Icma.az
close
up
RU
Kim Çen In Kurskda əsgərlərinin itkisindən şoka düşüb..?

Kim Çen In Kurskda əsgərlərinin itkisindən şoka düşüb..?

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yəni deyirsiniz ona görə, Şimali Koreya qoşunları geri çağırılıb...

...İddialara görə, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün ən yaxşı qoşunlarını göndərib. Amma iki aylıq döyüşlərdən sonra Şimali Koreyalıların itkiləri o qədər böyük olub ki, dəstəni təcili olaraq arxa cəbhəyə çəkmək lazım gəlib.

SİA xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna və ABŞ-dakı mənbələrə istinadən məlumat yayıb.

SİA-nın bundan əvvəl də yazdığı kimi, son iki həftə ərzində Şimali Koreyalılar Rusiya Federasiyasının Kursk vilayətində cəbhə xəttində görünməyi dayandırılıb. Geri çəkilmək qərarı döyüşdə böyük itkilər fonunda qəbul edilib..?

...Şimali Koreya bölmələrinə qarşı döyüşən Ukrayna əsgərləri onları şiddətli döyüşçülər kimi təsvir edir. Bununla belə, Ukrayna rəsmilərinin qeyd etdiyi kimi, Şimali Koreyalıların sıralarında qeyri-mütəşəkkillik və Rusiya qoşunları ilə koordinasiyanın olmaması əhəmiyyətli itkilərə səbəb olub.

Ukrayna hərbçilərinin və cəbhə bölgəsinin döyüşçülərinin fikrincə, döyüş meydanına çatdıqdan sonra Şimali Koreya əsgərləri özbaşına buraxılır, minimal zirehlə hücuma keçir və nadir hallarda yenidən qruplaşır və ya geri çəkilir.

Bu, məqalədə deyilir.

Moskvanın Şimali Koreyalıların Ukrayna qüvvələrini Kursk bölgəsindən çıxarmağa kömək edəcəyinə dair ümidləri heç vaxt özünü doğrultmadı. Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində nə qədər uzun müddət dayanırsa, bu, Vladimir Putinin reputasiyasına bir o qədər xələl gətirir.

...Amerika kəşfiyyatının məlumatına görə, öz qoşunlarının Rusiyaya göndərilməsinin təşəbbüskarı Şimali Koreya lideri Kim Çen In olub. Putin bu fikri məmnuniyyətlə dəstəkləyib. ...Şimali Koreyanın ən yaxşı təlim keçmiş xüsusi təyinatlı bölmələri Rusiyaya göndərilib. Bununla belə, görünür, ruslar onlardan “top yemi” kimi istifadə edərək, onları dalğalar şəklində minalanmış tarlalarda və Ukrayna Silahlı Qüvvələrinin şiddətli atəşi altında ölümə göndəriblər.

“The New York Times” yazır bunu.

Məhz ağır itkilər Kimi qoşunlarını geri çəkməyə məcbur edib. Ekspertlər bunun müvəqqəti tədbir olduğuna əmindirlər. Şimali Koreyalılar çox güman ki, sağaldıqdan və yeni təlimlərdən sonra yenidən döyüş meydanına qaytarılacaqlar. Görünür, Kreml Pxenyanla öz əsgərlərini “ət hücumlarında” məhv etməklə mübahisə etmək istəmir..?

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri