Kino biletləri də “ABB mobile” tətbiqində
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. Bu gün bankla “CineMastercard” şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.
Sənəd kinoteatrlarda bankın brendinin yerləşdirilməsini və premium zalların “ABB zalları” adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur.
Bu tərəfdaşlıq sayəsində “ABB mobile” tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa “ABB mobile” tətbiqindən əldə edəcəklər.
Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa “ABB mobile” tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq.
“ABB mobile” müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Noyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















