Icma.az
close
up
RU
Kim birinci şikayət edibsə, o haqlı çıxır? Vəkil açıqladı

Kim birinci şikayət edibsə, o haqlı çıxır? Vəkil açıqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Kriminal xəbərləri izləyən zaman cəmiyyətdə belə bir fikir formalaşır ki, hüquq-mühafizə orqanları hadisələrə obyektiv yanaşmaqdan çox, kiminsə daha tez müraciət etməsinə üstünlük verir. Xüsusilə dava hallarında “kim birinci şikayət edibsə, o haqlıdır” düşüncəsi geniş yayılıb. Bu yanaşma isə əksər hallarda hadisələrin hüquqi mahiyyətindən deyil, ilkin məlumatın necə təqdim olunmasından qaynaqlanır. Reallıqda isə mübahisəli situasiyalarda əsas məsələ tərəflərin kimliyindən yox, onların konkret hərəkətlərinin hüquqi qiymətləndirilməsidir. Bəs doğrudanmı birinci polisə müraciət edən tərəf avtomatik olaraq zərərçəkmiş sayılır, yoxsa bu, sadəcə yanlış təsəvvürdür?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, məhkəmə və istintaq orqanları üçün əsas meyar kiminsə birinci şikayət etməsi deyil, hadisənin hüquqi kvalifikasiyası və sübutların düzgün qiymətləndirilməsidir:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə görə cinayət işində başlıca məsələ obyektiv həqiqətin müəyyən edilməsidir. Şəxs yalnız təqsiri sübuta yetirildikdə məsuliyyət daşıyır və “kim birinci müraciət etdi” faktı heç bir hüquqi üstünlük yaratmır. Qeyd olunan situasiyada iki nəfər arasında dava baş veribsə, hüquqi qiymətləndirmə bir neçə istiqamətdə aparılır. Əgər hər iki şəxs aktiv şəkildə bir-birinə zərbə vurubsa, bu hal praktikada çox vaxt qarşılıqlı xəsarət yetirmə kimi qiymətləndirilir və nəticədə hər iki şəxs həm təqsirləndirilən, həm də zərərçəkmiş statusu ala bilər. Əgər tərəflərdən biri hücuma məruz qalıb və yalnız özünü qorumaq məqsədilə hərəkət edibsə, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən bu şəxs zəruri müdafiə həddi aşılmadığı halda cinayət məsuliyyətindən azad olunur. Bu zaman hücum edən şəxs təqsirli, müdafiə olunan isə zərərçəkmiş kimi tanınır. Lakin müdafiə hücuma adekvat olmayıbsa, məsələn, yüngül zərbəyə qarşı ağır xəsarət yetirilibsə, bu halda müdafiə edən şəxs də zəruri müdafiə həddini aşdığı üçün məsuliyyət daşıya bilər".
Vəkil deyib ki, kiminsə birinci polisə zəng etməsi məsələsinə gəldikdə isə, bu amil yalnız ilkin prosessual vəziyyətə təsir göstərə bilər:
"Lakin bu hal son hüquqi qiymətləndirməyə təsir etmir. Praktikada bəzən belə təəssürat yaranır ki, birinci müraciət edən tərəf haqlı çıxır. Bu isə onun hadisəni öz versiyası ilə daha tez təqdim etməsi və bəzən digər tərəfin sübut toplamaqda passiv qalması ilə bağlı olur. Ancaq bu, hüquqi prinsip deyil, sadəcə sübutların təqdim olunmasında taktiki üstünlükdür.
Məhkəmə belə işlərə baxarkən tibbi ekspertiza rəylərini, şahid ifadələrini, video və audio sübutları, tərəflərin izahatlarının uyğunluğunu və hadisənin başlanma səbəbini nəzərə alaraq qərar verir. Nəticə etibarilə, kim birinci şikayət edibsə, o, avtomatik olaraq haqlı sayılmır. Hüquqda əsas meyar kim hücum edib, kim müdafiə olunub və zərərin hansı şəraitdə baş verdiyinin dəqiq müəyyən edilməsidir. Eyni dava zamanı hər iki şəxs həm təqsirli, həm də zərərçəkmiş statusunda ola bilər", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri