Icma.az
close
up
RU
Problem nəşriyyatlarda deyil, Azərbaycan kitab bazarı çöküb Şahbaz Xuduoğlu

Problem nəşriyyatlarda deyil, Azərbaycan kitab bazarı çöküb Şahbaz Xuduoğlu

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Bu bazar böyüməsə, nə müəllif, nə də naşir qazana biləcək"Dünyanın bir çox ölkəsində də yazıçılar yalnız roman yazmaqla dolana bilmirlər

Yazıçı Pərviz Cəbrayıl Azərbaycanda müəllif qonorarı və nəşriyyat sistemi ilə bağlı narazılığını bildirib. Uzun illər üzərində işlədiyi yeni romanını tamamladığını bəyan edən yazıçı əvvəlki təcrübələrini nəzərə alaraq bu dəfə əsərini nəşriyyata təqdim etmək istəmir: “Altı aydır işsizəm, bu müddətdə fürsətdən istifadə etdim, 2019-dan bəri planlaşdırdığım romanı yazıb bitirdim. Dörd dəfə işlədim, hardasa yenidən yazdım , ənənəm üzrə beşinci redaktədəyəm, əslində bitmiş sayılır. Sadəcə, hələ ki, səhhətimə görə həkimdən klaviatura qadağam var.

Ancaq əvvəlki romanlarımdan fərqli olaraq bu dəfə romanı hansısa nəşriyyata çapa göndərmək istəmirəm. Hər dəfə necə olur: kitab çıxır, satışa gedir. Nəşriyyatın xadiməsindən tutmuş hər kəsə o kitabın gəlirindən bir pay düşür; satış dükanı 30-40 faiz götürür, dövlət vergisini alır, mənə isə hədiyyə istəyənlərin könlünü xoş etmək üçün 5-10 kitab verilir. Bir növ loppaq. Ölkəmin o sevimli bəndələrindən də deyiləm ki, mədəniyyət nazirliyi kitabımdan alsın. Özüm öz kitabımı satmağı da bacarmıram.

Çox qəribədir: kitab tərcümə edirsən, nəşriyyat sənə qonorarını (cüzi də olsa) verir, kiminsə tərcüməsini, ya kitabını redaktə edirsən, onun da cüzi qonorarını alırsan. Ancaq öz kitabına gələndə ancaq loppaq. Vallah, heç urvatlı sağ ol da demirlər. Yəqin müəllif qonorarı məsələsi elə 7-8 il əvvəlki kimidir. İndi necə edim, bilmirəm”. 

Yazıçı çıxışının sonunda mövcud vəziyyətlə bağlı oxucuların fikrini öyrənmək istədiyini bildirib.

Məsələ ilə bağlı Sherg.az-a danışan “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Pərviz Cəbrayılın səsləndirdiyi narazılıqların müəyyən qədər əsaslı olduğunu deyib. Lakin naşir hesab edir ki, mövcud vəziyyətin səbəbini yalnız nəşriyyatlarda axtarmaq düzgün olmaz:

“Naşir kimi deyərdim ki, burada üç fərqli məsələ var. Birincisi, Azərbaycan kitab bazarı çox kiçikdir. Bədii ədəbiyyatın ilk tirajı çox vaxt 300-1000 nüsxə arasında olur. Bu həcmdə satışla həm müəllifin yüksək qonorar alması, həm də nəşriyyatın ciddi gəlir əldə etməsi çətindir. Bu, bazarın iqtisadi reallığıdır. İkincisi, risk bölgüsü məsələsidir. Nəşriyyat kitabın redaktəsinə, korrektəsinə, dizaynına, çapına, anbarına, marketinqinə və satışına əvvəlcədən vəsait qoyur. Müəllif isə haqlı olaraq illərlə yazdığı əsərin qarşılığını almaq istəyir. Hər iki tərəfin gözləntisi başadüşüləndir. Problem ondadır ki, bölüşdürüləcək ümumi gəlir kifayət qədər böyük deyil. Üçüncüsü isə, məncə, şəffaflıqdır. Müəllif nə qədər kitab satıldığını, qonorarın necə hesablandığını aydın görəndə narazılıq da azalır. Müasir nəşriyyatçılıqda bu istiqamətdə daha açıq mexanizmlər qurulmalıdır”.

Şahbaz Xuduoğlu bu problemin təkcə Azərbaycana xas olmadığını vurğulayıb. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində də yazıçılar yalnız roman yazmaqla dolana bilmirlər: “Tanınmış müəlliflərin əksəriyyəti əsas gəlirlərini kitab satışından deyil, mühazirələrdən, müəllif hüquqlarından, tərcümələrdən, əsərlərinin ekranlaşdırılmasından və digər yaradıcılıq fəaliyyətlərindən əldə edirlər. Pərviz Cəbrayılın yeni romanını nəşriyyata təqdim etməmək qərarı isə onun müəllif kimi seçimidir və buna hörmətlə yanaşmaq lazımdır. Əgər bu addım kitab bazarında müəllif–naşir münasibətləri, qonorar sistemi və satış mexanizmləri haqqında daha ciddi müzakirəyə səbəb olarsa, düşünürəm ki, bunun müsbət tərəfi də olacaq. Yəni mən problemi bir cümlə ilə belə ifadə edərdim: məsələ təkcə nəşriyyat modelində deyil. Əsas problem Azərbaycan kitab bazarının həcmi, oxucu sayı və kitab iqtisadiyyatının zəifliyidir. Bu bazar böyümədən nə müəllif, nə də naşir tam razı qala bilər”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri