Kişi “Wi Fi”yi söndürmək üstündə keçmiş arvadını döydü HÖKM
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik Qasımovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 22 yanvar 2025-ci il saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Malik Qasımov onunla eyni həyətdə qonşu fərdi yaşayış evində yaşayan keçmiş həyat yoldaşı, zərərçəkmiş Zərifə Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının “Wi-Fi” internet şəbəkəsini söndürməsi olub. Bu zaman o, Zərifənin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, təpik və ayaq zərbələri ilə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq, yüngül zərər yetirib.
Hadisədən sonra Malik Qasımov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov

