Kirayəçilərə ipoteka krediti verilməyəcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində ipoteka kreditindən faydalana bilməyəcəklər.
Dəyişiklik ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın yararlanması, prosesin şəffaflığının artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini rəqəmsal imzanın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.
Fondun məlumatına görə, bu yenilik müraciətlər zamanı sui-istifadə hallarının, prosesə kənar müdaxilənin və xüsusi proqram təminatlarından istifadənin qarşısının alınmasına imkan verəcək. Müraciətlə bağlı təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.
Qeyd edək ki, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Dəyişikliklərlə bağlı əlavə sualı olan vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 28 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















