Ceff Bezos gələcək həyat yoldaşı ilə sərt nikah müqaviləsi imzalayacaq
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Amazon"un yaradıcısı və milyarder Ceff Bezos toy mərasimi öncəsi nişanlısı Loren Sançes ilə "sərt nikah" müqaviləsi imzalayacaq.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ailə hüququ üzrə ekspert Alfonso Provintsiano bildirib ki, müqavilədə əsas diqqət "Amazon" şirkətindəki səhmlərin, "Blue Origin" kosmik şirkətinin və 10 ölkədə yerləşən daşınmaz əmlakın qorunmasına yönəlib. Müqavilə üzərində artıq bir neçə aydır hüquqşünaslar komandası işləyir.
"Bu sadəcə bir müqavilə deyil - bu, onların gələcək münasibətlərinin bütöv bir konstitusiyasıdır", deyə Provintsiano vurğulayıb.
Ceff Bezosun sərvəti hazırda 220 milyard dollar olaraq qiymətləndirilir.
Milyarder və televiziya aparıcısı 2019-cu ildən münasibət yaşayır. Münasibətlərə başladıqları vaxt hər ikisi rəsmi nikahda olsa da, qısa müddət sonra demək olar ki, eyni anda boşanma üçün müraciət edib və əlaqələrini gizlətməyə son qoyublar. 2023-cü ilin mayında Ceff Bezos özünün "Koru" adlı super yaxtasında Loren Sançesə evlilik təklifi edib. Elə həmin vaxt cütlük Kann kinofestivalını da ziyarət edib və jurnalistlər Lorenin adsız barmağında təxminən 20 karatlıq almaz nişan üzüyünü müşahidə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 İyun 2025 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















