Icma.az
close
up
RU
Kirayə bazarında qiymətlər ucuzlaşacaq? Səbəblər və real vəziyyət

Kirayə bazarında qiymətlər ucuzlaşacaq? Səbəblər və real vəziyyət

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda kirayə mənzil bazarında qiymətlər illərdir ki, yuxarı həddədir. Ucuz ev tapmaq isə həm tələbələr, həm də ailə quran gənclər üçün az qala mümkünsüzə çevrilib. Hər dəfə yeni söküntü anonsu verildikdə əhali arasında "bəlkə bu dəfə qiymətlər azalar" ümidi yaranır, amma nəticə dəyişmir - kirayə bazarında evlər azalır, qiymətlər isə artır.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, 2016-cı ildən Bakıda köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin söküntü prosesi davam edir:

"Bu müddət ərzində yüzlərlə bina sökülərək yerində yeni tikililər inşa olunub. Hər belə söküntü zamanı həmin binalardakı kirayə mənzillər bazardan çıxmış olur. Eyni zamanda bu evlərdə yaşayan sakinlər yeni mənzillərə köçənə qədər kirayədə yaşamağa məcbur qalırlar ki, bu da bazarda əlavə tələbat yaradır. Bu proses 2040-cı ilə qədər davam edəcək və bu da ucuz mənzillərin bazarda getdikcə daha da azalmasına səbəb olacaq".

Elnur Fərzəliyev bildirib ki, kirayə qiymətlərinə təsir edən əsas faktorlardan biri də mənzilin satış qiymətidir:

"Əmlak bazarında son illərdə ciddi qiymət artımı baş verib və bu da kirayə bazarına öz təsirini göstərir. Yəni əmlakın aylıq kirayə qiyməti onun satış qiymətinin, təxminən, 0.5 faizi nisbətində olur. 5-6 il bundan əvvəl Bakının mərkəzi rayonlarında və yaxud metro stansiyalarına yaxın ərazilərdə birotaqlı ən ucuz "xruşovka" layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manat arasında dəyişirdi. Bunların da kirayə qiyməti təxminən 300-350 manat idi. İndi isə həmin o birotaqlı mənzillər 90-100 min manat və hətta daha baha qiymətə satılır. Bu da kirayə qiymətlərinin artmasına səbəb olur".

Ekspertin sözlərinə görə, kirayə mənzil bazarına ən çox müraciət edənlər də, əziyyət çəkənlər də tələbələrdir:

"Tələbələr ali təhsil müəssisələrinə yaxın yerlərdə kirayə mənzil tapa bilmədiklərinə görə, məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Bu halda isə onlar gün ərzində 2-3 saatlarını yola sərf edirlər. Eyni zamanda da yol xərcləri artır".

E.Fərzəliyev deyib ki, bu problemi köklü şəkildə həll etmək üçün universitetlərin balansında olan ərazilərdə yeni, çoxmənzilli yataqxanaların tikintisi vacibdir:

"Tikintinin maya dəyərini artıran torpaq sahəsidir. Yəni torpaq sahəsinin qiyməti artdıqca tikintinin satış qiyməti də artır. Düşünürəm ki, universitetlərin köhnə yataqxanaları sökülməli və onların yerindən daha müasir və çoxmənzilli - indiki tələbə sayına uyğun yataqxanalar inşa olunmalıdır. Bu, paytaxt ərazisindəki kirayə mənzil bazarındakı problemləri aradan qaldırar, həm də tələbələrin kirayə mənzil problemi həll olunmuş olar. Belə yataqxanalar inşa edilib tələbələrə ayda 70-80 manatlıq ödənişlə təklif olunsa, həm kirayə bazarına təzyiq azalacaq, həm də bu layihələr bir neçə il ərzində öz xərclərini qarşılayaraq universitetlər üçün gəlir mənbəyinə çevrilə bilər. Təəssüf ki, bu istiqamətdə addım atılmır, nəticədə kirayə mənzil bazarında qiymət artır, tələbələr çətin vəziyyətdə qalırlar".

"Tələbə kirayə götürdüyü evdə həm yaşamalı, həm də dərs oxumalıdır. Evlərin qiyməti isə baha olduğuna görə, ikiotaqlı mənzildə 4-5 tələbə qalır. Tələbələr orada yaşamır, sadəcə oradan yatmaq üçün istifadə edirlər. Bu da onların təhsilinə problem yaradır. Normativlərə görə, 16-18 kvadratmetrlik otaqda iki nəfərdən artıq tələbə qala bilməz. Bu, onların həm yaşaması, həm də dərs oxumaları üçün imkan yaradırdı. İndi isə məcburi şəkildə çox sayda tələbə bir evdə yaşayır və bu onların təhsilinə də mane olur", - deyə E.Fərzəliyev qeyd edib.

Ekspert deyib ki, kirayə mənzil bazarında qiymətlərin azalması gözlənilmir:

"Artıq yeni söküntü anonsu da verildi. Həmin ərazilərdə ucuz evlər olurdu. İndi isə onların sökülməsi ucuz kirayə mənzillərin bazardan çıxması deməkdir. Eyni zamanda söküntü işləri aparılan ərazilərdə yaşayan sakinlərin böyük hissəsi kirayə çıxmalı olacaq, çünki bəziləri ev tikdirir, bəziləri hələ planlamır. Bu da yenidən kirayə mənzil bazarında ev qıtlığına gətirib çıxaracaq".

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see667

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see313

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see259

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see192

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see155

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri