Icma.az
close
up
RU
Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bakı müzakirələri haqsızlığa qarşı narahatlığın ən yüksək ifadəsi oldu

Bu gün dünyanı narahat edən problemlərin həlli, planetin müxtəlif nöqtələrində baş verən mənfi hadisələrin qarşısının alınması yolları ilə bağlı çağırışların səsləndiyi XII Qlobal Bakı Forumunun real imkanların müzakirə edildiyi beynəlxalq platformaya çevrildiyi şəksizdir. Forumun panel iclaslarında diqqəti çəkən məqamlardan biri çıxış edənlərin öz ölkələrində rastlaşdıqları problemləri bu tribunadan dilə gətirmələri oldu. Bakı Forumu dünyanın müxtəlif ölkələrindən Azərbaycan paytaxtına gəlmiş insanların öz aralarında yeni əlaqələr qurmaları üçün də öz töhfəsini verdi.

Ölkələrin və xalqların maraqlarının və təhlükəsizliyinin qorunmasına xidmət edən beynəlxalq səviyyəli platforma kimi Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu tribuna idi. Azərbaycan sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bir daha bütün dünyaya bəyan etdi, hamını beynəlxalq hüquqa hörmətlə yanaşmağa, əl-ələ verib problemlərin həllinə səslədi.

* * *

Dünya birliyi çətin və təhlükəli bir mərhələdən keçidin ağrısını yaşamaqdadır. Bir tərəfdən məhəlli münaqişələr, separatizm, digər tərəfdən bölgələrdə lokal və genişmiqyaslı müharibələrlə üz-üzə qalmış dünyanın yeni nizamının formalaşdığını müşahidə edirik. Aydın məsələdir ki, böyük güclərin günahı ucbatından yaranan bu kataklizmlər kiçik dövlətləri və xalqları daha çox narahat edir. Bəs, baş verən geosiyasi proseslər fonunda mövcud beynəlxalq hüquq və normalar həmin kiçik ölkələrə və xalqlara münasibətdə eyni cür, heç bir ayrı-seçkilik qoyulmadan tətbiq edilirmi? Bu zaman bərabərlik, ədalətlilik prinsiplərinə nə dərəcədə əməl olunur? Biz hələ planeti narahat edən meqa-təhdidlər arasında iqlim və ərzaq təhlükəsizliyi məsələlərini demirik.

Şübhəsiz ki, narahatlıq doğuran bu məsələlər ətrafında XII Qlobal Bakı Forumunu çərçivəsində təşkil edilmiş plenar iclaslarda geniş fikir mübadiləsi aparıldı, təşəbbüslər irəli sürüldü, təkliflər səsləndirildi.

Forum iştirakçılarının sayının ilbəil çoxalması isə bu beynəlxalq platformanın nüfuzunun yüksəlməsindən xəbər verir. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş çox sayda yüksəksəviyyəli rəsmilərlə yanaşı, Okeaniyanın kiçik ada dövlətlərinin təmsilçiləri ilə də rastlaşmaq mümkün idi.

Bakı Forumunda ən maraqlı və narahatedici çıxışları da həmin kiçik dövlərtlərin nümayəndələrinin dilindən eşitdik. Misal üçün, Maltanın sabiq baş naziri Cozef Muskat forumun panel iclasında çıxışını götürək. O deyib ki, əvvəllər qlobal ticarəti əsasən böyük dövlətlər təşviq edirdi, amma indi bu prosesdə kiçik ölkələr də mühüm rol oynayırlar: “Bu, qloballaşmanın gətirdiyi yeniliklərdən biridir və eyni zamanda, bir sıra yeni fürsətlər yaradır”. Çıxışında iqtisadiyyatın asılılıq nəzəriyyəsinə əsaslandığını, dünyada təchizat zəncirinin dəyişərək yeni formaya düşdüyünü bildirən C.Muskat əlavə edib ki, bəzi kiçik dövlətlər, o cümlədən Malta, böyük güclərə qarşı özünü necə qorumağı hələ bilmir. Onun “Rusiya qlobal miqyasda böyük güc hesab olunur, amma onun iqtisadiyyatı Kaliforniyanın iqtisadiyyatı qədərdir. O zaman Rusiya niyə böyük güc kimi qəbul edilir?”– sözləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bu cür açıq fikirlərin səsləndiyi Bakı Forumu çeşidli problemlərlə üzləşən ölkələrin rəsmiləri üçün həm də ikitərəfli görüş, əməkdaşlıq fürsəti yaratmışdı.

* * *

“Dünyada sülhün təmin edilməsi üçün kollektiv səylər və sıx əməkdaşlıq vacibdir”. Bu barədə danışan Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin dünyanın bir çox yerində, hətta Azərbaycan və Ermənistan arasında da hələlik davamlı sülhün əldə olunmamasına diqqəti yönəltdi: “Dünyada sülhün təmin edilməsindən ötrü kollektiv səylərə və əməkdaşlığa ehtiyac var”.

Vaşinqtonda, Moskvada, İstanbulda, Ciddədə, Brüsseldə, eləcə də digər şəhərlərdə böyük münaqişələrin həlli yollarının axtarıldığı indiki məqamda onun baş verənlərdən keçirdiyi narahatlığı başa düşmək çətin deyildi. Sabiq nazir öz ölkəsindən söz açaraq vurğuladı ki, Türkiyə regional proseslərdə mühüm rol oynayır: “ABŞ və Avropa arasındakı problemlər regional məsələlərdə Türkiyənin əhəmiyyətini bir daha qabarıq göstərir. Hazırkı dövrdə proseslərdə iştirak zamanı qərəzsizlik çox önəmlidir. Rusiya–Ukrayna müharibəsinə baxsaq, Türkiyənin tərəflərlə normal münasibəti var və ancaq müharibənin bitməsi istiqamətində real addım atmağa hazırdır. Türkiyə həmin bölgədə sülhün bərqərar olmasına kömək göstərə bilər”.

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç panel müzakirələrdə aktual problemlərlə dolu müasir dünyamızda dialoqun vacibliyini vurğulayaraq, Bakı Forumunun belə müzakirələr üçün çox vacib platforma olduğunu bildirib. O, fikir mübadiləsi üçün platforma yaratdıqlarına və bu əhəmiyyətli tədbirdə iştirak etmək üçün dəvətə görə forum təşkilatçılarına təşəkkürünü ifadə edib: “Əminəm ki, burada iştirak edənlərin hamısı konstruktiv və məhsuldar dialoqa can atır. Bu, bizə çox lazımdır. Çünki biz burada yerli, milli məsələləri müzakirə ediriksə, deməli, dünyada problemlər hələ də qalır”.

* * *

Fikrimizcə, forumun panel iclaslarında ən yaddaqlan çıxışlardan birini Moldovanın sabiq baş naziri Nataliya Qavrilita edib. “Moldovada “dondurulmuş” münaqişə tezliklə həll edilə bilər” – deyən Na.Qavrilitanın sözlərinə görə, münaqişə heç də Moldovada insanlar arasında getmir: “Çünki Dnestr çayının iki sahilində yaşayan insanlarının bir-biri ilə əlaqələri var. Amma münaqişənin həlli üçün böyük güclər bizə dəstək olmalıdır”.

Bunun ardınca siyasətçi onu da vurğulayıb ki, münaqişə qurtarandan sonra investisiyalar, dövlət-özəl tərəfdaşlığı haqqında düşünmək lazımdır. O, həmçinin çıxışında Rusiyanın Moldovadan qoşunlarını çıxarmaqla bağlı beynəlxalq öhdəlik götürdüyünü, lakin buna əməl etmədiyini iştitakçıların diqqətinə çatdırıb. Yəni çıxışların əsasən yerli problemlərdən bəhs edildiyini nəzərə alsaq, budəfəki forumu milli problemləri beynəlxalq gündəmə daşıyan forum adlandıra bilərik. Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks isə çıxışında kiçik və inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınacağı ədalətli dünya nizamına çağırış edib: “Ədalətli və davamlı sülhə nail olmaq lazımdır, çünki fövqəldövlətlər öz güclərinə baxmayaraq, mütləq hakimiyyətə malik deyillər”. Onun sözlərinə görə, kiçik dövlətlər ədalətli dünya nizamı naminə ittifaqlara qoşulmağa hazırdır: “Böhrandan sonra siyasi mənzərə mütləq dəyişəcək və bu, qanunun aliliyinə və böyük dövlətlərin kiçik dövlətlərə hörmət etdiyi bir dünyaya əsaslanmalıdır”.

“Dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv edilir”. Bunu isə Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakı Forumunun ikinci günündə baş tutan “Yeni dünya düzənində orta güclər” adlı panel sessiyada çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün dünyada BMT-nin Nizamnaməsinə uyğun gəlməyən hallar müşahidə olunur: “Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Biz Türk Dövlətləri Təşkilatını qurmuşuq. Bu təşkilat ildən-ilə güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimək bilmir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir”.

Nazir müavini çıxışında, həmçinin ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil saydığını önə çəkib: “Ölkələr milli maraqlarını üstün tutmalıdır. Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz. Əgər dünyada öz yerinizi müəyyən etmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır”.

XII Qlobal Bakı Forumunun maraqlı, bir çox hallarda narahat çıxışlarla 13 illik tarixini yeni səhifə ilə zənginləşdirdiyinə əminik. Ona da şübhəmiz yoxdur ki, Bakıda gördükləri, ümumiyyətlə, ölkəmiz barədə aldıqları təəssürat uzun müddət forum iştirakçılarının yaddaşında xoş xatirə olaraq qalacaq.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Mart 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri