Polşanın yeni prezidentinin qızı atasını kölgədə qoydu Sosial şəbəkələrdə ulduza çevrildi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotskinin qələbə nitqi zamanı onun kiçik qızı Kasia Navrotska bütün diqqəti üzərinə çəkərək sosial şəbəkələrdə gündəm olub.
Oxu.Az-ın verdiyi məlumata görə, təkcə "TikTok"da paylaşılmış video bir gündə 14 milyon nəfərdən çox baxış toplayıb.
Kadrlardan görünür ki, səhnədə atasının çıxışı fonunda Kasia mavi don və başında bantla kameralar qarşısında uşaq şıltaqlığı nümayiş etdirib: gülüb, əl yelləyib, ürək işarələri göstərib və Polşa bayrağı ilə oynayıb.
Polşanın yeni prezidentinin qızı atasını kölgədə qoydu – Sosial şəbəkələrdə ulduza çevrildi
Jurnalistlərin lentə aldığı görüntülərdə Kasianın səmimi və məsum davranışları milyonlarla insanın ürəyini fəth edib.
Qeyd edək ki, Karol Navrotskinin üç övladı var və videoda əks olunan onun ən kiçik qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 İyun 2025 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















