Almatıda beynəlxalq simpozium: Qazax xalqının 1000 mahnısı adlı toplusunun 100 illiyi
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türk Mədəniyyəti və İrsi Fondu M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun, Azərbaycan Respublikası UNESKO və İSESKO məsələləri üzrə Milli Komissiyasının iştirakı ilə 12-13 mart 2025-ci il tarixində Qazaxıstanın Almatı şəhərində “Dünya xalqlarının mədəni irsi: etnomusiqi, etnofor, etnoqraf” mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirib.
Gununsesi.info xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbir qazaxıstanlı etnoqraf alim A.V. Zatayevicin “Qazax xalqının 1000 mahnısı” adlı toplusunun 100 illiyinə həsr olunub.
Simpozium çərçivəsində “Zatayevicin irsi XX-XXI əsrlər fəlsəfi-mənəvi məkanında: elm – mədəniyyət – cəmiyyət” kitabının təqdimatı da keçirilib və «Alpamıs batır» dastanının çoxmillətli nominasiya üzrə ekspertlərinin yekun görüşü təşkil olunub.
Xatırladaq ki, Fond 2024-cü ildən etibarən ümumtürk qeyri-maddi mədəni irsinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində fəaliyyətə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















