Icma.az
close
up
RU
Kipr sərhədində gərginlik yaşanır: keçidlər bağlandı

Kipr sərhədində gərginlik yaşanır: keçidlər bağlandı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt Lefkoşada Şimali Kipr Türk Cümhuriyyəti ilə Cənubi Kipr Rum Administrasiyası arasındakı bəzi sərhəd qapılarında keçidlər dayandırılıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Kiprli Rum motosiklet qruplarının təşkil etdiyi nümayişlər olub.

Məlumata görə, Kiprli Rum motosikletçilərdən ibarət “İsaak-Solomou Anma Təşəbbüsü” qrupu bu gün Metehan Quru Sərhəd Qapısının cənub tərəfində aksiya keçirib.

Nümayişin məqsədi 1996-cı il avqustun 8-də ŞKTC-yə girməyə çalışarkən öldürülən Tasos İsaakı və 14 avqust 1996-cı ildə Derineya bölgəsində Türkiyə bayrağını endirməyə çalışarkən vurulan Solomos Solomunu anmaq olub.

Aksiya nəticəsində Lefkoşada sərhəd keçidləri müvəqqəti olaraq dayandırılıb. Şəhərin həm şimal, həm də cənub tərəfində sərhədi keçmək istəyən avtomobillər uzun növbələrdə gözləməli olub.

Hər iki tərəfin – həm ŞKTC, həm də Rum polis qüvvələrinin sərhəd boyunca geniş təhlükəsizlik tədbirləri gördüyü bildirilir. Məlumatlara görə, bu gün axşam saatlarında Kiprli Rum fəalların “Ledra Palace” və “Lokmacı” sərhəd qapılarında da toplaşaraq yenidən etiraz aksiyaları keçirməsi gözlənilir.

Xatırladaq ki, 8 avqust 1996-cı ildə Yunanıstan başda olmaqla bir sıra Avropa ölkələrindən gələn fanatik motosikletçilər Cənubi Kipr Rum Administrasiyasıdan ŞKTC tərəfinə qanunsuz keçid edərək Derineya bölgəsində toplaşıb. Bu hadisə zamanı Kiprli Rum fəal Tasos İsaak döyülərək öldürülüb.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri