Icma.az
close
up
RU
Kimlər oruc tuta bilməz? ARAŞDIRMA

Kimlər oruc tuta bilməz? ARAŞDIRMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mart ayının 1-dən Azərbaycanda Ramazan ayı başlayır. Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Amma səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var. Mütəxəssislər hər dəfə Ramazan ayında mədəsi ilə problem yaşayanlara xəbərdarlıq edir.
Bəs kimlər bu ayda oruc tuta bilməz?
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ən uzun və ən qısa oruc GÜNLƏRİ


Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev Bizim.Media-ya açıqlamasında deyib ki, elə şəxslər var ki, oruc onlara həddən artıq məşəqqətli və zərərlidir:
“Əvvəla, oruc tutan şəxs həddi-buluğ yaşına çatmış, eyni zamanda əqli və ruhi baxımdan sağlam olmalıdır (hicri-qəməri təqvimlə qızlar 9, oğlanlar 15 yaş) Əgər qadın heyz halındadırsa və nifas müddətindədirsə, onun oruc tutması qadağandır. Oruc tutmaqdan ötrü vacib məqamlardan biri də şəriətin qadağasının olmamasıdır.  Oruc tutan şəxs onu həyata keçirərkən bir şəxsin malına və əmlakına ciddi ziyan, yaxud zərər gələrsə, həmin şəxs oruc tutmamalıdır”  - deyə İlahiyyatçı bildirib.
İbrahim Quliyev həmçinin qocaların, bəzi xəstəliklərə düçar olanların, hamilə və süd verən qadınların da oruc saxlamasının çətinliklər yarada biləcəyini vurğulayıb:
“Bu səbəbdən də əgər oruc tutmaq qoca şəxslərin sağlamlığına zərər gətirərsə, yaxud onları həddən artıq əldən salarsa, həmin yaşlı insanlar oruc tutmaya bilərlər. Əgər şəxs polidipsiya (susuzluq) xəstəliyinə yoluxmuşsa, həddindən artıq susuzluq keçirirsə və bu, oruc tutanda dözülməz xarakter alırsa, o, oruc tutmaya bilər.
Bu tövsiyələr hamilə qadınlara da aiddir. Ac qalmaq hamilə şəxsin özünə, yaxud bətnindəki uşağa zərər yetirərsə, həmin şəxs oruc tutmaqdan azaddır. Bu sıraya süd verən anaları da aid edə bilərik. Oruc saxlamaq süd verən şəxsə zərər gətirərsə, yaxud onun südünün azalmasına (habelə kəsilməsinə) səbəb olarsa, o da oruc tutmaya bilər” - deyə ilahiyyatçı əlavə edib.
Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri