Icma.az
close
up
RU
Legioner rüsumları: kimlər limitdədir? (ARAŞDIRMA)

Legioner rüsumları: kimlər limitdədir? (ARAŞDIRMA)

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada bu mövsümdən legioner limitinin ləğv olunması ilə yanaşı, bir sıra qərarlar da qəbul edilib.

Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəməlidirlər. Mövsümün əvvəlindən edilən transferlər və qış fasiləsində olacaq mümkün yeni oyunçulara görə klublar müəyyən maliyyə öhdəliklərini yerinə yetirməlidir.

Bu ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Premyer Liqa klubları mövsüm ərzində keçirdiyi legionerlərə görə rüsumlar ödəyir. Say artdıqca, məbləğ də yüksəlir. Maraqlı məqam da odur ki, mövsümün gedişatında transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.

Premyer Liqa klublarındakı legionerlər və ödənilən rüsumlar:

1. “Araz-Naxçıvan”: Kristian Avram, İssuf Paro, Bruno Franko, Vanderson Melo, Nuno Rodriqes, Felipe Santos, Hamidu Keyta, Bar Kohen, Şarl Boli, Patrik Andrade, Ramon Maçado, Ba-Muaka Simakala. Klub heyətindəki 12 legionerə görə 85 min AZN rüsum ödəyib.

2. “İmişli”: Andrey Sinenka, Dioqo Rollo, Rafael Vieqaş, Ronaldo de Souza, Edvin Banquera, Ezekiel Morqan, Yau Mozes, Nikola Karaklaiç, Luis Silvest, Dioqo Almeyda. 10 legioneri olan “İmişli” də 65 min AZN ödəməlidir.

3. “Karvan-Yevlax”: Pedru Mateuş, Şakil Sno, Mois Nqvisani, Olavale Doyeni, Said İranxan, Barker İmani, Peter Kinqs, Nika Çaçaşvili, Vitor Roşa, Kayl Spens, Topmson Qavi, Samuel Durrent, Coy Sleyd Mikels. 13 legioneri olan Yevlax klubu 185 min AZN rüsum ödəməlidir.

4. “Kəpəz”: Kaçper Rosa, Dioqo Verdaşka, Pedro Qomeş, Cefferson Bentu, Adama Fofana, Mamadu Ba, Olavale Onanuqa, Vitor Feijao, Kresus Donqo, Ryonosuke Ohori, Luis Paçu. 11 legioneri olan “Kəpəz”in ödəməli olduğu məbləğ 75 min AZN-dir.

5. “Qarabağ”: Fabian Buntiç, Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Dani Bolt, Sami Mmae, Leandro Andrade, Marko Yankoviç, Abdullah Zubir, Aleksey Kaşuk, Kadi Borges, Pedro Bikalyo, Kris Kuaku, Joni Montiel, Kamilo Duran, Emmanuel Addai. 16 legioneri olan “Qarabağ” 585 min AZN rüsum ödəməlidir.

6. “Qəbələ”: Eduardo Kunde, İsaak Amoah, Domi Massumo, Adriel Ba Loua, Prins Ovusu, Paolo Quimbila, Xayme Syerra, Yundox Fuxs, İbrahim Sanqare. 9 legioneri olan “Qəbələ” 55 min AZN ödəməlidir.

7. “Neftçi”: Kenan Piriç, Mustafa Sek, Falaye Sako, Kristian Kostin, İqor Ribeyro, Edvin Kuç, Cordan Rezabala, Freddi Varqas, Sessi Dalmeyda, Luis Ortis, İfeanyi Metyu, Bassala Sambu, İmad Faraj, Alessio Kurçi, Vensan Abubakar. 15 legioneri olan “Neftçi”nin ödədiyi məbləğ 485 min AZN-dir.

8. “Sabah”: Stas Pokatilov, İqor Noqeyra, Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepiniça, Kahim Parris, Umarali Raxmonaliyev, Ziendin Uld Xaled, Velko Simiç, Aron Mluda, Coy-Lens Mikels Cesse Sekidika, Pavol Şafranko. 14 legioneri olan “Sabah” 285 min AZN ödəməlidir.

9. “Sumqayıt”: Pedro Pinto, Rayan Sehadji, Keffel Resende, Abdul Raşid Mumini, Roi Keht, Ronaldo Vaskez, Nikola Ninkoviç, Masaki Murata, Aleksa Yankoviç, Nsana Simon, Aleksandr Ramalinqom. 11 legioneri olan “Sumqayıt” 75 min AZN rüsum ödəməlidir.

10. “Şamaxı”: Rikardo Fernandes, Vladislav Veremeyev, Sezar Enrike, David Santos, Antonio Lara, Andrey Tirkoveanu, Alfons Msanqa, Dioqo Balau, Abdullahi Şuaybu, Karim Rossi. 10 legioneri olan “Şamaxı” 65 min AZN rüsum ödəməlidir.

11. “Turan Tovuz”: Sergey Samok, Oleq Blakov, Roderik Miller, Emmanuel Hakman, Hayderson Hurtado, Enrike Silva, Xorxe Silva, Roberto Olabe, David Tavareş, Alexandro Serrano, Aleks Souza, Joarlem Santos, İbrahima Vadji. 13 legioneri olan “Turan Tovuz” 185 min AZN ödəməlidir.

12. “Zirə”: Tiaqo Silva, Ruan Renato, İssa Cibrilla, Ange Mutsinzi, Stefan Aka, Enrike Kustodio, Edqar Quliyev, Giorgi Papunaşvili, Ayron Qomis, Rikardo Martines, Brahim Konate, Davit Volkov, Martins Junior, Yeqor Boqomolski, Leroy Mikels. 15 legioneri olan “Zirə” 385 min AZN ödəməlidir.

Araz-Naxçıvan – 12 (85 min AZN)
İmişli – 10 (65 min AZN)
Karvan-Yevlax – 13 (185 min AZN)
Kəpəz – 11 (75 min AZN)
Qarabağ – 16 (585 min AZN)
Qəbələ – 9 (55 min AZN)
Neftçi – 15 (385 min AZN)
Sabah – 14 (285 min AZN)
Sumqayıt – 11 (75 min AZN)
Şamaxı – 10 (65 min AZN)
Turan Tovuz – 13 (185 min AZN)
Zirə – 15. (385 min AZN)

12 klubdan qış transfer dönəminə qədər olan müddətdə qeydiyyatdan keçirilən legionerlərə görə ən çox rüsum ödəyən “Qarabağ”dır – 585 min AZN. Komandanın Çempionlar Liqasındakı qazandığı nəticələr maddi duruma müsbət təsirini də göstərir və bu məbləğ, “atlılar” üçün elə də böyük deyil.

“Neftçi” və “Zirə” isə artıq 100 minlik limiti doldurub. Klublar qış fasiləsində legioner transfer edəcəyi halda, hər yeni əcnəbi üçün 200 min AZN rüsum ödəməli olacaq.

Limitin ləğvi klubların legionerlərə üstünlük verməsiylə gənclərin demək olar, yolunu bağlayıb. Komandalar artıq əcnəbilərə daha çox etibar edir, yerlilər ya rəqabətdə uduzur, ya da klublar çəkilən xərcləyə görə legionerləri oyuna buraxır. Məsələn, “Neftçi” Kenan Piriç üçün rüsum ödəyib, eyni zamanda qolkiper yüksək maaşa heyətə cəlb edilib. Bu fonda ötən mövsüm komandanın kapitanı olan Rza Cəfərov ehtiyatda qalıb, bu il şans qazanmayıb.

Tək “Neftçi” deyil, digər klublarda da eyni situasiya yaşanır. Yerlilər kənarda, legionerlər startdadır. Nəticələr? Bəzi klubları çıxmaqla demək olar, çoxunda keyfiyyət yoxdur. Legionerlərin təsiri az sayda klubda özünü göstərir. Yerlilərin oynamamasının acısını isə əsas U-21 millisi və əsas yığma çəkir. Oynamayanlar yığmaya gəlir, nəticə verə bilmir, yenidən tənqidlər başlayır.

Klublarımız üçün indiki məqamda əsas məqsəd nəticədir, oyunçu yetişdirmək ikinci plandadır. Bu səbəbdən legioner transferləri yüksək rüsumlara baxmayaraq, davam etməkdədir, ardı da gələcək…

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see276

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see259

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see257

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see247

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see226

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see220

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see194

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see189

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see187

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see185

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see179

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see179

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see177

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see173

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see164

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see163

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri