Kim Çen Rusiya ilə bağlı orduya əmr verdi İlk dəfə
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şimali Koreya ilk dəfə Ukrayna ilə münaqişədə Rusiyaya dəstək üçün qoşun göndərdiyini rəsmən təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Bu, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində baş verib. Şimali Koreya hərbçiləri bir neçə ay ərzində Kursk vilayətinin azad edilməsinə kömək ediblər. Əməliyyat uğurla başa çatıb”, – deyə bildirilib.
Agentlik əlavə edib ki, silahlı qüvvələrin bölmələri dövlət başçısı Kim Çen Inın əmrinə uyğun olaraq əməliyyatda iştirak ediblər:
“Pxenyanda Kursk vilayətində döyüşmüş koreyalıların şərəfinə abidə ucaldılacaq, ailələrinə dəstək veriləcək”.
Günay Rəsulqızı
Globalinfo.az
Baxış sayı:113
Bu xəbər 28 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















