Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kişilərin “ikinci ürəyi”ndə yaranan ciddi problemlər Risklər çoxdur, amma...

Kişilərin “ikinci ürəyi”ndə yaranan ciddi problemlər Risklər çoxdur, amma...

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“45-50 yaşdan sonra hər bir kişi ildə 1 dəfə qanda PSA səviyyəsini yoxlatmalıdır ki…” – Onkoloq prostat xərçəngindən qorunmağın yollarını açıqlayıb

Tibb üzrə fəlsəfə doktoru, onkouroloq Teymur Musayev AYNA.AZ-a müsahibə verib. Həkim prostat vəzi problemləri və onların aradan qaldırılması yolunu izah edib. Beləliklə:

- Son zamanlar dünyada xərcəng xəstəliyinin, xüsusən də kişilərdə prostat xərçənginin sürətlə yayıldığı söylənilir. Prostat xərçəngi nədir və niyə yayılır?

- Prostat vəzi kişilərin daxili cinsiyyət orqanıdır və orqanizimdə böyük rol oynadığı üçün adətən kişinin “ikinci ürəyi” adlanır. Prostat vəzinin xərçəngi (karsinoma) kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir – prostat vəzinin hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Prostat vəzin bədxassəli şişləri inkişafı nisbətən yavaş olur və illər ərzində kiçik ölçüdə qala bilər. Və kliniki əhəmiyyəti olmadan inkişaf edə bilər. Amma şübhəsiz ki bu şişlər çox təhlükəlidir və digər xərçəng növləri kimi metastazlar əmələ gətirə bilər, yayıla bilər. Təəssüf ki, son on illiklərdə bu şiş daha çox yayılmaqdadır və artmaqdadır. 35 yaşdan sonra 10 min nəfər kişidən 1-də prostat vəzi xərçəngi baş verə bilər. Yaşla xəstələnmə riski yüz dəfələrlə artır. 60 yaşdan yuxarı kişilər arasında hər yüz nəfərdən biri artıq xəstədir. 75 yaşdan sonra səkkiz kişidən birində prostat xərçəngi aşkar edilir. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin sağlamlığına xüsusi diqqət yetirmələri vacibdir.⠀

Onu da qeyd edim ki, prostat xərçəngi ilə xəstələnmə coğrafi bölgədən asılı olaraq dəyişir. Avstraliya, Yeni Zelandiya, Şimali Amerika, Qərbi və Şərqi Avropada ən yüksək göstəricilər müşahidə edilir. Bu, əsasən yaşlı bir populyasiya ilə əlaqədardır. Şərqdə, Cənubi və Orta Asiyada prostat xərçəngi tezliyi daha azdır, lakin son zamanlarda bu regionlarda da artım qeyd olunur.

- Prostat vəzi xərçənginin yaranmasının səbəbləri və şərtləri hansılardır?

- Prostat xərçənginin yayılması bir neçə sindromla əlaqəli olur.

Metabolik sindrom. Sindromun fərdi komponentləri arasında arterial hipertoniya (p = 0.035) və piylənmə (bel dairəsi> 102 sm) (p = 0.007) var. Bu faktorlar prostat xərçəngi riskinin statistik cəhətdən əhəmiyyətli bir artması ilə əlaqələndirilir.

Şəkərli diabet. Populyasiya səviyyəsində şəkərli diabetə görə metformini qəbul edən kişilərdə (lakin digər oral hipoqlikemik dərmanlar deyil) prostat xərçəngi inkişaf etdirməmiş kişilərə nisbətən daha az olur. Piylənmə. Aparılmış multifaktorlu “REDUCE” adlanan ən böyük elmi tədqiqatı göstərib ki, piylənmə aşağı dərəcədə bədxassəli prostat xərçəngi riski ilə əlaqələndirilir, lakin (!) piylənməsi olan kişilərdə qeydə alınan prostat xərçəngi formalara daha aqressiv olur. Bu təsir əsasən yüksək bədən kütləsi indeksini təyin edən ətraf mühit amillərinə bağlıdır.

- Bəs bu xəstəliyin yaranması ilə qəbul etdiyimiz qida və mayelər arasında hansısa əlaqə varmı? 

- Sözsüz ki, var. Məsələn, insan üçün nə qədər qəribə səslənsə də, yüksək dozada spirtli içki qəbulu və əksinə - alkoqoldan tamamilə imtina etmək prostat xərçəngi riskinin və prostat xərçəngindən ölüm riskini artırır.

