Icma.az
close
up
RU
Kim Çen In: Rusiya və KXDR arasında həmrəylikdən sonsuz güc doğur

Kim Çen In: Rusiya və KXDR arasında həmrəylikdən sonsuz güc doğur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət İşləri üzrə Sədri Kim Çen In Koreya yarımadasının "azad" olunmasının 80-ci ildönümünə həsr olunmuş çıxışında bəyan edib ki, KXDR ilə Rusiya arasında həmrəylikdən sonsuz güc yaranır.

Bizimyol.info xəbnər verir ki, onun çıxışını Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

“İnqilab naminə axıdılan qan, tarix və ənənələrlə möhkəmlənmiş, ülvi ideyalar və səmimi dostluqla bağlanmış Koreya-Rusiya həmrəyliyinin gücü tükənməzdir”, – deyə Kim Çen In bildirib.

“Oğul və qızlarının beynəlxalq borc naminə göstərdiyi ülvi fədakarlıqları bizim xalq yaxşı xatırlayır. Faşizmə qarşı dünya müharibəsində ön cəbhədə qəhrəmancasına vuruşan Qırmızı Ordunun əsgərlərinin xidmətləri Koreyanın azadlığı uğrunda mübarizənin salnaməsində əbədi yer alıb”, – deyə o vurğulayıb.

KXDR lideri imperializmə və kolonializmə qarşı birgə mübarizənin xatirəsini Rusiya-Koreya münasibətləri üçün dəyərli bir irs adlandırıb.

“Lakin bu gün beynəlxalq arenada faşizmə qarşı müharibənin və Koreyanın azad olunmasının nəticələrini silmək və yenidən nəzərdən keçirmək cəhdləri var. İmperialistlər heç vaxt olmadığı qədər sərsəm şəkildə suveren dövlətlərin hüquq və maraqlarına müdaxilə etməyə çalışırlar”, – deyə Kim Çen In əlavə edib.

Avqustun 15-də KXDR-də Koreya yarımadasının yapon müstəmləkə hökmranlığından azad olunmasının 80-ci ildönümü qeyd olunur. Bayram münasibətilə Pxenyana Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin başda olmaqla nümayəndə heyəti gedib. Spiker bu günü Rusiya və KXDR üçün ortaq bayram adlandırıb, çünki 80 il əvvəl Qırmızı Ordu və Koreya vətənpərvərləri yarımadanın azadlığı uğrunda birgə mübarizə aparıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri