Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Kilsədə metafizik macəra

Kilsədə metafizik macəra

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı haqqında

Bir neçə həftə sonra, martın əvvəllərində kapitan Feb de Şatoper nişanlısıyla görüşməkdən ötrü onlara gedir. Nişanlısıgilin kilsəylə qabaq-qənşər evi də məşhur meydana baxır. Qızın bir neçə rəfiqəsi onlara qonaq gəlib, əylənmək istəyən kübar qızlar meydanda çalıb-oynayan Esmeraldanı evə çağırırlar. Onlar qaraçı qızına üstdən-aşağı baxsalar da, qızın gözəlliyinə, azadlığına həsəd aparırlar. Esmeraldanın Febə rəğbətini gizlətmədiyini görən ev yiyəsinin halı pisləşir, kübar qızlar peşman olub qaraçı gözəlini evdən qovurlar.

Esmeralda yenə meydanda oxuyub oynamağa başlayır, kilsənin bir pəncərəsindən zəngçi Kvazimodo ona heyranlıqla, başqa pəncərəsindən arxidiakon Frollo hiddətlə baxır. Bu səfər baş keşiş qızın yanında bir kişinin də olduğunu görür, onun kimliyini bilməkdən ötrü aşağı enəndə iki ay qabaq yoxa çıxmış keçmiş tələbəsi Pyer Qrenquarı tanıyır. Klod ondan Esmeralda barədə ətraflı məlumat istəyir. Şair deyir ki, bu saf, mələksima qızı vaxtilə qaraçılar oğurlayıblar, o da üstündə gəzdirdiyi sehirli amulet vasitəsiylə valideynlərini tapmağa çalışır. Buna görə də bakirəliyini göz bəbəyitək qoruyur, belə bir inam var ki, talisman yalnız bakirə qızlara kömək olur. Şən, xeyirxah, mərdanə xasiyyəti Esmeraldanı hamıya sevdirib. Özünün deməsinə görə, onun bu şəhərdə yalnız iki düşməni var - biri Roland qülləsinə qapanmış, qaraçılara nəyə görəsə dərin nifrət bəsləyən dəli qadın (Esmeralda o qadının öz anası olduğunu hələ bilmir), biri də onu qarabaqara izləyən hansısa divanə keşiş.

Az sonra avara qardaşı Jan keşişdən pul istəməyə gəlir, Klod onu başdan eləməyə çalışsa da, alınmır. Kilsədən çıxanda Jan Feblə rastlaşır, tanışlar keşişin puluyla mey içməyə gedirlər. Onları izləyən, söhbətlərini dinşəyən Klod Frollo həmin axşam Febin bir aradüzəldən qarının evində Esmeralda ilə görüşəcəyini öyrənir. Qız kapitana necə uyubsa, ondan ötrü sehirli amuletdən belə keçməyə hazırdır: Feb yanında olandan sonra ata-ana onun nəyinə gərəkdir?

Qızla oğlanı pəncərədən güdən keşiş sevgililərin bir-birinə sarılıb bihuş olduğunu görcək özünü onların arasına atır, bir göz qırpımında bıçağı Febin kürəyinə saplayıb qaçır. Esmeralda bayılıb özündən gedir, ayılanda isə eşidir ki, cadugər qaraçı qızı kral nişançısı kapitan Febi öldürüb. Onu həbs eləyirlər.

***

Bir ay sonra Pyer Qrenquar təsadüfən Ədalət sarayına girəndə Esmeraldanın mühakimə olunduğunu görür. Qız cinayəti üstünə götürmək istəməsə də, həm qatil, həm fahişə, həm də cadugər olduğunu dözülməz işgəncə altında onun boynuna qoyurlar. Nahara gecikən hakimlər tez-tələsik Esmeraldaya edam hökmü kəsirlər. Baş keşiş həqiqətin üzə çıxması üçün dil tərpədib addım atmır. Hökmün icrasına qədər qızı yeraltı qazamatda saxlayırlar. Esmeraldanın ölümü səbirsizliklə gözlədiyi zirzəmidə Klod Frollo onun görüşünə gəlir, qarşısında diz çöküb qızı birlikdə qoşulub qaçmağa razı salmaq istəyir. Esmeralda riyakar keşişin xəstə ehtirasını da, onun xilas planını da qətiyyətlə rədd eləyir. Kin püskürən keşiş qızın əzabını artırmaq üçün ona Febin öldüyünü söyləyir.

Feb isə ölməyib, sağdır. Nişanlısı yenidən cəngavər nişançının könlündə taxt qurub. Edam günü bir cüt kəklik kimi qaqqıldaşa-qaqqıldaşa onlar meydana baxan eyvandan Esmeraldanın başında qurulmuş tamaşanı seyr eləyirlər. Febin nişanlısı qaraçı qızı tanıyır. Arxidiakon məhkumu qurtarmaq üçün daha bir cəhd göstərir, ancaq azad mühitdə böyümüş qız İblisin qurtuluş qandalından yenə boyun qaçırır. Bu vaxt Esmeraldanın da gözü aralıdan onun edamına tamaşa eləyən Febi alır, qızın yadına düşür ki, onu krala xidmət göstərən bu igid oğlanı qətlə yetirdiyinə görə edama məhkum eləyiblər. Bir zaman xilaskarı sandığı, sonra ölmüş bildiyi nişançını görəndə qız bayılır. Kvazimodo əvvəlcədən kilsənin binasına bənd elədiyi kəndirlə meydana sallanıb Esmeraldanı cəlladın əlindən alır, kütlənin heyrət dolu bağırtıları altında qızı kilsəyə salıb Tanrının topdağıtmaz dərgahında, Məryəm ananın müqəddəs ocağında ona sığınacaq verir.

Klod Frollo baş götürüb şəhər kənarına qaçır. Gecə kilsəyə qayıdıb Kvazimodonun hücrəsində Esmeraldanı görəndə elə bilir havalanıb, onu qara basır. Kvazimodo ac-susuz, çılpaq qıza səbətdə yemək-içmək, boğçada geyim-kecim - ağ rahibə paltarı, ağ bürüncək gətirir. Bundan sonra mələyə çevrilmək üçün Esmeraldanın bircə qanadları çatmır.

Qaraçı qızı yeni şəraitə, yerdən uzaq metafizik aləmdə, yolunu gözlədiyi Ağatlı Oğlanın dərgahında yaşamağa yavaş-yavaş alışır, qozbel, eybəcər, kar-kor, həm ayaqdan, həm dildən axsaq kilsə zəngçisiylə birtəhər dil tapır. Kvazimodo onun ismətini təkcə Klod atadan yox, özündən də qoruyur. Bu canfəşanlıq nədən ötrüdür - o bilmir, ancaq boynuna qoyulmuş müqəddəs missiyanı canı bahasına yerinə yetirməli olduğuna onun heç bir şübhəsi yoxdur; ümumiyyətlə, keşiş Frollonu hörümçək toru kimi sarmış şübhə - bu şeytani vəsvəsə ona tamam yad duyğudur. Kvazimodo qəlbinin qandığı fəhmlə bircə bunu bilir ki, divanəsi olduğu Esmeraldanın məsumluğunu qorumaq onun boynunun borcudur, qız Tanrının hüzuruna pak, təmiz qayıtmalıdır. Odur ki, Məryəm ananın tapınağına sığınmış mələyin rahatlığını pozmamaq, onun dumduru canına qorxu, səksəkə xalı salmamaq üçün bədheybət vücudunu da qaraçı qızından uzaq tutmağa çalışır.

***

Bu minvalla Esmeraldanın könül yarası yavaş-yavaş qaysaq bağlayır. Günün birində qız kilsənin pəncərəsindən Febin meydanda olduğunu görüb itaətkar Kvazimodonu onun yanına göndərir, yerini nişan verib sevgilisini hücrəsinə, özünə çağırır. Bu vaxt Kvazimodonun onu kapitana qısqanmaq ağlına belə gəlmir, çünki o, saf könültək duyub qabıqsız ruh kimi dolanır. Kvazimodo yalnız Esmeraldanın yox, onun sevib-seçdiyi kişinin də qulluğunda durmağa, ona fəda olmağa hazırdır.

Kilsə zəngçisini o dünyadan gəlmiş elçi sanan Feb isə çağırışa getməkdən boyun qaçırır. Kapitan Feb nə dediyini qanmasa da, haqlıdır: bəli, Kvazimodo metafizik aləmdən ona göndərilmiş elçidir, Esmeralda indi tamam ayrı dünyada yaşayır; elə bir dünyada ki, o dünyanı görmək Febə heç bir zaman qismət olmayacaq. Oxu hədəfdən yayınmayan mahir nişançı ürək-könül oylağında naşı ovçudur, ondan ötrü qadın vücudu içində məstanə mey xumarlanan gil kuzədir, başqa heç nə.

Klod Frollo indi də Esmeraldanı Kvazimodoya qısqanır, gecələrin birində qızın hücrəsinə təpilib, onu qamarlamaq istəyir. Zəngçalanın ruhunu daim oyaq saxlayan könül zəngi dərhal işə düşüb onu duyuq salır, Kvazimodo qüvvətli qollarıyla keşişi qızdan aralayır. Dar günə saxladığı bəndəsini Şeytanın əliylə qoruyan Tanrı indi də öz bakirə Mələyini həmin İblisdən həmin bəndənin gücüylə qoruyur. Belə çıxır ki, İblis illər boyu bəslədiyi qozbeli başına bəla yetişdirirmiş, özünü də, başqalarını da gəmirməyə hazır quduz ehtirasının qarşısına ətdən çəpər çəkirmiş. Ancaq bundan əvvəl İblis özü də bakirəlik taxtından düşürmək istədiyi elə həmin Mələyi nişançının qanlı oxundan qorumuşdu. Orada Şeytan qoruyan, burada qorunulandır. Tanrının bu qəliz əməliyyatlarından baş açmaq müşkül məsələdir.

Klod Frollonun təhrikiylə Pyer Qrenquar dilənçilər, oğrular, avaralar güruhunu Esmeraldanın geri alınması üçün səfərbər eləyir. Qara kütlə Notr-Dam kilsəsinə hücum çəkir, günahdan don geyinmiş cinayət aləmi Allaha üsyan qaldırır. Qulağı eşitmədiyindən Kvazimodo elə başa düşür ki, gözü qızmış camaat Esmeraldanı öldürmək istəyir, halbuki onlar qızı qurtarmağa gəliblər. Bir yandan da axı məbəddən eşikdə qıza dar ağacı qurulub, onu kilsədən çıxarsalar, Esmeralda edam olunacaq. Fatalist düşüncəylə, dialektik məntiqlə yanaşsaq, bu xeyirdə böyük ziyan var. Deyilən səhnə, əlbəttə, rəmzi məna daşıyır: aşağıdan xeyir kimi görsənən əməl yuxarıdan baxanda fəlakət kimi görünür. Möminlərin ən müdrik dualarından biri də təxminən belə səslənir: mən istəyən kimi yox, Allah istədiyi olsun!

Kvazimodo təkbaşına qüdsiyyətinə əl uzanan, balta çalınan Dərgahın, saflığına təcavüz olunan Mələyin müdafiəsinə qalxır. O, bir Tanrı cəngavəri, haqq mücahidi kimi qaraçı qızın uğrunda vuruşan qoşuna qarşı müttəfiqinin ordusunu daşa basan Məcnun sayağı dəlicəsinə şövqlə döyüşür, canını oda atmaqdan, Allaha sipər olmaqdan çəkinmir. Təcavüzkar güruhun üstünə kilsənin yuxarı qatından ağır daşlar, millər, pərdilər yağdırır, gözüqanlı kütlənin başına ərinmiş qurğuşun tökür. Kral qara camaatın üsyanını yatırmaq üçün hadisə yerinə qoşun göndərir.

***

Şair Pyer Qrenquarla arxidiakon Klod Frollo Esmeraldanın kilsədən qaçmağına yardım göstərirlər. Qızı Qrev meydanına gətirən keşiş onun qarşısına ölümcül şərt qoyur: ya mən, ya da dar ağacı. Qız onu yenə rədd eləyir. Xilas yolu isə görünmür - qaraçı qiyamından xəbər tutan kral şəxsən o cadugər qızı tutub asmaq göstərişi verib.

Qarışıqlıqda Esmeralda Roland qülləsindəki hücrədə saxlanan qadının doğma anası olduğunu bilir, ana-balanın əli bir-birinə çataçatda cəllad qadını vurub öldürür, qızın boğazına kəndir salıb dar ağacına doğru sürüyür. Metafizik aləmdən fani dünyaya enən Esmeraldanın indi ora qayıtmaq üçün yalnız bir yolu qalıb.

Arxidiakonla zəngçalan kilsənin ucalığından Qrev meydanındakı edam səhnəsinə tamaşa eləyirlər: “Kvazimodo yerdən üç arşın hündürlükdə zavallı qızın kəndirdən sallandığını, cəlladın isə onun çiynindən yapışdığını gördü. Kəndir bir neçə dəfə fırlandı, qaraçı qızın bədəni səyridi. Klod boğazını uzadıb gözlərini dar ağacından ayırmır, o dəhşətli səhnəni, cəlladla gənc qızı -  hörümçəklə milçəyi seyr eləyirdi. Bu müdhiş dəqiqədə baş keşiş yalnız insanlığını itirmiş bir adamın gülə biləcəyi tərzdə iblisanə qəhqəhə çəkdi. Kvazimodo onun qəhqəhəsini eşitməsə də, görürdü. Zəngçi Kloddan bir neçə addım geri çəkilib qəfildən hiddətlə ona hücuma keçdi, qüvvətli əlləriylə onu uçuruma itələdi...”

Sonuncu - on birinci kitabın son iki fəslindən biri “Febin evlənməsi”, o biri “Kvazimodonun evlənməsi” adlanır. Bunlar bir növ epiloqu əvəz eləyir. Birinci fəsildə öyrənirik ki, Pyer Qrenquar astronomiya, fəlsəfə, memarlıq kimi bir sıra sahələrə baş vurandan sonra yenidən teatra qayıdıb özünü uğurlu dramaturq kimi təsdiqlədə bilib. Hərçənd şair özü bunu ən mənasız məşğuliyyət, həyatının faciəli sonu adlandırır.

Həmin kiçik fəsli müəllif bu cümləylə bitirir: “Feb de Şatoperin də sonu faciəli oldu: o evləndi”.

Yekun fəsildə isə Kvazimodonun aqibətindən bəhs olunur:

Dünyada ən çox sevdiyi iki varlığın - qaraçı qızla baş keşişin öldüyü gün Notr-Dam kilsəsinin zəngçisi qeybə çəkilir. Bundan sonra onu gördüm deyən olmur, başına nə gəldiyindən kimsə xəbər tutmur. Xeyli sonra bilinir ki, Esmeraldanın cəsədinin atıldığı zirzəmiyə düşən Kvazimodo orada özünü könüllü ölümə məhkum eləyib, meyidin yanına uzanıb canını tapşırıb: “Onu qucaqladığı skeletdən ayırmaq istəyəndə dağılıb külə dönmüşdü”.

Bəli, daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrının qurduğu oyunun nəticəsində gözəllər gözəli Esmeralda heç kimin adam saymadığı eybəcər Kvazimodoya qismət olur. Notr-Dam kilsəsindən başlanan eşq macərası belə bir xoşbəxt sonluqla başa çatır.

Davamı növbəti sayımızda...

F.Uğurlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri