Icma.az
close
up
RU
Kimyaçılar şəhəri hesabat verib

Kimyaçılar şəhəri hesabat verib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov toplantını giriş sözü ilə açaraq ötən ilin uğurlarla əlamətdar olduğunu bildirib. 

Sumqayıtın sosial-iqtisadi inkişafına həsr olunan sənədli film nümayişindən  sonra şəhər icra hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılıb və bu məqsədə nail olunub. Sumqayıt sürətlə inkişaf edərək  Qafqazın 2-ci böyük sənaye mərkəzinə çevrilib. 

Hazırda şəhərdə onlarla müasir kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir.   Elə bir neçə gün əvvəl Prezident İlham Əliyev 35-ci dəfə Sumqayıta səfər edib və yeni müəssisələrin təməlqoyma və açılışlarında iştirak edib. Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan artıq 28-i fəaliyyət göstərir. Sumqayıt sənaye şəhəri kimi şöhrətini artırmaqla  bərabər, respublikada gedən inkişaf prosesinə layiqli töhfələrini verir.  

Vurğulanıb ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndirilməli, yeni istehsal sahələri yaradılmalı, iş yerləri açılmalı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması, əhalinin kommunal xidmətlərinə olan tələbatının ödənilməsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və baş plana uyğun olaraq, ötən əsrin 40-50-ci illərində tikilmiş məhəllələrdə istismar müddəti başa çatmış yaşayış binalarının və qəzalı  yataqxanaların  sökülməsi, orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur.  

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxış edərək 2025-ci ildə ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu, genişmiqyaslı quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəldiyini vurğulayıb. 

Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib, müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri