Kinorejissor Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb FOTO
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində tanınmış kinoşünas, rejissor, ssenarist, pedaqoq, Əməkdar incəsənət xadimi Ayaz Salayev ilə görüş olub.
Bakıvaxtı.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli rejissoru 65 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Ayaz Salayevin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərini qeyd edən nazir onun kinoşünas kimi də təqdirəlayiq işlər gördüyünü bildirib.
Adil Kərimli rejissorun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyara təqdim edib. Ayaz Salayev fəaliyyətinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda sənətkarla xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















