Icma.az
close
up
RU
“Kişiyə papaq yaraşar” Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

“Kişiyə papaq yaraşar” Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Aslan Kənanın “Bənzərsiz musiqi tədqiqatçısı” yazısını təqdim edir.

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə muğam sənətinin inkişafına göstərilən tarixi qayğı – Bakıda möhtəşəm Muğam Mərkəzinin uğurla fəaliyyəti, burada keçirilən muğam müsabiqələri vaxtilə bu sahədə xidmətləri olmuş hər bir sənətkarın xatirəsinə dərin ehtiramdır.

Həmən ehtirama layiq olanlardan biri də Azərbaycan muğam tarixinin əvəz-olunmaz tədqiqatçısı, xalqımıza məlum olmayan 100-ə yaxın muğam ifaçılarımızın tədqiq olunmasında misilsiz xidmətlər göstərmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir.

İnsanları bir-birinə yaxınlaşdıran, dünyada heç bir sərhəd tanımayan, duyğularını sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər bir yerində fəaliyyət göstərən həmkarları ilə “öz dilləri”ndə danışmağa qadirdirlər. Təsadüfi deyil ki, “Musiqi insanların universal dilidir” deyən XIX əsrdə yaşamış məşhur Amerika şairi və tərcüməçisi Henri Uodsuort Lonqfello yanılmamışdı.

İngilis filosofu, tarixçi və publisisti Tomas Karleyl isə musiqini sözsüz, bəzən də çox dərin mənalar ifadə edən nitqə bənzədir. Həmin “nitq”lə dünyanın hər yerində insanlar bir-birini duyur və başa düşür. Musiqiçilər yeganə peşə sahibləridir ki, onların öz “danışıq dilləri” var. Bu “dil”lə onlar millətindən, irqindən, dinindən, dilindən asılı olmayaraq bir-birləri ilə ünsiyyət yarada bilir.

Hər bir xalq öz musiqisinin pərəstişkarı olduğu kimi, onun tarixini öyrənməyə, bu sahənin yaradıcılarını arayıb-axtarmağa, təbliğ etməyə can atır. Bu baxımdan milli musiqimizin yaranıb inkişaf etməsi yollarını, onun ifaçılıq sənətini araşdırıb, xalqa çatdırmaq missiyası, ilk növbədə, sənətşünasların üzərinə düşür. Lakin çox təəssüflər olsun ki, musiqi sahəsi ilə məşğul olan bəzi sənətşünaslar bir-iki məqalə yazmaqla işlərini bitmiş hesab edir və daha asan yollar axtarmağa meylli olurlar. Çünki musiqi tarixini araşdırmaq nə qədər ağırdırsa, bir o qədər də məsuliyyətlidir.

Unutmaq olmaz ki, musiqi tədqiqatı ilə, ələlxüsus, muğam tarixinin tədqiqi ilə məşğul olmaq istəyən sənətşünas musiqi savadına sahib olmaqla bərabər, tarixi, ədəbiyyatı, coğrafiyanı bilməli, qələm təcrübəsinə malik olmalıdır. Qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən, bu ağır, çətin, məsuliyyətli işi üzərinə götürən, musiqişünas-alim Firidun Şuşinski idi.

Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) 20 oktyabr 1925-ci ildə Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında “qızıllı Məhəmməd bəy”deyərdilər. Firidunun adını əmisi Şəmil görkəmli ədəbiyyatşünas-alim, yazıçı-publisist, xain əli ilə güllələnmiş Firidun bəy Köçərlinin şərəfinə qoyub. Şəmil Firidun bəy Köçərli ilə qonşu, həm də dost imiş...

1920-ci ildə Gəncədə bolşeviklərə qarşı üsyan qalxır. Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən bir sıra ziyalılarla yanaşı Firidun bəy Köçərli də güllələnir. Xüsusi Şöbənin rəisi Liberman ətrafında dolaşan milliyyətcə erməni S.Danilyanın “məsləhəti” ilə Firidun bəy Köçərlinin güllələnməsi haqqında 4 iyun 1920-ci il tarixli hökmə imza atır: “Mən 20-ci diviziyanın Xüsusi Şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müt-təhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq etmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtirasını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir...Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlığda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanların tökülməsinə səbəb ola bilər”.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7№ li Xüsusi Şöbənin rəisi Liberman.

Təsdiq edirəm: Fövqəladə komissarı Həmid Sultanov.

F.Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Fitri istedadı olan Firidun bir çox alətlərdə – tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O həmçinin nəfəsli alətlərdə də sərbəst çalırdı. Uşaqlıqdan evlərində tez-tez xanəndələrin, musiqi ifaçılarının olması səbəbindən musiqiyə həvəsi yaranmışdı.

Firidun on altı yaşında məktəbi bitirir. Lakin Böyük Vətən müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir. Yaşı az olduğundan ərizəsinə müsbət cavab ala bilmir. Yalnız bir gözlənilməz hadisə onun cəbhəyə getməsinə “yol açır”.

