Icma.az
close
up
RU
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər Yeni araşdırma

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər Yeni araşdırma

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişaf etməyə davam etdiyini göstərib.

Milli.Az xəbər verir ki, nevrologiya üzrə türkiyəli mütəxəssis Dr. Oğuzhan Onultan bildirib ki, fiziki inkişafın başa çatması beyin inkişafının da tamamlanması demək deyil. Onun sözlərinə görə, xüsusilə planlaşdırma, məntiqi qərarvermə, diqqət, emosiyaların tənzimlənməsi və sosial davranışlara cavabdeh olan prefrontal korteks daha gec yetkinləşir.

Mütəxəssis qeyd edib ki, kişilərdə boy artımı və cinsi inkişaf adətən 18-20 yaşlarında başa çatsa da, beynin yüksək idrak funksiyalarına cavabdeh hissələrinin inkişafı daha uzun müddət davam edir. Bu səbəbdən bəzi gənc kişilərdə riskli davranışlara və impulsiv qərarlara meyl daha çox müşahidə oluna bilər.

Bununla yanaşı, araşdırmada vurğulanır ki, 32 yaş qəti hədd deyil. Beyin inkişafı fərddən-fərdə dəyişir və genetik xüsusiyyətlər, təhsil, həyat təcrübəsi və ətraf mühit kimi amillər bu prosesə əhəmiyyətli təsir göstərir.

Dr. Onultan əlavə edib ki, beynin inkişafı 32 yaşdan sonra da tam dayanmır. Neyroplastiklik sayəsində beyin öyrənmə, yeni təcrübələr, fiziki aktivlik və zehni məşqlər vasitəsilə həyat boyu yeni sinir əlaqələri yaratmağa davam edir.

Bu nəticələr kişilərin davranış xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etsə də, fərdlərin psixoloji və ya sosial yetkinliyini yalnız yaşa əsasən qiymətləndirmək düzgün deyil.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 İyul 2026 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri