Şanveri zorla evə salmağa çalışdığı, onun isə müqavimət göstərdiyi əks olunub.
Şanver daha əvvəl məhkəməyə müraciət edib. O, Şimşək tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirərək, döyülmə, təhqir, təhdid və evdən çıxmasına mane olunması ilə bağlı şikayət edib. Şanverin döyüldüyünü göstərən tibbi arayış da işə əlavə olunub.
Məhkəmə Şimşək barəsində Şanverə yaxınlaşmamaq və onunla əlaqə saxlamamaq barədə qərar qəbul edib. Daha sonra tədbirlərin müddəti uzadılıb.
Qeyd edək ki, "Cümhuriyyət Xalq Partiyası"nın (türk. Cumhuriyet Halk Partisi) sədri Kamal Kılıçdaroğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















