Icma.az
close
up
RU
Kişi ondan boşanan arvadını mikroavtobusda bıçaqladı CƏZA

Kişi ondan boşanan arvadını mikroavtobusda bıçaqladı CƏZA

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Ceyhun Babalının (soyadı şərtidir) barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 30 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində dayanıqlı vəziyyətdə olan "Mersedes Sprinter" markalı mikroavtobusda qeydə alınıb.

Belə ki, Ceyhun Babalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı, zərərçəkmiş Günay İsmayılovanın (şərti) yanında əyləşib. Sonra o, qadının naməlum avtomobildən düşməsini bəhanə edərək, turist bıçağı ilə zərərçəkmiş şəxsə qəsdən zərbələr endirib.

Hadisədən sonra Ceyhun Babalı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş Günay İsmayılova ifadəsində bildirib ki, Ceyhunla 2018-ci ildə ailə qurub və 2022-ci ildə aralarında yaranmış münaqişəyə görə ayrılıb. Onlar ayrıldıqdan sonra birgə nikahdan olan 2 övladını eks-əri ona verməyib. Buna görə də qadın Ceyhuna qarşı Gədəbəy Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırıb. Həmin məhkəmə prosesinin davam etdiyi bir ərəfədə Ceyhun vatsap vasitəsi ilə səs göndərərək əgər uşağı ondan tələb etməyə davam edəcəyi təqdirdə onu öldürəcəyini bildirib.

Günay İsmayılova qeyd edib ki, məhkəmə prosesinin keçiriləcəyi gün, yəni 30 noyabr 2023-cü il tarixdə avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa minib: “

“Təxminən 10-15 dəqiqə sonra Ceyhun da mikroavtobusa əyləşdi. Sonra baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi. Saha sonra isə o, mənə əl-ayaq zərbələri ilə vurdu. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığım şəxslər arxa qapını açıb məni oturacaqların altından dartıb çıxardı. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldım. Hadisəni törətdikdən sonra Ceyhun qaçmaq istəyərkən avtovağzalın çıxışında polis tərəfindən saxlanıldı”.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Ceyhun Babalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra Günay İsmayılova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Aprel 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see132

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see121

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see120

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see120

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see119

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see119

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see119

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see118

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see118

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see118

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see117

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see117

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see117

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see115

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see114

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see114

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see114

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see113

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri