Bank of Baku əməkdaşlarından veloyürüş Sağlam həyat, yaşıl gələcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkənin seçilən banklarından olan Bank of Baku “Sağlam həyat, yaşıl gələcək!” mesajı ilə növbəti ekososial layihəsini reallaşdırıb.
26 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş baş tutub.
Səbail rayonu ərazisində yerləşən Veloparkda Bank of Baku-nun 100-dən çox əməkdaşı bir araya gələrək “Sağlam həyat, yaşıl gələcək!” şüarı altında velosipedlər sürüblər.
Tədbirin əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq, velosipedlərdən mütəmadi istifadənin insan sağlamlığına və ətraf mühitə müsbət təsirlərini xatırlatmaq, həmçinin yaşıl gələcək naminə fərdi məsuliyyətin artırılmasına töhfə verməkdir.
Bunlarla yanaşı, tədbirdə birlik, həmrəylik kimi dəyərlərin əhəmiyyəti də vurğulanıb.
Bank of Baku-nun və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbər şəxslərinin də iştirak etdiyi veloyürüş təxminən 1 saat davam edib. Tədbir iştirakçıları Velopark ərazisində təbiət qoynunda aktiv istirahət etmək və asudə vaxt keçirmək imkanı əldə ediblər.
Qeyd edək ki, Bank of Baku yaşıl təşəbbüsləri çərçivəsində ağacəkmə aksiyaları, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi kimi müxtəlif eko layihələr həyata keçirir. Bank bu istiqamətdəki tədbirlərini mütəmadi olaraq davam etdirir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 28 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