...Həmin il Şuşaya həmişəkindən daha çox qar yağmışdı. Şuşa camaatı xizək sürmək üçün “Bazarbaşı” deyilən yerə toplaşmışdılar. Firidun başında buxara papaq buz üzərində sürüşənlərə tamaşa edirdi. Bu zaman milliyyətcə erməni olan şəhər prokuroru gümüşü qoyun dərisindən papaq qoymuş Firidunu görüb, yanına çağırır. Başına qoyduğu papağın yaşına uyğun olmadığını səbəb gətirərək ondan almaq istəyir. Orta məktəbi yenicə bitirmiş, ötkəm, qabağından yeməyən, hazırcavab Firidun özünü təhqir olunmuş hesab edib, prokurora sərt şəkildə “kişiyə papaq yaraşar” – deyib, uzaqlaşır. Bu təhqirə dözə bilməyən prokuror “ağzından süd iyi gələn” uşaqdan qisas almaq qərarına gəlir və Firidunun müharibəyə gedişini tezləşdirir.

O, müharibənin sonuna qədər alman faşistlərlə döyüşür və ordunun qalib əsgəri kimi bir çox orden və medallarla Vətənə dönür. Müharibədən qayıdan kimi təhsilini davam etdirmək qərarına gəlir. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir. Fitri istedada malik olan Firidun Şuşinski çox zaman onu düşündürən sualların cavabını təhsil aldığı universitetin professor və müəllim heyətindən ala bilmirdi. Günün əksər vaxtını kitabxanalarda, arxivlərdə keçirən Firidun, onu maraqlandıran sualların cavabını məhz orda axtarardı.

Etiraf etmək lazımdır ki, böyük tədqiqatçı bütün şüurlu həyatını Azərbaycan musiqi mədəniyyətinin mühüm bir dövrünü, XIX və XX əsrlərdə Qarabağda yetişən müğənni və xanəndələrin həyat və yaradıcılığını öyrənməyə səy göstərmiş, çoxlu arxiv sənədləri, tarixi faktlar toplamış, onlar haqqında mükəmməl məlumat əldə etmişdir.

1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində elmi konfrans keçirilməsi nəzərdə tutulduğu üçün təşkilat komitəsi yaradılmışdı. Elmi konfransa münasibət ciddi olduğundan təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil idi. Firidun tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşmışdı. Onun mövzusu “Vaqif və Qarabağ” idi. Bu mövzunu ona tarixçi-alim Əlövsət Quliyev təklif etmişdi. Mövzu Firidun üçün çox doğma idi. Çünki hələ I kursda oxuyarkən o, Şuşanın tarixi ilə maraqlanır və doğma torpağı haqqında sənədlər toplayırdı. Bir də məlum idi ki, Molla Pənah Vaqif şair olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi və Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri olmuşdur. Mövzularla tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun “Vaqif və Qarabağ” mövzusunun müəllifi ilə görüşmək istəyini bildirir...

Görüş zamanı şair Firiduna üz tutub:

- Qarabağlı balası, məruzən çox xoşuma gəldi, lakin razılıq versən, onun adını “Vaqif və Qarabağ” yox, “Vaqif bir dövlət xadimi kimi” qoyardım. Çünki bu əsərdə Vaqif bir dövlət xadimi kimi verilib.

Sonra şair əsərin adının üzərindən bir xətt çəkib, qara qələmlə “Vaqif bir dövlət xadimi kimi” sözlərini yazır və aşağıda da imzasını qoyur. Beləliklə, Firidunun qələmə aldığı bu mövzu onun ilk mətbu əsəri olur.

1949-cu ildə ölkədə “Ellər atası”nın anadan olmasının 70 illiyi ilə əlaqədar qızğın iş getdiyi ərəfədə Firidun həmişəki kimi kitabxanaların sirlə dolu qapılarının açmaq üçün “açar” axtarırdı. Bu sirlərdən biri də Stalinin Nəriman Nərimanova yazdığı məktub idi. Həmin məktubla o, Stalinin kitabını oxuyanda rastlaşmışdı. Firidun bir anlığa duruxur, fikrə gedir. Axı ona yaxşı məlum idi ki, həmin illər Nərimanovun adını çəkmək qadağan idi.

Məktub tələbənin marağına səbəb olur. O, universitetin professor-müəllim heyətindən bu barədə soruşsa da, sualına nəinki cavab almır, hətta ona bu barədə düşünməyi belə, qadağan edirlər. Hər sualın cavabını axtarmağa can atan Firidun əlacsız qalıb, Mərkəzi Komitənin katibi Mir Cəfər Bağırova müraciət etməli olur. Müraciətdə xahiş edir ki, mümkün olarsa, aşağıdakı məsələləri izah etsin:

1.Partiyamızın N.Nərimanova münasibəti necədir?

2.Nərimanovun buraxdığı səhvlər nədən ibarətdir?

ADU-nin tarix fakültəsinin II kurs tələbəsi Firidun Həsənov

Tələbənin bu gözlənilməz hərəkəti universitetin bütün professor-müəllim heyətini təşvişə salır.

Firidun qəbul otağına daxil olanda artıq köməkçi Novikova onu gözləyirdi:

- Unutma ki, “xozeyin” səni səkkiz dəqiqə qəbul edəcək. Lakin bu görüş bir saatdan çox uzanır.

Məktub təşkilat şöbəsinin müdiri tərəfindən oxunduqdan sonra Bağırov üzünü Firiduna tutaraq:

- Ay oğul, bu sualla sən nə üçün yoldaş Stalinə yox, mənə müraciət etmisən?

Gənc tələbə bu cavabdan bir qədər özünü itirir. Düzü, o, Bağırovdan bu sualı gözləmirdi. Lakin tezliklə özünü ələ alıb deyir:

- Yoldaş Bağırov, evdə mənə belə tərbiyə veriblər ki, heç vaxt böyüyün başı üstündən iş görmə.

Bağırov bir qədər gülümsünür. Lakin söhbətə müdaxilə edən ideologiya üzrə katib canfəşanlıq edir və özünü çoxbilmiş kimi göstərmək qərarına gəlir:

- Bilmirsən ki, Nəriman Nərimanov Zaqfederasiyanın əleyhinə olmuşdur?

- Xeyr, belə olmamışdır! – deyə Firidun katibə özü də hiss etmədən sərt cavab verir.

- Nəriman Nərimanov yox, Ruhulla Axundov və təminat və səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) onun əleyhinə cıxıblar.

- Sən hardan bilirsən?

- Yoldaş Lavrenti Beriyanın “Zaqafqaziya bolşevik hərəkatı tarixindən” kitabından oxumuşam.

Bu zaman Bağırov tələbənin sözlərini təsdiqləyir:

- Sən haqlısan! Moskvada Nəriman Nərimanovun dəfn mərasimində Azərbaycan xalqı adından iştirak etmək Ruhulla Axundova təklif olunsa da, o, boyun qaçırmışdı. Mən ona həmişə yaxşı münasibət bəsləmişəm. Dəfn mərasimində də çıxış etmişəm.

Həmin dəfn mərasimdəki çıxışında M.C.Bağırov “alovlu” nitq söyləmişdi: “Yoldaş Nərimanovun roluna bizim İttifaqımız tərəfindən, xüsusilə də, Azərbaycan zəhmətkeşləri tərəfindən layiqli qiymət verilmişdir.

Nəriman Nərimanov hər kəsdən fərqli olaraq həqiqi inqilabçı idi. O, həyatının 30 ilini ictimai-siyasi və ədəbi yaradıcılığa sərf etmişdi. Nərimanov türk qadınlarını ilk dəfə köləlikdən ayağa qaldıran, burjua ideoloqlarına layiqli cavab verən ən fəal azərbaycanlı ziyalılardan biri olmuşdur.

Yoldaş Nəriman Nərimanovun çoxillik inqilabi fəaliyyətinin bəhrəsi yalnız Azərbaycan türk əməkçilərindən deyil, həm də keçmiş Rusiya imperiyasında, hazırda Sovet İttifaqında yaşayan 30 milyonluq müxtəlif türk-tatar (azərbaycanlı ––A.K.) tayfaları sakinlərindən ideyalı inqilabçılar hazırladı.

Onun xatirəsi Azərbaycan zəhmətkeşlərinin qəlbində əsrlər boyu yaşayacaq, bədii yaradıcılığı, ideyaları, əməyi uzun illər əsarətdə yaşamış bütün Şərq xalqlarına nümunə olacaq.

Nəriman Nərimanov bizim aramızdan getsə də, onun ideyaları, 30 illik inqilabi hərəkatı və fəaliyyəti illər boyu inkişaf edəcək. Budur Nəriman Nərimanovun ən böyük xidməti”.

Deyirlər, quşun hünəri uçuşda, atın hünəri qaçışda, alimin hünəri isə xalqın mənəvi dünyasını üzə çıxartdığı sərvətlərdə bilinər.

F.Şuşinskinin də bir alim-tədqiqatçı kimi hünəri ondan ibarət idi ki, alim tarix elminin nəzəri problemlərini dərindən mənimsəməklə xalqın mənəvi dünyasına müdaxilə etmiş, çıxardığı sərvət isə musiqi tariximizin öyrənilməsi olmuşdu. Firidun bəy köhnəlmiş yollarla addımlamağı sevməyən tədqiqatçılardan idi. Ona yaxşı məlum idi ki, musiqi tariximiz geniş şəkildə tədqiq edilməmişdir və bu sahədə bir boşluq var. Gənc tədqiqatçı bu ağır yükü çiyninə götürəndə özündə təpər tapdı, qələmini həmin səmtə yönəltdi. Çox çəkmədi ki, respublika qəzetlərində ayrı-ayrı xanəndələr, musiqiçilər haqqında məqalələr dərc edilməyə başladı.

O, həmçinin radio və televiziyada xalq sənətkarları haqqında şirin, duzlu söhbətləri ilə tez bir zamanda ətrafına geniş tamaşaçı kütləsi topladı. Bununla da, F.Şuşinski musiqimizin tədqiqatçısına çevrildi. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin bir çox şəhərlərində tədqiqat işi aparmaqla musiqi tariximizin açılmamış səhifə-lərini vərəqləməyə başladı. O, tədqiqatla yanaşı, həmin dövrdə Azərbaycanın qəhrəman oğulları, mədəni abidələrimizin qorunub-saxlanması haqqında da mət-buatda vaxtaşırı yazılarla çıxış edirdi. Bu məqalələr “F.Məhəmmədoğlu”, “F.Həsənov”, “Firidun Həsənov”, “Firidun Şuşinski”, “F.Şuşinski”, “Firidun Şuşalı” “Firidun bəy Şuşalı” imzaları ilə dərc olunurdu. O, mətbuat aləmində “Şuşinski” kimi tanınsa da, ömrünün sonlarında məqalələri “Şuşalı” imzası ilə dərc edilirdi.

F.Şuşinskinin ilk kitabı 1962-ci ildə nəşr etdirdiyi “Şuşa” əsəridir. 1962-ci il Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilən “Şuşa” kitabı çapdan çıxmışdı. Bundan sonra F.Şuşinskinin musiqi tariximiz haqqında ilk əsəri 1964-cü ildə nəşr etdirdiyi “Şərq musiqisinin peyğəmbəri” (S.Yesenin) haqqında qələmə aldığı “Cabbar Qaryağdıoğlu”dur. Əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuşdur. Qeyd edək ki, əsər bir neçə dəfə müəllif tərəfindən çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu sətirlərin müəllifi F.Şuşinskinin C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş kitabına müəllifin sonralar yazdığı fəsli əlavə edərək ona ön söz yazmış və “Şərq musiqisinin peyğəmbəri” adı altında nəşr etdirmişdir.

C.Qaryağdıoğlunun həyat və yaradıcılığı haqqında geniş monoqrafiya yazmasına baxmayaraq kitabın işıq üzü görməsindən 5-6 ay sonra Z.Səfərova imzalı bir akademik böyük sənətkar haqqında həmən adda kitab nəşr etdirir. Maraqlıdır, Z.Səfərova bu kitabında F.Şuşinskidən əlavə yeni nə deyə bilər? Yalnız desə də F.Şuşinskinin fikirlərini başqa bir şəkildə yaza bilər.

Bu əsərdən sonra bir-birinin ardınca o, “Seyid Şuşinski”, “Xan Şuşinski” monoqrafiyalarını nəşr etdirir.

Nəhayət, uzunmüddətli ciddi axtarışlardan sonra Azərbaycan musiqi aləmini təhlil-tədqiq edən, az qala, unudulmaqda olanları üzə çıxaran, nəinki SSRİ-də (MDB ölkələri), hətta xaricdə böyük əks-sədaya səbəb olan “Azərbaycan xalq musiqiçiləri” adlı kitabı nəşr edilir. Bu kitab barədə xalq şairi Xəlil Rza Ulutürk “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görən”, Azərbaycanın qəhrəman oğlu, akademik Ziya Bünyadov isə əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı.

Qeyd edək ki, Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun müəllimin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun müəllim kimi sırf musiqi tədqiqatı ilə məşğul olsun. Az-çox varsa da, həmin şəxslər heç kimdən maddi kömək görməyən arxivlərdə, muzeylərdə aylarla, illərlə işləyən Firidun müəllimin yazdığı əsərlərdən bəhrələnmişlər. Həmin “tədqiqatçılar” ruhu xoş olsun deyə, Firidun müəllimin əsərlərinə istinad etdiklərini bəzi hallarda qeyd edirlər. Bu “xətir-xoşluğun” nəticəsidir ki, həmin şəxslər indiyə qədər böyük tədqiqatçının əsərlərini latın qrafikasında nəşr etdirməkdən ötrü əlaqədar təşkilatların qarşısında məsələ qaldırmamışlar. Həmin şəxslər öz güzəranlarını xoş keçirtmək üçün min bir yolla yüksək adlar, təqaüdlər almağa can atmışlar.

XVIII əsrdə yaşamış məşhur Fransa yazıçısı, maarifçisi, filosofu və ensiklopedist alim Deni Didro yazırdı: “Sənətkar pul haqqında düşündüyü andan gözəllik hissini itirməyə başlayır”. Lakin Firidun müəllim yuxarıda qeyd etdiyimiz “sənətkarlardan” çox-çox uzaq idi. Müəllif təmənnasız olaraq, hökumətdən heç bir maddi yardım almadan müxtəlif şəhərlərin, arxivlərində axtarışlar apararaq, əldə etdiyi nadir şəkillərlə, müdrik kəlamlarla, şeir inciləri ilə, rəvayət və əhvalatlarla kitabını zənginləşdirmişdir. O, ömrü boyu öz hesabına respublikanın rayonlarında, SSRİ-nin (MDB) müxtəlif yerlərində olmuş və oradan xalqımıza aid olan qiymətli sənədləri alıb vətənimizə gətirməklə böyük işlər görmüşdü.

F.Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı çıxanlar yeni bir üsula əl atmalı olurdular. Onu əsərlərində erməniləri “təbliğ” etdiyinə görə tənqid edirlər. Bu sənətkarlar haqqında mənimlə söhbət edən həmin şəxslər öz hislərini gizlətmirdilər. Mən özüm də arxiv sənədləri ilə tanış olanda onun fondunda kifayət qədər erməni “sənətkarlar”ın şəkilləri olduğunun şahidi oldum. Etiraf etməliyik ki, acı da olsa, bu, belədir.

Mən dəfələrlə yazılarımda Firidun bəyin ermənilərə qarşı olan nifrətini sübutlarla göstərmişəm. Firidun bəyi bu barədə suçlayan nadürüstlərə bir daha xatırlamağı özümə borc bilirəm. Ermənilər əsrlər boyu xoşumuza gəlmək üçün qapımızda nökər olar, hər bir hərəkətimizə göz qoyar, öz “sadiqliklər”ini göstərmək üçün dəridən-qabığdan çıxardılar. Aydındır ki, erməni kimi yaltaq, simasız, namussuz, qeyrətsiz ikinci millət tapmaq qeyri-mümkündür. Bunu dünyanın bir çox ölkələrin tanınmış nümayəndələri etiraf etsələr də, onlar erməniləri bir alət kimi indi də əllərində saxlayırlar. Mənafeləri naminə məqamı gəldikdə onlar ustalıqla bu simasızlardan istifadə etmişlər və hazırda da etməkdədirlər. Bu baxımdan XIX əsrin əvvəllərindən həmin simasızlar Azərbaycan xalqının “Əli rəhmi” olan qəlbinə yol tapa bildilər.

Onlar nəinki mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə, hətta adət-ənənəmizə də hakim kəsildilər. Həmin illərdə Azərbaycanda bir-iki nəfər tarzənimizdən, kamança çalanımızdan başqa kim var idi? Bu bişərəflər, xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi, musiqiçilərimizlə birgə aparar və bu yolla da pul qazanardılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edərdilər. Onlar şəkillərini bizim sənətkarlarla çəkdirməkdən xüsusi həzz alardılar. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər. Necə ki, etdilər.

Firidun bəyə ermənipərəst deyənlərin nəzərinə çatdırıram ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrə aid şəkillərə baxsalar, mütləq ermənilərin yaltaq sifətləri ilə rastlaşacaqlar. Həmin şəxslər unutmasınlar ki, televiziya ekranlarında hər hansı bir sənətkardan söz açılırsa, onun ifası verilirsə, orda kamança, balaban çalan, ya da dəf vuran erməni olacaq. Məgər buna da F.Şuşinski günahkardır?

70-ci illərdə “armyanskie muqamı” ifadəsi mətbuatda özünə yer tapmışdı. Etinasızlıq gör nə yerə çatmışdı ki, həmin ifadəni bəzi üzdəniraq “musiqişünaslar”ımız da işlədirdilər. Firidun müəllim bu ifadə ilə qəti razılaşmırdı. O qətiyyətlə həmin ifadənin əleyhinə çıxaraq yazılarında göstərirdi ki, sənətkar milliyyətcə erməni olsa belə, o, Azərbaycan musiqisini ifa edir. 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumundan Tahirə Kəri-mova kimi ermənipərəst “musiqişünasın”, Ramiz Zöhrabov kimi “alimlər”in yazılarına sərt cavabı yalnız F.Şuşinski vermişdir. Lakin ona “ermənipərəst” yarlığı yapışdırmaq istəyənlər bu məqamda ağızlarına su alıb dururdular.

T.Kərimova yazırdı: “Simpoziumda Özbəkistanda təqribən iyirmi məruzə dinlənilir. Erməni musiqişünasları erməni muğamını (?!) həm nəzəri, həm də əməli surətdə nümayiş hüququna nail olurlar”.

Buna cavab olaraq F.Şuşinski yazırdı: “Burda müəllifin (T.Kərimova ––A.K.) “erməni muğamı” məfhumu çox gülüncdür. Görəsən, müəllif “erməni muğamı” sözünə harda rast gəlib?! Bu, sadəcə müəllifin “Don-Kixot” gopçu-luğu və yaxud dərviş bayatılarıdır.

Hələ keçən əsrin axırlarında heç kimə gizli deyil ki, qədim musiqi alətlərinə, muğamlarımıza qarşı düşünülmüş şəkildə ögey münasibət yaranmışdı. O zaman nə tanınmış muğam ifaçıları, nə muğamsevərlər, nə də ümumilikdə xalq bu özbaşınalığa bir reaksiya verirdilər. Son anda bu qədim muğamlarımızın qorunmasına dayaq duran tapıldı. Bununla da xalq öz qədim mirasına sahib durdu. Bu qədim xəzinənin yaşamasında nəinki muğam ustaları, bütün xalqımız Mehriban xanım Əliyevaya minnətdar olmalıdır.

Maraqlıdır ki, bu təşəbbüsdən sonra “Xalq artisti” adını daşıyan muğam ifaçıları “fəallaşmağa” başladılar. Müxtəlif hökumət mükafatlarına sahib oldular. Onlar hər bir muğam yarışlarının münsiflər heyətində, dövlət yığıncaqlarında iştirak etmək üçün bir-birləri ilə yarışa girdilər. Bununla da onlar muğamın təəssübkeşləri olduqlarını sübut etməyə çalışırdılar. Lakin xalqın gözü tərəzidir.

Nə yaxşı ki, muğamlarımız son günlərini “yaşayan” ərəfədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyeva şəxsi təşəbbüs göstərərək unudulmaqda olan bu qiymətli xəzinəmizi yenidən xalqımıza qaytarmağa müvəffəq oldu. Bu təşəbbüsdən sonra həmin şəxslər indi özlərini muğamlarımızın təəssübkeşi kimi qələmə verməyə çalışırlar. Belələri muğamlarımızın təəssübkeşi yox, öz mənafelərinin təəssübkeşidirlər.

F.Şuşinski arxivlərdə günlərlə, həftələrlə, aylarla bəzən illərlə işləməsinə baxmayaraq, Azərbaycan televiziyasında hamının səbirsizliklə gözlədiyi “İfaçılıq sənəti” adlı verilişin aparıcısı və müəllifi kimi də dinləyicilərin qarşısına çıxmağa vaxt tapırdı.

Musiqi tariximizin yorulmaz tədqiqatçısı, muğam fəlsəfəsinin yaradıcılarını xalqa çatdırılmasında əvəzsiz xidmətləri olan bir insana ögey münasibət nədən irəli gəlirdi? Nə səbəbdən keçən əsrin ortalarına qədər muğam ifaçıları və onları müşayiət edənlər haqqında məlumatımız olmadığı bir zamanda, bu boşluğu doldurmaq missiyasını üzərinə götürən və onu ləyaqətlə yerinə yetirən F.Şuşinskini yaddan çıxartdıq?! Muğam və onun ifaçıları haqqında söhbət açılanda, böyük tədbirlər təşkil olunanda Firidun bəyi hansı səbəbdənsə tez unuduruq.

Yaddan çıxartmaq istəyənlər muğamdan və onun yaradıcılarından danışanda və yaxud musiqi haqqında hər hansı bir məqalə hazırlayanda məhz F.Şuşinskiyə müraciət etmək məcburiyyətində qalırlar. Təəssüflə qeyd edək ki, həmin fikirləri, cümlələri, böyük abzasları F.Şuşinskinin yazılarından köçürsələr də, həmin yazıda öz adlarını göstərməkdən həya etmirlər.

F.Şuşinski çəkinmədən sözü üzə deməklə yaltaqlara, musiqimizə xor baxanlara, heç bir səsə malik olmayanlara, muğamın guşələrini bilməyib, özünü muğam ustadı sayanlara qənim kəsilir, onları bu ağır, şərəfli yoldan uzaqlaşdırmağa çalışır. O, belə “xanəndələr”ə “muğama dürtülənlər” deyirdi.

Azərbaycanın qüdrətli bəstəkarı Fikrət Əmirov yazırdı: “Mən iki Firidun tanıyıram. Birinci ziyalıların 95 faizini lağa qoyan, satira qırmancına dolayan Firidunmuzdur. İkinci Firidun alim, vətəndaş, böyük əməlpərvər musiqişünas və jurnalist qardaşımızdır. Əslində, bu iki, Firidunu bir-birindən ayırmaq olmaz”.

F.Şuşinski daim arayıb-axtaran, çətinlikdən qorxmayan, maraqlı hadisələrin mənbələrinə qədər gedib-çıxan tədqiqatçı idi. Yüksək peşəkar zövqə malik olan F.Şuşinski musiqidən, xanəndədən söhbət açanda o dövrün ovqatını, koloritini yaratmaq üçün şairlərdən, tarixçilərdən, yazıçılardan tutarlı sübutlar gətirir, oxucunun xəyalında tamam başqa bir aləm canlandırmağa nail olurdu. Materialı dərindən bildiyindən o, hər hansı sənətkar haqqında ürəklə və məhəbbətlə, inamla və ilhamla danışırdı.

F.Şuşinski klassik muğam ifaçılarının izinə düşməklə bərabər, istedadlı gənclər haqqında da mətbuat səhifələrində vaxtaşırı məqalələr dərc etdirir, onları televiziyada və radioda aparıcısı olduğu verilişlərə dəvət edirdi. O, 1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan H.Əliyev tez bir zamanda şöhrət tapır. Həmin ilin iyun ayında H.Əliyevə “Əməkdar artist” fəxri adı verilir. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu.

Heç kimə gizli deyil ki, Azərbaycanda kamança çalanların əksəriyyəti ermənilər olub. Buna görə də F.Şuşinskinin respublikamızın rayonlarından birindən yenicə gəlmiş, musiqi sahəsində hələ tanınmamış Habil Əliyevi təbliğ etməkdə məqsədi həm gənc ifaçını respublikada tanıtmaq, həm də xalqımıza məxsus olan kamanı ermənilərin əlindən almaq idi.

F.Şuşinski kamançaçalan Habil Əliyevin yaradıcılığına yüksək qiymət verəndən sonra 1979-cu ildə “Çalğı musiqimiz” adlı məqalə dərc etdirir. Məqalə müəllifi Habil Əliyevin son vaxtlar üzərində işləmədiyini qeyd edərək yazır: “...Öz şirin və yaradıcılıq fantaziyası ilə xüsusi bir məharətlə çaldığı “Segah”ı (“Habil Segahı”nı) belə, yadırğamışdır. Artıq Habilin çaldığı “Segah” 5-10 il bundan əvvəl çaldığı “Segah”a bənzəmir. Bunu yəqin Habil özü hiss edir. Habil geniş diapozonlu sənətkardır. O bütün muğamları sərbəst və asanlıqla çala bilir. Ondan yeni-yeni sənət nümunələri tələb etməyə haqqımız var. Qüdrətli sənətkarın öz məktəbi olmalıdır”.

Musiqişünasın Xalq artisti, tarzən Ramiz Quliyev haqqında vaxtilə söylədiyi fikirlərə də nəzər yetirək. “Ramizdə son dərəcə iti barmaqlar var. Şübhəsiz, tar çalanda iti barmaqların olması ümdə şərtdir. Lakin iti barmaqlarla yanaşı, tarzəndə sanballı bilək də olmalıdır. Lakin Ramizin biləyi bir qədər zəifdir”.

F.Şuşinskinin 1984-cü ildə qələmə aldığı “Segah dəsgahı” məqaləsində Arif Babayev haqqında yazdığı sətirlərdən: “Arif Babayevin səsi olduqca zil, həm də məlahətlidir. O, gözəl “Segah” ifaçısıdır. Lakin Arifin səsinə “Çahargah”, “Heyratı”, “Mahur” muğamları uyuşmur. Çünki onun səsində əzəmət və mübariz ruh zəifdir. Belə bir səslə yalnız “Segah”, “Şur”, “Bayatı-Şiraz”, “Şüştər” kimi muğamları oxumaq daha məqsədəuyğundur.”

Bu xeyirxahlıq qarşısında Firidun bəyə məlum deyildi ki, o, gələcəkdə hansı gözlənilməz hadisələrlə üzləşəcək. Sonralar məlum olacaq ki, bu gözlənilməz hadisə musiqişünasın qələminin iti olduğu zamanda deyil, yalnız ömrünün qürub çağında akademik Rafael Hüseynovun başçılığı ilə Firidun bəyə qarşı bir çox sənətkarlar tərəfindən haqsızlıq olacaq. Halbuki R.Hüseynovun başına toplaşmış sənətkarlar düşünməli idilər ki, nə vaxtsa F.Şuşinskinin onların inkişafında və şöhrətlənməsində kifayət qədər rolu olmuşdur. Bu sətirləri yazanda şair-publisist Nizami Süleymanoğlunun bir ifadəsini xatırlamaq istərdim.

“Əgər “Üzeyir bəy Qafqaz musiqisinin atası, Şərq musiqisinin peyğəmbəri, dünya musiqisinin şöhrətidirsə, Firidun bəy onun ən güclü davamçılarından olmaqla, Azərbaycan musiqisinin yenilməz tənqidçisi, tədqiqatçısı, tarixçisi və sözün əzəmətli mənasında dəli-divanəsiydi”.

1995-ci ildə sağlığında nəşr etdirdiyi “Musiqişünasın düşüncələri” kitabı “Şuşa” əsərindən də artıq dərəcədə F.Şuşinskini haqsız ittihamlara məruz qoymuş, hətta onu həbs olunmaq həddinə çatdırmışdı. (Bu ayrıca bir mövzudur)

Qeyd edək ki, ayrı-ayrı oçerk və məqalələrdən ibarət olan bu kitabın yazılmasına o, ömrünün çoxunu sərf etmişdi. Bu yazıları tədqiqatçı ömrünün müxtəlif illərində qələmə almış və respublikanın ayrı-ayrı mətbu orqanlarında dərc etdirmişdi. O, həmçinin uzun müddət radio və televiziyada müəllifi və aparıcısı olduğu verilişlərdə kitabda gedən fikirlərini dinləyicilərlə bölüşmüşdü. Bu illər ərzində xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri tədqiqatçının oxunaqlı yazılarına və cürətli, inamlı çıxışlarına görə minnətdarlıqlarını bildirirdilər. Əgər “Şuşa”nın əleyhinə gedən yalnız ermənilər və erməni düşüncəli azərbaycanlılar idisə, “Musiqişünasın düşüncələri”nin əleyhinə gedənlər isə adını sənətkar qoyan və kitabın məhv edilməsi, müəllifini isə ağır cəzalandırması üçün dəridən-qabıqdan çıxan musiqiçilərimiz idi. Həmin şəxslər 1968-1970-ci illərdə F.Şuşinskiyə qarşı olan ermənilərdən daha sərt mövqedə durmuşdular.

F.Şuşinski “Müəllifdən” başlıqlı yazısında əsərin yazılma səbəblərini belə izah edir: “Oxuculara təqdim olunan bu kitabda son 25-30 ildə qəzet və jurnal səhifələrində çap olunmuş yazılarım və respublika televiziyası və radiosu ilə apardığım verilişlərdəki çıxışlarım toplanmışdır. Kitab bir musiqi tədqiqatçısı kimi mənim musiqi mədəniyyəti tariximizin yazılmamış səhifələri haqqında düşüncələrimi, əsasən, müasir ifaçılıq sənətinin hamını narahat edən ciddi qüsurları haqqında tənqidi mülahizələrimi əhatə edir.

Mənə elə gəlir ki, milli musiqimizin müqəddəratı haqqında düşünən hər bir musiqişünasın ən ümdə vəzifəsi təkcə musiqi mədəniyyətimizin tarixini araşdırmaqla bitmir. O, eyni zamanda bir musiqi tənqidçisi kimi musiqi “cəbhə”sində baş verən və xoşagəlməyən hadisələrə öz münasibətini bildirməyə də borcludur. Buna görə də oxuculara təqdim etdiyim bu kitabda əsas yer tənqidi düşüncə və qeydlərə verilmişdir...

Son illər milli musiqimizdə, ələlxüsus muğam və mahnı ifaçılığı sənətimizdə Azərbaycan musiqisinin ruhuna və köklərinə tamamilə yad olan elementlərin günbəgün artması təbii ki, bizi narahat etməyə bilməz. Televiziya və radioda, konsert salonlarında, toy məclislərində və restoranlarda səslənən qondarma mahnılara, təsniflərə, təhrif olunmuş muğamlara, oxunan şit və bayağı sözlərə qulaq asdıqca bir daha əmin olursan ki, musiqimiz müəyyən mənada öz kökündən ayrılmaq təhlükəsi qarşısındadır. Buna görə də bir tədqiqatçı-tənqidçi, daha doğrusu, bir vətəndaş kimi öz qayğı və dərdlərimi hörmətli oxucularımla bölüşmək niyyətindəyəm”.

Maraqlıdır ki, “Musiqişünasın düşüncələri” kitabının nəşri bitmədiyi, satışa çı­хa­rıl­ma­dığı, tən­qid tə­rə­findən qiyməti­ni almadığı bir halda, məhkəmə tərəfindən müəl­li­fə qar­şı iddia qaldırılır, kitabla bağlı məhkəmə qurulur.

1995-ci ildə F.Şuşinskinin “Musiqişünasın düşüncələri” adlı kitabı 16500 tirajla nəşr olunur. Bu kitab F.Şu­şin­ski­nin ölümü­nə bais olur. Əsər mət­bəə­də çap olu­nan ərə­fə­də Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun başçılığı ilə bir çox tanınmış Xalq artistlərini başına yığıb Nizami muzeyində olan otağına toplayır. Kitabın siqnal nüsxəsinin birini də tapıb gətirmişdilər. R.Hüseynovun bu ifaçıları Nizami muzeyindəki otağına toplamaqda məqsədi nə idi? Keçmişə boylananda məlum olur ki, F.Şuşinskinin 1983-cü ildə dərc etdirdiyi “Hazır kökə “xəstəsi” məqaləsində R.Hüseynovu uzun-uzadı tənqid etdiyinə görə onun ruhundan əl çəkə bilməməsidir.

Akademikin diktəsi ilə hər bir şikayətçi Sə­ba­il ray­on məh­kə­mə­si­nə ərizə ilə müraciət edi­r. Məhkəmə sənədlərilə tanış olanda aydın olur ki, müraciət edənlərin ifadələri nəinki eynilik təşkil edir, hətta bir xətlə yazılmışdı. Xalq ar­tist­­lə­ri­nin id­dia ərizəsində gös­tə­ri­lir ki, F.Şu­şin­ski ki­ta­b­da on­la­rın şə­rəf və ləy­a­qə­ti­nə to­хu­nan sözlər işlətmiş­di. İd­dia­çı­lar bə­zən məq­səd­dən kə­nara çı­хıb 40 il­ Azər­baycan mu­si­qi sənə­ti­nin əvəz­siz təd­qi­qat­çı­sı olan F.Şu­şin­ski­ni “icti­mai-fay­da­lı əmək­lə məşğ­ul olmay­an, öz-özü­nə musiqişünas, mu­si­qi təd­qi­qat­çı­sı adı­nı ve­rən ide­o­lo­ji təх­ri­bat­çı, mə­nə­vi terror­çu” ki­mi təqdim edirlər. 200 illik bir dövrü əhatə edən Azərbaycan musiqisi və onun görkəmli nümayəndələri haqqında yazmış olduğu “Azərbaycan xalq musiqiçiləri”, Sovet dövründə uzun müddət təqiblərə məruz qalmış “Şuşa”, xalqımızın tariximizin nadir incilərindən olan “Cabbar Qaryağdıoğlu”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “Sadıqcan” və neçə-neçə kitabların, 100-ə yaxın sənətkarları tanıtdıran, radio və televiziyada aparıcısı və verilişlərin müəllifinə bu cür haqsız damğa vurmaq nə qədər insafdandır?

Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 121-ci maddəsinin 2-ci hissəsi və 122-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülür. Qisasçılar və məhkəmə 72 yaşlı qocaman musiqişünasın ağır xəstə olmasını nəzərə almadan prokurorun id­diasına əsasən, F.Şuşinskinin iştirakı olmadan işə baxılır. Maraqlıdır ki, ittiham olunanın hüquqlarını müdafiə edən vəkil belə bu haqsızlığa etiraz etmək əvəzinə, onların təklifi ilə razılaşır. Lakin hakimin çıxartdığı qərar heç də şikayətçilərin ürəyincə olmur.

Çünki Firidun Şuşinskinin onilliklər boyunca qələmə aldığı əsərlə bağlı verilən qə­rarda deyilir:

“Satışda olan nüsxələrin köçürülməsini onun və həmin variantda gələcəkdə nəşrinin qadağan olunmasını qərara almışdır. Cavabla razı olmadığınız təqdirdə həmin cavabı əlavə etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilərsiniz”. Sədr müavini: A.İ.Kabılenkova.

Göründüyü kimi şikayətçilərin düşündükləri kimi əsəri tamamilə məhv etmək yox, yalnız qərarda göstərildiyi kimi, “Musiqişünasın düşüncələri”nin müəyyən düzəlişlə nəşri barədə hökm çıxarılır.

Bir də ma­raq­lı­dır ki, məh­kə­mə sədri nə səbəbdənsə “dəs­tə”dən vaxtilə haqlarında yazılan tən­qi­di məqalə­lərə vaxtında niyə eti­raz etmədiklərini soruşmur.

Bizə elə gəlir ki, professor Kamil Vəli Nərimanoğlunun həmən suala cavabı kifayət edir: “Rəsmi dairələrdə kifayət qədər incidilən bu bəy məğrur adam idi və onunla kəllə-kəlləyə gəlmək hər kişinin işi deyildi”.

La­kin məh­kə­mənin səd­ri və bu “oy­u­n”u qu­ran­lar bilmirlər ki, hə­min ki­tab­la­rın bir his­səsinin məhv edil­mə­si­nin qar­şı­sı­ al­ınmışdır. Həm də hal-hazırda respublikanın ən böyük Milli Kitabxanasında “Musiqişünasın düşüncələri” kitabı qiymətli əsər kimi qorunmaqla yanaşı, həm də oxucuların istifadəsindədir.

Böyük tədqiqatçı-alim Firidun Məhəmməd oğlu Şuşinskinin ürəyi bu cür haqsızlıqlara dözə bilmədi. O, 1997-ci ildə həyatla əbədi vidalaşmalı oldu...

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib Cahangir Zeynal Novruzov: "Türkiyədəkilərin meneceri var, buradakılar “yetim” kimi gedirlər" - Videomüsahibə Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see155

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see149

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see148

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see145

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see137

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see128

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see127

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see127

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see126

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see126

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see126

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see125

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri