Icma.az
close
up
RU
51 yaşlı kişi ondan gizlin boşanan arvadını küçədə döydü

51 yaşlı kişi ondan gizlin boşanan arvadını küçədə döydü

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astara rayonunda 1974-cü il təvəllüdlü Fərman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Xəyaləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 avqust 2024-cü ildə Astara rayonunun qəsəbəsində baş verib. Fərman Xəyalə ilə arasında Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 
Mübahisə zamanı Fərman keçmiş həyat yoldaşının üz nahiyyəsinə yumruqla qəsdən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəyalə ilə 2012-ci ildə ailə həyatı qurub, birgə nikahdan 2 övladları var: “2023-cü ilin dekabrında iştirakım olmadan Xəyalə məhkəmə qaydasında məndən boşandı. Lakin mənim boşanmadan məlumatım olmayıb. Təxminən 2 ay əvvəl Xəyalə ilə telefonda mübahisə etdik. Həmin hadisədən sonra Xəyalə telefon nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 5-də, saat 10 radələrində Astara şəhərində olarkən təsadüfən  Xəyalə ilə Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında rastlaşıb və yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirib: “Lakin Xəyalə mənə qarşı nalayiq söz işlətdi. Onun sözündən əsəbiləşdim, yumruqla sol gözümdən 1 dəfə vurdum. Xəyaləni vurduqdan sonra münaqişə böyüməsin deyə dərhal oradan uzaqlaşdım. Polis şöbəsində mənə məlum oldu ki, Xəyalə məndən boşanıb. Münaqişə təxminən 1 dəqiqə davam etdi, ani olaraq əsəbiləşərək yumruqla onu vurdum və oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xəyalənin sözlərinə görə, Fərman ilə evləndikdən sonra onunla münasibətləri yaxşı olub: “Aramızda sözlü mübahisələr yaşansa da, dava-dalaşlarımız olmayıb. Lakin son dövrlərdə Fərmanla münasibətlərimiz pisləşdi, aramızda mübahisələr yaşandı”. 
Xəyalə bildirib ki, 2023-cü ildə Fərmandan boşanma barədə Astara rayon məhkəməsinə müraciət edib: “Həmin vaxt Fərman Bakı şəhərində olub. Məhkəmə iclaslarında iştirak etməsi barədə ona bildiriş göndərilsə də, məhkəmə iclaslarında iştirak etməyib. 2023-cü ilin dekabrında Fərmanın iştirakı olmadan məhkəmə qaydasında boşandım”. 
Zərərçəkmiş qeyd edib ki, avqustun 5-də, saat 10 radələrində iş yeri olan Astara şəhər Statistika Mərkəzinin inzibati binasının qarşısında olarkən təsadüfən Fərman ilə rastlaşıb: “Fərman yaxınlaşaraq mənimlə söhbət etmək istədiyini bildirdi. Onunla danışmaq istəmədiyimi dedm. Sonra Fərman əsəbiləşərək yumruqla sol gözümdən 1 dəfə vurdu və dərhal uzaqlaşaraq getdi. Münaqişə təxminən 1 dəqiqə davam etdi, ani olaraq yumruqla gözümdən vurdu və oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Mart 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri