Icma.az
close
up
RU
Kitab Mükafatı dövlətə bağlı olmamalıdır Şahbaz Xuduoğlu

Kitab Mükafatı dövlətə bağlı olmamalıdır Şahbaz Xuduoğlu

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu kitab mükafatında da öz qohumlarını, yaxınlarını, tanışlarını irəli çəkəcəklər

Azərbaycanda ədəbiyyat üzrə təsis ediləcək dövlət mükafatının məbləği 50 min manat olacaq. Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək. Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər. Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq. Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək. Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək. Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında qeyd etdi ki, kitabla bağlı mükafatın təsis edilməsi vacib idi: 

- Müxtəlif təşkilatlar, qurumlar tərəfindən indiyədək də belə mükafatlar təsis edilirdi. İlk vaxtlar görürsən, yaxşı işləyirlər. Bir müddət sonra fəaliyyətləri dayanır, problemlər, narazılıqlar ortaya çıxır. Azərbaycan Kitab Mükafatının təsis edilməsi fikir, ideya olaraq yaxşıdır. Amma, necə olacaq, qaliblər necə müəyyələşəcək, münsiflər kim olacaq, şəffaflıq nə dərəcədə təmin ediləcək, bunlara baxmaq lazım gələcək. Bilirsiz, o qədər adı bəzək, altı təzək təşkilatlar var ki. Çalışmaq lazımdır kitab mükafatı şəffaf olsun, real ədəbiyyata xidmət etsin. Sevinmək lazımdır ki nəhayət belə bir qərar qəbul edilib. Əsasnaməyə, qaydalara baxmaq lazımdır, nə dərəcədə obyektivlik var. Yenə də, bütün bunlara rəğmən əsas odur ki mükafat təsis edilib. İlk müsabiqənin nəticələrinə əsasən bilinəcək nə dərəcədə obyektivlik qorunub, ədəbiyyata gerçək xidmət nəzərdə tutulub, ya yox.

Ş.Xuduoğlu qeyd etdi ki, bu cür mükafatlart dövlətə bağlı olmamalıdır: 

- Dövlət mükafatı nazirlik tərəfndən təsis edilməməlidir. Böyük mükafat alanları dövlətlər o qədər də sevmirlər. Ədəbiyyat siyasətdən üstün məsələdir. Dövlət ədəbiyyatın, hətta uydurmasına da dözməlidir. Bu cür mükafatlar dövlət qurumu tərəfindən təsis edilməsə yaxşıdır. Kitab sərgilərində görürük, aləm dəyir bir-birinə. Kimlər dövlət strukturuna yaxındırsa, onlara yuxarı başda yer edirlər. Hər cür şərait yaradırlar. Ayrı-seçkilik edilir. Bu cür mükafatların başqa qurumlar, deyək ki hansısa fondlar tərəfindən verilməsini istərdim. Dünya ölkələrində böyük mükafatların təsisçisi dövlətlər deyil. Bu kitab mükafatında da öz qohumlarını, yaxınlarını, tanışlarını irəli çəkəcəklər. Bu yaşa çatdım, ədəbiyyat adamlarının səmimi olaraq bir-birinin yaradıcılığına ədəbi meyarlar üzərindən qiymət verdiyini görmədim. Hamısı üzə düşüb danışır. Üzü düşüb danışılan yerdə “Böyük mükafat” gözləmək xəyalına da düşməməliyik. Dünən bir nəşriyyat yaranır, cəmi 4 kitab nəşr edir. Nazirlik alır o kitabları. Amma 3000 tirajla kitab nəşr edən nəşriyyata heç baxan yoxdur. Məsələlərə şəxsi maraqlar prizmasından yanaşılır. Vəziyyətin köklü şəkildə dəyişilməsi ümün biz hələ uzun maarifçilik yolu keçməliyik. Ona görə də mən bu Kitab Mükafatında da obyektivliyə ümid etmirəm. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri