Icma.az
close
up
RU
Kitab Mükafatının təsis edilməsi yaxşıdır, amma... Şahbaz Xuduoğlu 

Kitab Mükafatının təsis edilməsi yaxşıdır, amma... Şahbaz Xuduoğlu 

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

...Necə olacaq, qaliblər necə müəyyələşəcək, münsiflər kim olacaq, şəffaflıq nə dərəcədə təmin ediləcək, bunlara baxmaq lazım gələcək

Azərbaycanda ədəbiyyat üzrə təsis ediləcək dövlət mükafatının məbləği 50 min manat olacaq. Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək. Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr). Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər. Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq. Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək. Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək. Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında qeyd etdi ki, kitabla bağlı mükafatın təsis edilməsi vacib idi: 

- Müxtəlif təşkilatlar, qurumlar tərəfindən indiyədək də belə mükafatlar təsis edilirdi. İlk vaxtlar görürsən, yaxşı işləyirlər. Bir müddət sonra fəaliyyətləri dayanır, problemlər, narazılıqlar ortaya çıxır. Azərbaycan Kitab Mükafatının təsis edilməsi fikir, ideya olaraq yaxşıdır. Amma, necə olacaq, qaliblər necə müəyyələşəcək, münsiflər kim olacaq, şəffaflıq nə dərəcədə təmin ediləcək, bunlara baxmaq lazım gələcək. Bilirsiz, o qədər adı bəzək, altı təzək təşkilatlar var ki. Çalışmaq lazımdır kitab mükafatı şəffaf olsun, real ədəbiyyata xidmət etsin. Sevinmək lazımdır ki nəhayət belə bir qərar qəbul edilib. Əsasnaməyə, qaydalara baxmaq lazımdır, nə dərəcədə obyektivlik var. Yenə də, bütün bunlara rəğmən əsas odur ki mükafat təsis edilib. İlk müsabiqənin nəticələrinə əsasən bilinəcək nə dərəcədə obyektivlik qorunub, ədəbiyyata gerçək xidmət nəzərdə tutulub, ya yox.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri