Icma.az
close
up
RU
Kim nədən çox danışırsa: Psixoloqdan maraqlı yanaşma

Kim nədən çox danışırsa: Psixoloqdan maraqlı yanaşma

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yaradılışdan etibarən hər bir insanın daha yaxşı olduğu sahələr olur”. 

Bu sözləri psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib. Onun sözlərinə görə, insanlar yaxşı olduğu sahələrdə və ya mövzularda iddia irəli sürmürlər: 

“Kimin hansı mövzuda çatışmazlığı varsa, özünü o barədə inkişaf etdirməyə çalışır. O, bu mövzunun hər mərhələsinə çatanda artıq bunu təsdiq etmə ehtiyacı hiss edir. Yəni, artıq həmin mövzuda əvvəlki qədər əskik olmadığını başqalarının diqqətinə çatdırmaq istəyir. 

Əgər kimsə nəyisə mükəmməl bilirsə, bunun normal olduğunu düşünür. Ona görə də həmin mövzuda iddia irəli sürmək kiminsə ağlına gəlmir. Çünki norma hesab olunan bir məsələ ilə bağlı insan özünü göstərməyə cəhd etməz”. 

Psixoloq bildirib ki, bəzi insanlar bir çox sahədə yaxşı olmurlar: 

“Əslində, onların bir çoxu insanların həyatlarında ehtiyacı olmayan məsələlər olur. Lakin bəzi şəxslər sanki mükəmməl olmaq öhdəliyini götürdüklərini düşünürlər. Bu da yanlış inanclardan və səhv düşüncədən qaynaqlanır. Həyata bu şəkildə baxan insanlar çatışmayan tərəflərini inkişaf etdirməyə çalışırlar. 

Maraqlıdır ki, bu insanlar həmin tərəflərini kiçik də olsa inkişaf etdirən kimi dərhal bunu başqalarına elan etmə ehtiyacı hiss edirlər. Bu isə sırf özünütəsdiq psixologiyasından irəli gələn yanaşmadır”.

Həmsöhbətimiz qeyd edib ki, bəzi insanlar onlara baxan adamların çatışmayan tərəflərini gördüklərini zənn edirlər: 

“Halbuki kənardan baxan kimsənin bunu görməsi mümkün deyil. Bəlkə də bəzi çatışmayan tərəfləri inkişaf etdirmək insana hansısa fayda verməyəcək. Sadəcə şəxs öz daxilində olan boşluğu, çətinliyi və keçdiyi yolda buraxdığı səhvləri çox yaxşı bildiyi üçün qarşı tərəfin də onu çatışmazlıqları ilə gördüyünü düşünür. Ona görə də insanlar həmin çatışmazlıqları aradan qaldıraraq qarşı tərəfə özlərini sübut etməyə çalışırlar”. 

Əfsanə Rüstəmova vurğulayıb ki, kim hansı mövzuda diqqət çəkməyə çalışırsa, onun həmin tərəfdən çatışmazlığı olur: 

“Bu, müzakirə olunmayacaq dərəcədə açıqdır. Bir insan hansısa mövzuda çox danışaraq, onu aktual tutmağa çalışırsa, deməli, həmin şəxsin o mövzu ilə bağlı barışıqlığı sıfır səviyyəsindədir. İnsanlar özlərini inkişaf etdirməyə ehtiyacı olan mövzularla bağlı diqqət çəkmək istəyirlər”. 

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Psixoloq Əfsanə Rüstəmova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri