Kişilərin 1/3 nin sevgilisi süni intellektdir MARAQLI ARAŞDIRMA
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tinder" və "Hinge" tətbiqlərinin sahibi "Match Group" şirkətinin hər il keçirdiyi "Singles in America" (Amerikada subaylar) araşdırması yalnızların tanışlıq və flört prosesində süni intellektdən (AI) istifadəsində kəskin artım olduğunu üzə çıxarıb. Məlumata görə, subayların flört zamanı süni intellekt vasitələrinə müraciət etmə göstəricisi son bir ildə 333 faiz (3 dəfədən çox) artıb.
“Yeni Sabah” xəbər verir ki, artıq profil mətnlərinin yazılmasından tutmuş cavab mesajlarının hazırlanmasına qədər bir çox proses AI texnologiyalarına həvalə edilir.
Tədqiqatın ən diqqətçəkən məqamlarından biri emosional bağlarla bağlıdır. Subayların 16 faizi süni intellekti "romantik yoldaş" kimi istifadə etdiyini bildirib. Z nəslində (Gənc nəsil) isə bu göstərici 33 faizə çatıb. pizza sifarişi
Sosioloji mənzərəni dəstəkləyən digər bir göstərici "BYU Wheatley" İnstitutunun sorğusunda əks olunub. Araşdırmaya əsasən, 18-30 yaş arası kişilərin 31 faizi romantik tərəfdaş rolunu oynayan süni intellekt çatbotları ilə ünsiyyətdə olduğunu etiraf edib.
Ekspertlər bu göstəriciləri gənclər arasında tənhalıq hissinin artması və rəqəmsal emosional asılılığın yeni mərhələyə keçməsi kimi dəyərləndirirlər.
Baxış sayı:132
Bu xəbər 22 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















