Icma.az
close
up
RU
Samir Abasov: “Bilmədiyiniz problemlər çoxdur”

Samir Abasov: “Bilmədiyiniz problemlər çoxdur”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Qarabağ” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib. 

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

– Bura gələndə yəqin ki, hədəfiniz var idi. “Neftçi”də hansı nəticə sizin üçün uğur sayılacaq? Bu gün gördüyümüz futbolçuların maksimum potensialı budur?

– Potensialdan danışmaq istəmirəm. İşin başlanğıcındayıq. Əgər “Neftçi”nin baş məşqçisi, futbolçususansa, bu cür oyunlarla sənə qiymət verilir. Futbolçuların bir oyunla ölçmək istəmirəm. Görüləcək işimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan “Neftçi”nin hədəfləridir. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl koamdandada ruh düşkünlüyü önə çıxırdı. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdi. Sağolsunlar.

– Ramil Şeydayevin faydalı iş əmsalı sizi qane edir?

– Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsaz, cavab verməyəcəm. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm.

– “Neftçi” hücum xəttində istəkli görünmürdü. Sizcə, komandada taktiki gedişatlarda problem var idi, yoxsa oyunçular tapşırıqları yerinə yetirmədi?

– Çox istəkli idik. Son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik.

– Necə düşünürsüz, avrokuboklara getməyin ən asan yolu, liqadır, yoxsa kubok?

– Kubokda da şansımız var. Amma bu, o demək deyil ki, liqanı boşa verəcəyik. Dörd gündən sonra kubok matçımız var. Hər liqa oyunu bizi avrokuboklara daşıyacaq. Bu istəklə meydana çıxacağıq. Bu gün hesab məni üzdü. Bunu kənara atıb, kubokdan yapışası deyilik. Kubokdan yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Sona qədər gedəcəyik.

– Qarşıdakı turda “Sumqayıt”la qarşılaşacaqsız. Hansı ab-havanı gözləyirsiz?

– Ab-havanı “Neftçi” özü yaradır. “Neftçi” hansı səfərə gedirsə, azarkeş sayı birə-beş qalxır. Ab-hava da normal bir şeydir. Bu “Neftçi”nin adı ilə bağlıdır. İnanıram ki, bu ab-havaya yaxın atmosfer olacaq.

– “Qarabağ” ikinci heyəti ilə “Neftçi” qarşısına çıxmışdı. Bu heyətə 0:3 uduzursuzsa, bəlkə əvəzedici heyətlə çempionata davam edəsiz? Liderdən 24, ikinci yerdən 23 xal geridəsiz… Kubok üçün daha yaxşı heyət formalaşdırmaq yaxşı olmaz?

– Nə edirsənsə-et bu heyətdən nəsə formalaşdırmalısan. Bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı.. Belə olmayacaq.

– Qışda hansı mövqelərə transfer edəcəksiz?

– Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq.

– Mətbuat konfransı elə danışdız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Bu, futbolçulara mesajdı? Ramil Şeydayev “Qarabağ”ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı? 

– Sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev “Qarabağ”dan gəlib, oynamayacaq deyə, var belə şey? Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün oyunçu olaraq ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə… Olsun da, bəlkə səhv seçim idi. Qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə “Qarabağ”a sübut etməyə can atırdı. Təhlükəli epizodlarda da Ramil idi. “Qarabağ”ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?

– Adətən derbidə məğlub olan tərəf daha çox aqresivlik göstərir, qırmızı vərəqəni də gözə alıb, sərtlik göstərirlər. Amma sanki “Neftçi” futbolçuları vəziyyətdən narahat deyildi…

– Bizim komanda bu gün tam başqa ab-havada çıxmışdı oyuna. Bilirdik ki, oyunun içində çətinliklıər yaranacaq. Nə qədər desələr, ikinci heyətdir. “Qarabağ”a qarşı oynayırdıq. Bu çətinliklərlə qarşılaşacağıq. Oyun qurmuşduq. Oyun başlayandan yaxşı tərəflərini görməyə başlamışdıq. Özünəinam futbolçularda yarananda qol buraxdıq. Qolu “Qarabağ”dan buraxırsansa, futbolçulara təsir edir. İkinci hissədə çalışdıq ki, bəzi şeyləri danışdıq, amma əfsuslar olsun ki, öz shvimizdən sonra… Rzanın pis çıxarışından sonra qapımızda qol gördük. Onu da səhvə bağlayıram. İstəməzdim ki, ondan sonra çirkin futbola dönüşsün. Uduzsaq da, ən azından tapşırıqları məşqlərdə etdiklərimizi, o tempi qoruyub-saxlasınlar ki, bu gün uduzsaq da, ən azından bunu çıxaraq ki, sonrakı oyunlarda bu bizə kömək olsun. Hansısa futbolçu getsin rəqibi sındırsın. Bu yaxşı hal deyil. O aqresivliyin arxasında nələr başlayacaq ki, Velkovski futbolu bitirmişdi. Mən baş məşqçi oalaraq, necə yön verim? Aqressiv olamlısan, istəkli olmalısız.. İllah ki, uduzursan, sındır kart al, bunu biz edə bilmərik.

Mirkamal

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Dekabr 2024 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see387

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see325

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see318

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see289

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see249

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see229

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see200

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see185

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see178

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see175

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see171

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see167

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see165

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see162

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see157

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see157

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri