Kimlər “avara” hesab olunur? Açıqlama
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 523-cü maddəsi – “Avaralıqla məşğul olmaq” mövcuddur. “Avaralıqla məşğul olmaq” dedikdə müəyyən yaşayış yeri, və ya yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə, yaxud peşə fəaliyyətiylə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq, və ya dilənçilik yoluyla dolanan şəxslərdir. Avaralar bu şəxslərdir.
Bunu Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
“Avaralıqla məşğul olmağın maksimal məsuliyyəti 20 manatdan 25 manatadək cərimədir. Əgər yetkinlik yaşına çatmayan şəxs bu maddəyə cəlb edilirsə, 15 gün müddətinə inzibati qaydada həbs də edilə bilər”, - hüquqşünas bildirib.
Qeyd edək ki, aparıcı Aytən Səfərova bir vətəndaşın avaralığa görə 20 manat cərimə olunması ilə bağlı mesajını dərc etmişdi. Sonradan aparıcı özünün sosial şəbəkə hesabından paylaşımı silib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Fevral 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