Son illərdə süd məhsullarında olan bəzi proteinlər və prostat vəzi xərçəngi riski arasında əhəmiyyətsiz bir əlaqə tapılıb, lakin statistik olaraq təsdiqlənməyib. İnkar olunmur ki qızardılmış qidaların qəbulu ilə prostat xərçəngi riski arasında bir əlaqə var. Bu araşdırmalar davam edir.

Bundan əlavə, D vitamininin aşağı və ya yüksək konsentrasiyası (D vitamin disbalansı), prostat xərçəngi əmələ gəlmə riskini artırır və buna bağlı olan xərçənglərdə daha aqressiv olur.

- Bəs qidalanmadan başqa hansı risk faktorları var?

- Bu xəstələyin yaranmasında digər risk faktorları müəyyən qədər rol oynayır. Məsələn, saç tökülmə (allopesiya); anamnezində zöhrəvi xəstəliklər (Gonorrhea); peşə təhlükələri – gecə növbələrində işləmək (hər hansı bir peşə) və pilotlarda; siqaret çəkmə prostat xərçəngindən ölüm riskini artırır.

Bunlarla yanaşı, stress və yanaşı xroniki xəstəliklər nəticəsində yaranan bədənin müdafiəsinin azalması; irsiyyət faktoru - şiş inkişafına səbəb olan xüsusi genlər BRCA 1 və BRCA2 müəyyən edilib. Tutaq ki, atada olan xərçəng oğulda xəstəlik riskini 2-3 qat artırır. Həmçinin virus infeksiyası: XMRV (retrovirus), herpes tip 2, sitomeqalovirusun mövcudluğu da prostat xərçəngi risklərini artırır.

Bu sahədə bir sıra maraqlı faktlar aşkar edilib. Aparılan tədqiqatlara əsasən kişilərdə prostat xərçəngi ilə aşağıda qeyd olunanlarla əlaqə təsdiq olunmayıb:

Omega-3 yağ turşularının qəbulu ilə; Ət və ət məhsularının istifadəsi ilə; Selen tərkibli preparatların və E vitaminin qəbulu ilə; Hipohonadizm olan kişilərdə testosteron preparatlarının istifadəsi ilə.

- Prostat vəzinin xərçəngi riskini necə azalda bilərik?

- Aparıcı mütəxəsislərin fikirlərinə görə aşağıdakı hallarda risklər azalır:

Ultrabənovşəyi şuaların təsiri; Sirkumsiziya (sünnət) Mütəmadi cinsi əlaqə (ayda 21 dəfədən artıq cinsi əlaqadə olan kişilərdə prostat xərçəngi riski, ayda 4 -7 dəfə cinsi əlaqəsi olan kişilərlə müqaisədə 20 faiz azalır);

- Bəs prostat vəzi xərçənginin əlamətləri hansılardır? Onları bilmək oxucularımız üçün maraqlı olardı ki, insanlar ən azı bu xəstəliyin onlarda mövcud olub-olmadığını ilkin mərhələdə müəyyənləşdirə bilsinlər...

- Təəssüf ki erkən mərhələlərdə şiş özünü gizli aparır və heç bir simptom yaratmır. Yalnız qanda prostat spesifik antigen (PSA) səviyyəsinin artması ilə biruzə verə bilər. Bir qayda olaraq, prostat vəzi xərçəngi olan xəstələrdə prostat adenoması ilə əlaqədar olan şikayətlər olur:

Sidik təziqinin azalması Sidik ifrazının çətinləşməsi Sidik ifrazından sonra qalıq sidiyin hissi Tez-tez sidiyə qetmə Sidik qaçırmaları və s.

- Prostat vəzi xərçənginin effektiv müalicəsi varmı və necə aparılır?

- Prostat vəzi xərçənginin uğurlu müalicəsi xəstəliyin vaxtında, erkən mərhələdə aşkarlanmasından asılıdır. Bu gün, şişlərin bədləşmə və yerli yayılma dərəcəsindən asılı olmayaraq, PSA səviyəsinin yüksək olmasına baxmıyaraq (T2-T3) cərrahi müalicə (radikal prostatektomiya) ən effektiv müalicə üsuludur. Bu əməliyyatlar həm açıq, həm laparoskopik, həmi də robotik üsullarla icra olunur. Prostat vəzi xərçənginin yayılmış formalarında hormonal müalicədən, kimyaterapiyadan, tarqet müalicədən və ən müasir müalicə üsulu olan radionukleid terapiyadan istifadə olunur.

Sonda qeyd etmək lazımdır ki, hər bir kişi 45-50 yaşdan sonra ildə 1 dəfə qanda PSA səviyyəsini yoxlatmalı və sidik ifrazı ilə bağlı şikayyətləri olduğu halda mütləq şəkildə uroloqa müraciət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri